Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

 

33 


əməkdaşlarının arasında ona qarşı inamsızlıq, etimadsızlıq halları və digər neqativ 

münasibətlərin  formalaşmasına  səbəb  ola  bilər.  Vilyam  Hacıyev  məhkəməyə 

ünvanladığı  iddia  ərizəsində  şərəf  və  ləyaqətinin  alçaldılması,  işgüzar  nüfuzuna 

xələl  gətirən  yalan  məlumatların  təkzib  edilməsi  və  vurulmuş  ziyana 

görə veteninfo.az xəbər portalından 100 min manat tələb edir. Məhkəməni udacağı 

təqdirdə həmin vəsaiti Bakıda yerləşən uşaq evlərinin birinə bağışlayacağını qeyd 

edib”.  

 

Müstəqil  İnformasiya  Agentliyi  (MİA)   İmişli  rayon  İcra  Hakimiyyətinin  başçısı 



Vilyam  Hacıyev  tərəfindən  məhkəməyə  verilib.  Bu  barədə mia.az saytı  məlumat 

yayıb. Məlumatda qeyd olunur ki,  icra başçısının məhkəməyə üz tutmasına səbəb 

“İcra  başçısının  700  minlik  borc  qalmaqalı; Vilyam  Hacıyev  «Banditizm»də 

dindirilib” başlıqlı yazı olub. Vilyam Hacıyev agentlikdən rəsmi təkzib və 100 min 

manat təzminat tələb edir. 

 

Aprelin  19-da  Bakı  Apellyasiya  Məhkəməsində  hakim  Toğrul  Əliyevin  sədrliyi 



ilə “Xural” qəzetinin həbsdə olan  baş redaktoru Əvəz Zeynallının “Baltika-Bakı” 

MMC-nın  baş  direktoru  Adam  Tlexurayın  iddiasına  əsasən  Nərimanov  rayon 

məhkəməsinin  23  yanvar  tarixli  qərarından  verdiyi  apellyasiya  şikayəti  təmin 

edilməyib.  “Xural”ın  baş  redaktorunun  həyat  yoldaşının  məlumatına  görə,  hakim 

T.  Əliyev  çox  qısa  müddət  ərzində  qərar  çıxararaq, ”Xural”  qəzetinin  25  min 

manat  cərimə  olunması  barədə  qərar  verib.  Xatırladaq  ki,  “Xural”  qəzetinin  bir 

neçə sayında (31 iyul 2011-ci il tarixli müəllifin “”Xırdalan” Pivə zavodunda nələr 

baş  verir?”  adlı,  21-27  avqust  2011-ci  il  tarixli  “”Xırdalan”  pivənin  əfsanəsi 

qıcqırdı”  başlıqlı  yazılar)”Baltika-Bakı”  MMC  haqqında  dərc  olunmuş  araşdırma 

məqalələrdə  şərəf  və  ləyaqətin  alçaldıldığını,  işgüzar  nüfuzuna  xələl  gətirildiyini 

iddia  edərək,  qəzetin  təkzib  verməsini,  150  min  manat  cərimələnməsini 

istəmişdi. Nərimanov  Rayon  Məhkəməsi  isə  həmin  iddianı  qismən  təmin  edərək 

Əvəz Zeynallının 50 min manat cərimə olunması ilə bağlı qərar qəbul etmişdi. 28 

iyun  2012-ci  ildə  Bakı  Apellyasiya  Məhkəməsiapellyasiya  şikayətinin  təzminat 

hissəsinin  dəyişdirilməsi  və  cərimənin  50  min  manatdan  25  min  manata 

endirilməsi  ilə  bağlı  qərar  qəbul  etmişdi.  Bu  qərardan   Ali  Məhkəməyə  şikayət 

verilib  və  ali  məhkəmə  şikayəti  təmin  edərək  işi  yenidən  baxılması  üçün 

apellyasiya məhkəməsinə göndərib. 

 

 

Jurnalistlər tərəfindən qaldırılmış məhkəmə iddiaları 



 

Yanvarın  23-də  1  saylı  Bakı  İnzibati-İqtisad  Məhkəməsində  hakim  Vüsalə 

Baxışovanın  sədrliyi  ilə  Turan  İnformasiya  Agentliyinin  Bakı  şəhər  İcra 

Hakimiyyətinə  qarşı  iddiası  üzrə  məhkəmə  prosesi  keçirilib.  Məhkəmə  Turan 

agentliyinin  iddiasını  qismən  təmin  edib.  İcra  Hakimiyyətinin  üzərinə  qəzet 

köşklərinin  sahibi  və  sayı  haqqında  məlumat  vermək,  həmçinin  10  manat 

məhkəmə xərclərini ödəmək öhdəliyi qoyub. Turan agentliyinin direktoru Mehman 

Əliyev  məhkəmənin  işə  baxılması  prosesini  əsassız  olaraq  uzatması  və  praktiki 




 

34 


olaraq  meriyanın  maraqlarını  dəstəkləməsinə  görə  qərardan  apellyasiya  şikayəti 

verməyi planlaşdırır. 

 

Martın 18-də Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə 



jurnalist Xədicə İsmayılovanın “İki Sahil” qəzetinə qarşı iddiası təmin edilməyib. 

Xatırladaq  ki,  Xədicə  İsmayılova  “İki  Sahil”  qəzetinin  15  mart  2012-ci  il  tarixli 

sayında “Xədicənin suçu nə” başlıqlı məqalədə ona böhtan 

atıldığını  əsas  gətirərək  şərəf  və  ləyaqətinə,  işgüzar  nüfuzuna  dəyən  zərərə  görə 

qəzetin  təkzib  verməsini,  üzr  istəməsini  və  jurnalistə  mənəvi  zərərə  görə  iki  min 

manat  təzminat  ödənilməsi  tələbi  ilə  məhkəməyə  müraciət  etmişdi.  Jurnalist 

qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.  

Aprelin 9-da Yasamal Rayon Məhkəməsi elitar.az saytının təsisçisi, jurnalist Elmin 

Bədəlovun  Azərbaycan  Respublikasının  Prezidenti  Yanında  Kütləvi  İnformasiya 

Vasitələrinə  Dövlət  Dəstəyi  Fonduna  (KİVDF)  qarşı  qaldırdığı  iddianı  geri 

qaytarıb. Jurnalistin sözlərinə görə, hakim Fuad Talışinski  qəbul etdiyi qərardadda 

iddiaçının şəxsiyyətini müəyyən edən sənədin işə əlavə olunmadığını əsas gətirib. 

“Qanunvericilikdə  belə  bir  sənədin  işə  daxil  olunması  nəzərdə  tutulmayıb.  Buna 

baxmayaraq  vəkillər  tələb  olunan  sənədləri  işə  əlavə  edərək  yenidən  məhkəməyə 

göndəriblər”  deyə  jurnalist  qeyd  edib.  Xatırladaq  ki,  Elmin  Bədəlov  apardığı 

jurnalist  araşdırmaları  ilə  əlaqədar  KİVDF-yə  iki  informasiya  sorğusu  göndərib. 

Lakin  bu  qurum  sorğuya  cavab  verməkdən  imtina  edib.  Buna  görə  də  jurnalist 

“İnformasiya  sorğusuna  cavab  verməkdən  imtina  edilməsinin  qanunsuz  hesab 

edilməsi,  informasiya  sorğusundakı  məlumatların  cavabdehin  üzərinə  qoyulması 

tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.  

May  ayında  “Azadlıq”  qəzetinin  əməkdaşı  Natiq  Adilov  informasiya  sorğusuna 

cavab  vermədiyinə  görə,  Bakı  Dövlət  Universiteti  (BDU)  və  Maliyyə  Nazirliyini 

məhkəməyə  verib.  Ədilovun  sözlərinə  görə,  təhsilə  ayrılan  vəsaitlərin  xərclənmə 

durumu  ilə  bağlı  araşdırma  apardığından  və  lazımi  məlumatları  sözügedən 

qurumların  saytlarından  əldə  edə  bilməməsi  səbəbindən  həmin  qurumlara 

informasiya  sorğusu  göndərib.  “2011-ci  ildə  dövlət  büdcəsindən  BDU-ya  ayrılan 

vəsaitlər,  həmin  ildə  ödənişli  əsaslarla  təhsil  alan  tələbələrin  sayı,  ödənişli 

təhsildən  BDU-nun  hesabına  daxil  olan  vəsaitlər  haqqında  bilgiləri  və  BDU-nun 

2011-ci  ildə  Maliyyə  Nazirliyinə  təqdim  etdiyi  maliyyə  hesabatının  surətinin  ona 

təqdim olunmasını xahiş etmişdim. BDU-nun 2011-ci il üzrə maliyyə hesabatının 

surəti həm də Maliyyə Nazirliyindən istənilib. BDU və Maliyyə Nazirliyi sorğuları 

cavablandırmayıblar” deyə jurnalist bildirib.  

May  aında  həmçinin  “Xural”  qəzetinin  həbsdə  olan  baş  redaktoru  Əvəz  Zeynallı 

“Ekspress  Servis”  MMC-yə  qarşı  “Öhdəliyin  yerinə  yetirilməməsi  nəticəsində 

pozulmuş  hüquqların  bərpası  və  vurulmuş  zərərin  ödənilməsi  barədə”  1  saylı 

İnzibati İqtisad Məhkəməsi qarşısında iddia qaldırıb. Vəkil E. Sadıqovun sözlərinə 

görə,  Əvəz  Zeynallı  “Xural”  qəzetini  qanunsuz  olaraq  çap  etməkdən  imtina 

etməsinə görə vurulmuş maddi zərər üçün cavabdeh “Ekspress Servis” şirkətindən 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə