Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

 

35 


150  min  mənəvi  zərər  üçün  isə  200  min  manatın  cavabdehdən  alınaraq  iddiaçılar 

Ə.Zeynalov  və  “Xural”  qəzetinə  ödənilməsi;  cavabdeh  “Ekspress  Servis”  MMC-

nin  və  digər  mətbəələrin  siyasi  göstərişlə  “Xural”  qəzetini  çap  etməkdən  imtina 

etmələrinin  ifadə  azadlığına  müdaxilə  kimi  tanınması  barədə  qətnamə  qəbul 

edilməsi iddiası ilə məhkəməyə müraciət edib. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

36 


Fəsil 4: Jurnalistlərin, bloqçuların və hüquq 

müdafiəçilərinin həbsi 

 

 

Azərbaycan hakimiyyətinin müxalifəti susdurmaq və etirazları boğmaq üçün təzyiq 



vasitəsi  kimi  həbs  metodundan  istifadədə  böyük  təcrübəsi  vardır.  Son  illərdə 

jurnalistlərin,  bloggerlərin  və  fəalların  peşə  fəaliyyətləri  ilə  bağlı  olaraq  (məs, 

diffamasiya ittihamı əsasında) həbs olunması tendensiyası onların ilk baxışda peşə 

fəaliyyətləri ilə əlaqəli görünməyən yeni ittihamlar (xuliqanlıq, odlu silah saxlama, 

narkotik vasitə əldə etmə və saxlama, ədavəti qızışdırma, terrorizmə dəstək vermə, 

vergidən  yayınma,  hədə-qorxu  ilə  tələb  etmə,  kütləvi  iğtişaşa  çağırma,  və  s.) 

əsasında həbs olunması tendensiyası ilə əvəz olunmuşdur. 

 

Yanvarın  23-də  Azərbaycanın  AŞPA-dakı  nümayəndəliyi  qurumun  məruzəçisi 



tərəfindən  hazırlanmış  “Azərbaycanda  siyasi  məhbus  məsələsinin  ardı”

  13


  adlı 

hesabatının  qəbul  olunmamasına  nail  oldu.  AŞPA  deputatlarının  səsverməsinə 

çıxarılan  qətnamə  79  səs  lehinə  və  125  səs  əlehinə  olmaqla  qəbul  olunmadı.  Bu 

qətnamənin qəbul olunmamasını hüquq müdafiəçiləri AŞPA-nın Azərbaycanı üzv 

dövlət  olaraq  öhdəliklərin  layiqincə  yerinə  yetirilməsi  baxımından  cavabdeh  tuta 

bilməməsi kimi qiymətləndirdilər. Azərbaycan hökuməti isə bundan istifadə edərək 

vətəndaşları  ifadə  azadlığı  ilə  də  bağlılığı  olan  siyasi  motivli  ittihamlarla  həbs 

etməyə davam etdi.  

 

İyun  ayında  Prezident  Əliyev  Avropa  İttifaqı  Şurasının  prezidenti  Herman  Van 



Pompuy  və    Avropa  Komissiyasının  prezidenti  Joze  Manueal  Barrozo  ilə 

görüşmək üçün Brüsselə səfər edib.

14

 Görüşlərdən sonra verdiyi bəyanatlarında hər 



iki  Avropa  Birliyi  rəsmisi  insan  haqları  məsələlərinə  çox  qeyri-müəyyən  və  zəif 

tərzdə  toxundular.  İyunun  21-də  Barrozo  ilə  birlikdə  keçirdikləri  mətbuat 

konfransında Prezident Əliyev Azərbaycanda heç bir siyasi məhbusun olmadığını 

və ölkədə media azadlığının tam təmin olunduğunu iddia edib. Barrozo məsələyə 

şərh  verməyib.  Adıçəkilən  Avropa  İttifaqı  rəsmilərinin  Əliyevlə  müzakirələr 

zamanı  insan  haqları  məsələsini  ön  plana  keçirməmələri  Azərbaycan  vətəndaş 

cəmiyyətində  Avropa  İttifaqının  Azərbaycanda  demokratiyanın  təşviqinə 

sadiqliyinə inamsızlıq yaradıb.  

 

İlin birinci yarısında, oktyabr prezident seçkiləri ərəfəsində, ölkədə siyasi motivli 



həbslərin sayında artım müşahidə olunub. Gənc fəallar, xüsusən də NİDA vətəndaş 

hərəkatı  və  Azad  Gənclik  təşkilatı  ilə  bağlılığı  olan  gənclər  hədəfə  alınıb.  İnsan 

Hüquqları Klubunun iyunun sonuna olan məlumatına görə, Azərbaycanda 80-dən 

artıq siyasi məhbus vardır.  

                                                 

13

http://bbc.in/VWK5kp 



  

14

http://bit.ly/14rKfR9



 


 

37 


 

Hesabat dövrünün sonunda, ifadə azadlığı ilə bağlı olaraq siyasi motivli ittihamlar 

əsasında yeddi jurnalist və bir bloqçu  həbsdə olmuşdur: 

 

1.



 

Nicat Əliyev, azadxeber.az saytının baş redaktoru    

2.

 



Araz Quliyev, xeber44.com saytının baş redaktoru  

3.

 



Fuad Hüseynov, müstəqil jurnalist 

4.

 



Hilal Məmmədov, “Tolışi Sədo” qəzetinin baş redaktoru 

5.

 



Fərəməz Novruzoğlu, müstəqil jurnalist  

6.

 



Rəşad Ramazanov, bloqçu 

7.

 



Tofiq Yaqublu, “Yeni Müsavat” qəzeti 

8.

 



Əvəz Zeynallı, “Xural” qəzetinin baş redaktoru 

 

Jurnalistlərə  əlavə olaraq,  rübün sonunda iki hüquq  müdafiəçisi  də  ifadə  azadlığı 



ilə bağlı olaraq siyasi motivli ittihamlar əsasında həbsdə qalmışdır. Kür Vətəndaş 

cəmiyyətinin  fəalı  İlham  Əmiraslanov  yerli  məmurları  2010-cu  il  Kür 

daşqınlarından  əziyyət  çəkən  ailələr  üçün  nəzərdə  tutulmuş  pulların 

mənimsənilməsində  ittiham  etdikdən  sonra  odlu  silah  əldə  etmə  və  saxlama 

ittihamları  ilə  həbs  olunmuş,  hal-hazırda  məhkum  olunduğu  2  il  həbs  cəzasını 

çəkir.  


 

Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov isə hədə-qorxu ilə külli miqdarda vəsaiti 

mənimsəmə və dələduzluq ittihamları ilə 8 il həbs cəzasına məhkum 

olunmuş və hal-hazırda cəzasını çəkməkdədir. Məmmədov Avroviziya 2012 mahnı 

müsabiqəsinin  keçirildiyi  Kristal  Hall  konsert  kompleksinin  tikintisi  zamanı 

sökülən evlərin sakinlərini müdafiə etdikdən sonra həbs olunub. 

 

Bu  işlər  kütləvi  qanun  pozuntusu  ilə  müşayiət  olunub,  bəzi  hallarda  məhkəmə 



nəzarətçiləri  tənqidi  media  nümayəndələrinin  məhkəmə  zallarına  girişini 

məhdudlaşdırıb və onlara məhkəmə binası qarşısında müsahibə götürməyə imkan 

verməyib.  

 

 



Jurnalistlərin cari tutulma və həbs halları (30.06.2013 tarixinə qədər) 

 

“Azadxeber.az”  saytının  baş  redaktoru  Nicat  Əliyev  2012-ci  ilin  mayın  20-də 

“Memar  Əcəmi”  metro  stansiyası  yaxınlığında  yerləşən  "Killer"  kişi  geyimləri 

mağazasının  qarşısında  saxlanılaraq  Yasamal  rayonu  Polis  İdarəsinin  27-ci  Polis 

Bölməsinə  aparılıb.  Daha  sonra  baş  redaktora  qarşı  Cinayət  Məcəlləsinin  (CM) 

234.1-ci  maddəsi  (qanunsuz  olaraq  narkotik  vasitələri,  psixotrop  maddələri  və  ya 

prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya 

satma) ilə ittiham irəli sürülüb və barəsində 2 ay müddətində həbs qətimkan tədbiri 

seçilib.  Hesab  olunur  ki,  N.Əliyev  hökumətin  dini,  LGBT  hüquqları  və  digər 

məsələlərlə  bağlı  siyasətini,  habelə  Avroviziya  Mahnı  Müsabiqəsinə  böyük  xərc 

çəkməsini tənqid etdiyi üçün həbs olunmuşdur. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə