Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   2   3   4   5   6   7   8   9   ...   21

 

cəmiyyəti  təşkilatlarına,  mətbuata,  xarici  və  beynəlxalq  diplomatik  missiyaların 



nümayəndələrinə dərhal məlumat verməyi tövsiyə edir 

 

Son olaraq,  RATİ  beynəlxalq ictimaiyyəti  Azərbaycanda ifadə  azadlığı  ilə  bağlı 



vəziyyətə  biganə  yanaşmamağa  çağırır.  RATİ  beynəlxalq  ictimaiyyəti  aşağıdakı 

tövsiyələrə diqqət yetirməyə çağırır: 

 



 



İkitərəfli  və  çoxtərəfli  müstəvidə  bütün  imkanlardan  istifadə  edilməklə, 

Azərbaycan hökumətindən ifadə azadlığı və insan hüquqları ilə bağlı üzərinə 

götürdüyü  öhdəliklərini  xüsusilə  də  seçkiqabağı  dövrdə  yerinə  yetirməsi 

tələb olunsun.  

 

Azərbaycan  hökuməti  jurnalistlərə  qarşı  zorakılıq  əməllərinə  görə 



cəzasızlığa  son  qoyulmasına,  bütün  cinayət  işlərinin  lazımi  şəkildə 

araşdırılmasına və  cavabdeh şəxslərin  hüquqi  məsuliyyətə  cəlb  olunmasına 

çağırılsın.  

 



Azərbaycan  hökuməti  ifadə  azadlığı  hüququnu  həyata keçirmələri  ilə  bağlı 

olaraq  tutulmuş  və  ya  həbs  olunmuş  jurnalistlərin,  bloqçuların,  hüquq 

müdafiəçilərinin,  siyasi  və  vətəndaş  cəmiyyəti  fəallarının  dərhal  və  qeyd-

şərtsiz azad olunmasına çağırılsın.  

 

 

 



 

 

 


 

10 


Qısa Xülasə

 

 



Azərbaycanda  prezident  seçkiləri  sürətlə  yaxınlaşdıqca,  hökumət  2013-cü  ilin 

birinci  yarısında  tənqidi  səsləri  susdurmaq  və  fərqli  düşüncəni  boğmaq  üçün 

hərəkətə  keçmişdi.  Tənqidçi  jurnalistlər,  bloqçular,  hüquq  müdafiəçiləri,  vətədaş 

cəmiyyəti  və  siyasi  fəalların  fundamental  ifadə,  sərbəst  toplaşma  və  birləşmə 

azadlıqları misli görünməmiş dərəcədə məhdudlaşdırıldı. 

 

2013-cü  ilin  yanvar-iyun  periodu  repressiya  dalğası  ilə  müşayiət  olundu.  Ölkədə 



həbsdə olan 80-dən artıq siyasi məhbusla yanaşı yeddi jurnalist, bir blogger və iki 

hüquq  müdafiəçisi  ifadə  azadlığı  ilə  bağlı  olaraq  həbsdə  qaldı.  Cəzasızlıq  mühiti 

hökmranlığını  davam  etdirdi  -  jurnalistlərə  qarşı  əvvəllər  baş  vermiş  zorakılıq 

hallarının  və  iki  qətl  faktının  araşdırılmasında  heç  bir  irəliləyiş  olmadı,  əksinə 

jurnalistlərə  qarşı  26  yeni  hücum  faktı  qeydə  alındı.  Ölkənin  ən  iri  tirajlı 

qəzetlərindən  biri  və  hökumətin  qətiyyətli  tənqidçisi  Azadlıq  qəzeti  bağlanmaq 

təhlükəsi  ilə  qarşılaşdı  -  qəzetə  qarşı  irəli  sürülmüş  hədsiz  diffamasiya  iddiaları 

əsasında  qəzetin  üzərinə  qoyulmuş  yüksək  məbləğli  cərimələr  nəticəsində  qəzet 

maliyyə böhranı ilə üzləşdi.  

 

2013-cü ilin birinci rübü həmçinin bir sıra reqressiv qanunvericilik aktlarının qəbul 



olunması  ilə  yadda  qaldı.  2012-ci  ildə  diffamasiyanın  dekriminallaşdırılması  ilə 

bağlı  olaraq  Azərbaycanın  verdiyi  vədi  yerinə  yetirmək  əvəzinə,  iyunun  4-də 

prezident  Əliyev  diffamasiyaya  görə  cinayət  məsuliyyətinin  internetdə  yayılan 

məzmuna  da  şamil  olunması  ilə  bağlı  qanunvericilik  dəyişikliklərini  təsdiqlədi. 

Sərbəst  toplaşma  haqqında  qanun  yenidən  dəyişdirildi:  icazəsiz  aksiyaların 

təşkilatçıları  və  iştirakçıları  üçün  nəzərdə  tutulmuş  cərimələrin  miqdarı  yüksəldi, 

inzibati həbsin maksimmu müddəti kəskin şəkildə artırıldı. QHT haqqında qanuna 

müstəqil  QHT-lərin  fəaliyyətini  məhdudlaşdıran  dəyişikliklər  edildi  ki,  bu  da, 

hökumətə ona xoş olmayan təşkilatları asanlıqla bağlamaq imkanı verdi.  

 

Hesabat dövrü ərzində dövlət rəsmilərinin QHT-lər və media əleyhinə çıxışlarında 



da  artım  müşahidə  olundu.  Mart  ayında  Prezident  Administrasiyasının  rəhbəri 

Ramiz  Mehdiyev  dövlət  mediasına  verdiyi  narahatedici  açıqlamasında  xarici 

donorları  Azərbaycan  QHT-lərini  “qanunsuz”  maliyyələşdirməkdə  ittiham  etdi.

2

 



May ayında Bakı Metropoliteninin rəhbəri tağı Əhmədov ondan müsahibə almaq 

istəyən  bir  jurnalistin  üstünə  qışqıraraq,  jurnalistləri  “səviyyəsiz”  adlandırmış  və 

onlara  “Səviyyənizi,  yerinizi  bilin!”  bilin  demişdi.  İki  gün  sonra  isə,  Bakı  meri 

Hacıbala Abutalıbov çəkiliş aparan reportyora “Mən jurnalist görəndə elə bilirəm 

ki,  qəbirdə  ölü  görürəm”  demişdi.

3

  Prezidentin  baş  müşaviri  Əli  Həsənov  da 



hesabat dövrü müddətində bir sıra narahatedici bəyanatlarla çıxış etmişdi.  

 

Altı  aylıq  dövrdə  Azərbaycanın  beynəlxalq  ictimaiyyətlə  münasibətlərində 



                                                 

2

 



http://bit.ly/141MMkI

  

3



 

http://bit.ly/13FjhKj

  



 

11 


diqqətəlayiq dəyişiklik baş verdi.  Yanvar ayında Azərbaycanda siyasi məhbuslarla 

bağlı  mühüm  qətnamənin    Avropa  Şurası  Parlament  Assembleyasında  qəbul 

olunmaması    və  Avropa  Birliyinin  yüksək  çinli  məmurlarının  prezident  Əliyevlə 

iyun  ayında  Brüsseldə  keçirilən  görüşlərdə  işan  haqlarını  prioritet  məsələyə 

çevirməməsi  hökumətin  özünə  inamını  daha  da  artırdı,  Azərbaycanın  yerli 

vətəndaş cəmiyyətində isə bu qurumlara qarşı məyusluq yaratdı.  

 

May ayında BMT İnsan Hüquqları Şurası tərəfindən Azərbaycana Universal Dövrü 



Baxış keçirildi. Dövür Baxış ölkədə insan hüquqlarının durumunu yaxşılaşdırmaq 

üçün bir çox güclü tövsiyələr irəli sürsə də, İnsan Hüquqları Şurasının sentyabrda 

keçiriləcək  iclasında  hansı  tövsiyələri  qəbul  etmək  Azərbaycanın  öz  öhdəsinə 

verilib.


4

  Azərbaycan  ATƏT-in  Bakıdakı  ofisinin  mandatının  aşağı  salınması 

istiqamətində səyləri davam etdirir və hesabat dövrünün sonundan bu yana ATƏT-

in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə oktyabrda keçiriləcək prezident 

seçkilərini monitorinq etmək üçün hələ də dəvət göndərməyib.  

 

RATİ  Azərbaycanda  ifadə  azadlığının  hazırkı  durumunu  narahatedici  olaaq 



qiymətləndirir  və  hesab  edir  ki,  oktyabr  seçkiləri  ərəfəsində  yeni  qəbul  olunmuş 

reqressiv  qanunvericilik  aktlarının  qüvvəyə  minməsi  və  hakimiyyətin  tənqidi  və 

fərqli  düşüncəni  boğmaq  üçün  hərəkətə  keçməsi  ilə  mövcud  durum  daha  da 

pisləşəcək.  

 

RATİ  belə  bir  əhəmiyyətli  vaxtda  beynəlxalq  ictimaiyyəti  Azərbaycandakı  seçki 



qabağı vəziyyətə daha çox diqqət yetirməyə və insan haqları öhdəliklərini yerinə 

yetirməsi  üçün  Azərbaycan  hökumətinə  qarşı  təzyiqləri  artırmağa  çağırır.  Bunun 

təkcə sözdə deyil, əməldə də baş verməsinə indi əvvəlkindən daha çox ehtiyac var. 

 

 



 

 

 

                                                 

4

http://bit.ly/131ne9I



 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə