Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   13   14   15   16   17   18   19   20   21

 

40 


İlqaroğlu  təxəllüsü  ilə  xalqı  kütləvi  iğtişaşa  dəvət  edib,  özünü  isə  aksiya  zamanı 

yandıracağını bildirib) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan 

dövlət  sərhədini  müəyyən  edilmiş  sənədlər  olmadan  və  ya  dövlət  sərhədinin 

nəzarət-buraxılış məntəqələrindən kənarda 

keçmə  -  guya  F.Novruzoğlu  2010-cu  ilin  noyabrından 2011-ci  ilin  oktyabr  ayına 

qədər  qanunsuz  olaraq  Azərbaycan  Türkiyə  sərhədini  keçib  və  orada  qanunsuz 

yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Novruzoğlu 

ona qarşı irəli sürülmüş ittihamları rədd edərək, Azərbaycanın idxal-ixrac siyasəti 

ilə  bağlı  tənqidi  məqalələr  yazdığına  görə  həbs  olunduğunu  bildirib.  Hazırda 

jurnalist 1 saylı cəzaçəkmə müəssisəsində cəza müddətini çəkməyə davam edir. 

 

Mayın  9-da  dindar  blogger  Rəşad  Ramazanov  (Rəşad  Həqiqət  Ağaaddin)  “20 



Yanvar”  metrostansiyası  yaxınlığında  saxlanılaraq  Daxili  İşlər  Nazirliyinin  Baş 

Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsinə  gətirilib.  Bloggerin  üzərində 

axtarış aparılıb və üzərindən 9 qram heroin müsadirə edildiyi bildirilir. Ramazanov 

bu ittihamı təkzib edir. Mayın 17-də Ramazanov barəsində üç aylıq həbs-qətimkan 

tədbiri  seçildi.  Rəşad  Ramazanovrəsmi  facebook  səhifəsində  hazırkı  hakimiyyəti 

sərt  tənqid  edən  məqalə  və  statuslar  əsas  yeri  tutur  və  onlarda  azadlıq  və  ədalət 

mövzuları müəllif tərəfindən sərt mövqedə  əks olunub.

16

 Təqsiri sübuta yetirilərsə, 



Rəşad  Ramazanovun    əmlakı  müsadirə  edilməklə  12  ilədək  azadlıqdan  məhrum 

ediləcəyi  gözlənilir.  Kürdəxanı  istintaq  təcridxanasında  saxlanılan  Ramazanovun 

orada işgəncəyə məruz qaldığı bildirilir.  

 

Fevralın  4-də  “Yeni  Müsavat”  qəzetinin  jurnalisti  və  Müsavat  Partiyasının  sədr 



müavini  Tofiq  Yaqublu  Cinayət  məcəlləsinin  233-cü  (ictimai  qaydanın 

pozulması)  və  315-ci  (hakimiyyət  nümayəndəsinə  müqavimət)  maddələri  ilə 

ittiham  olunaraq  həbs  olunub.  Yaqublu  yanvarın  23-24-də  İsmayıllı  rayonunda 

kütləvi  iğtişaşları  təşkil  etməkdə  təqsirləndirilib.  Əslində  isə  jurnalist  İsmayıllıya 

iğtişaşlar  baş  verdikdən  sonra  jurnalist  qismində  baş  verən  hadisələr  barədə 

məlumat toplamaq məqsədi ilə səfər edib. İsmayıllıya 

Yaqublu ilə eyni gündə səfər edən REAL hərəkatının rəhbəri İlqar Məmmədov da 

oxşar  ittihamlarla  həbs  olunub.  Tofiq  Yaqublu  barəsində  ilkin  olaraq  2  ay  həbs 

qətimkan tədbiri seçilib və bu müddət sonradan daha iki dəfə artırılıb. Aprelin 27-

də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama 

xitam  verilib  və  220.1-ci  (zorakılıqların,  talanların,  yanğınların  törədilməsi, 

əmlakın  məhv  edilməsi  ilə  müşayiət  olunan  kütləvi  iğtişaşları  təşkil  etmə  və  ya 

belə  iğtişaşlarda  iştirak  etmə)  maddə  ilə  ittiham  irəli  sürülüb  ki,  bu  maddə  ilə  də 

dörd ildən on iki ilədək həbs nəzərdə tutulur. T. Yaqublu hal-hazırda Bakı İstintaq 

Təcridxanasında saxlanılır. 

 

Əvəz Zeynallı 

Martın 12-də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Cinayət Məcəlləsinin 

311.3.3  (külli  miqdarda  rüşvət  alma),  311.3.4-cü  (hədə-qorxu  tətbiq  olunmaqla 

                                                 

16

 



http://on.fb.me/12G0WJE

 



 

41 


rüşvət  alma)  və  306-cı  (məhkəmə  qərarlarını  icra  etməmə)  maddələri  ilə  ittiham 

olunaraq 9 il həbs cəzasına məhkum olundu. Zeynallı 

həmçinin  213.1-ci  (vergidən  yayınma)  maddə  ilə  günahkar  bilinərək  4076  manat 

cərimə olunmaqla yanaşı bir il kommersiya fəaliyyəti ilə məşğul olmamaq cəzası 

alıb.  

 

Barəsində hökm verilənədək Zeynallının istintaq təcridxanasında keçirdiyi müddət 



17  aya  bərabər  olub  (28  oktyabr  2011-ci  ildən).  Mayın  13-də  Bakı  Apellyasiya 

Məhkəməsi jurnalist barədə həbs qərarını qüvvədə saxlayıb. Hazırda jurnalist həbs 

cəzasını 10 saylı cəzaçəkmə müəssisəsində çəkir. Zeynallı həbsdə ikən səhhətinin 

pisləşdiyini,  bir  neçə  ciddi  xəstəlikdən  əziyyət  çəkdiyini  bildirib.  Mayın  23-də 

jurnalistin vəkilinə onunla görüşə icazə verilməyib.  

 

Əvəz  Zeynallıya  qarşı  cinayət  işi  keçmiş  deputat  Gülər  Əhmədovanın  iddiası 



əsasında açılıb. Əhmədova jurnalistin onu şantaj edərək pul tələb etdiyini bildirib. 

Sonradan eks deputatın özü barəsində YouTube video portalında qalmaqallı rüşvət 

videosu yayıldı. 

17

Həmin videodan sonra Əhmədova deputat 



mandatından  imtina  etdi.  Bunun  ardınca  isə  Baş  Prokurorluq  tərəfindən  açılmış 

cinayət  işi  əsasında  dələduzluqda  və  ağır  cinayəti  gizlətməkdə  ittiham  olunaraq 

həbs olundu. Hazırda Əhmədova Kürdəxanı istintaq təcridxanasında saxlanılır. 

 

Digər həbslər  

 

2013-cü  ilin  ilk  yarısında  bir  çox  digər  jurnalistlər,  bloqçular  və  hüquq 

müdafiəçiləri  də  ifadə  azadlığı  hüququndan  istifadə  etdiklərinə  görə  dəmir 

barmaqlıqlar arxasına salınmış, digərləri isə şərti həbs cəzasına məhkum edilmiş və 

ya onlara qarşı cinayət işi açılmışdı. 

 

 



Oqtay Gülalıyev 

“Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru və “Şəffaflıq” jurnalının baş 

redaktoru  Oqtay  Gülalıyev  2012-ci  il  aprelin  8-də  Sabirabad  rayonunun  Minbaşı 

kəndində daşqınlarla bağlı monitorinq apararkən həbs olunaraq barəsində əvvəlcə 

12  sutka  inzibati  həbs  tədbiri  seçilib.  Aprelin  17-də  jurnalist  vəkilinə  polis 

əməkdaşları  və  Sabirabad  Rayon  Polis  Bölməsinin  rəis  müavini  Rauf  Məcidov 

tərəfindən  döyüldüyünü  bildirib.  2012-ci  il  aprelin  19-da  Sabirabad  Rayon 

Prokurorluğu  O.Gülalıyev  barəsində  Cinayət  Məcəlləsinin  220.2-ci  maddəsi  ilə 

(hökumət nümayəndəsinin tələblərinə fəal şəkildə tabe  

olmamaq  və  kütləvi  iğtişaşlara,  habelə  vətəndaşlara  qarşı  zorakılığa  çağırışlar 

etmə)  cinayət  işi  açıb  və  Sabirabad  Rayon  Məhkəməsi  onun  barəsində  2  ay 

müddətinə həbs qətimkan tədbiri seçib. Lakin Gülalıyevin həbsinin əsas səbəbinin 

2010-cu il Kür daşqınları ilə əlaqədar yerli hakimiyyət orqanlarını  

                                                 

17

 http://bit.ly/10UBSmo



   


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə