Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   13   14   15   16   17   18   19   20   21

 

38 


 

2013-cü  il  yanvarın  26-da  baş  redaktora  qarşı  CM-nin  167-2.2.1-ci  (qabaqcadan 

əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan 

dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını 

istehsal  etmə,  satış  və  ya  yayma  məqsədi  ilə  idxal  etmə,  satma  və  ya  yayma), 

281.2-ci  (bir  qrup  şəxs  tərəfindən  hakimiyyətin  zorla  ələ  keçirilməsinə,  zorla 

saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla 

dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar 

etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə 

tərəfindən  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınmasına,  milli 

ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq 

vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və  ya  üstünlüklərinin  müəyyən 

edilməsinə  yönələn  hərəkətlər,  aşkar  surətdə  və  ya  kütləvi  informasiya 

vasitələrindən  istifadə  olunmaqla  törədildikdə)  maddələri  ilə  yeni  ittihamlar  irəli 

sürülüb.  Məhkəməsi  Bakı  Ağır  Cinayətlər  Məhkəməsində  davam    edən  Əliyev 

hazırda  Kürdəxanı  istintaq  təcridxanasında  saxlanılır.  Onun  həbsdə  işgəncəyə 

məruz qaldığı bildirilir.  

  

Aprelin 5-də xeber44.com saytının redaktoru Araz Quliyev səkkiz il həbs cəzasına 



məhkum  olundu.  Birinci  xuliqanlıq  maddəsi  ilə  həbs  olunmasına  baxmayaraq 

Quliyevə  hökm  Cinayət  Məcəlləsinin  (CM)  228.1  (Qanunsuz  olaraq  odlu  silah, 

onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün 

döyüş  sursatı  istisna  olmaqla),  233  (İctimai  qaydanın  pozulmasına  səbəb  olan 

hərəkətləri  təşkil  etmə  və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə),  283.1  (Milli, 

irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınmasına,  milli  ləyaqətin 

alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı  olaraq 

vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və  ya  üstünlüklərinin  müəyyən 

edilməsinə  yönələn  hərəkətlər,  aşkar  surətdə  və  ya  kütləvi  informasiya 

vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə 

qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq  etmə),  324  (Azərbaycan 

Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının  Dövlət  gerbi 

barədə təhqiredici hərəkətlər) maddələri əsasında oxundu.  

 

Araz  Quliyev  Masallıda  keçirilmiş  beynəlxalq  folklor  festivalını  pozmağa  cəh 



etməkdə,  iki  vətəndaşa  və  polisə  xəsarət  yetirməkdə  və  avtomobilin  şüşələrini 

qırmaqda  ittiham  olunaraq  sentybarın  8-də  həbs  olunmuşdur.  Quliyev  özü  bu 

iddiaları rədd edərək dini və jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib. 

2012-ci  ilin  dekabrında  Quliyevə  qarşı  yeni  ittihamlar  irəli  sürülmüş  və  bu 

ittihamlar  əsasında  da  o,  nəticədə,  məhkum  olunmuşdur.  Quliyev  hazırda 

Kürdəxanı istintaq təcridxanasındadır və Şirvan Apellyasiya Məhkəməsində onun 

ilkin  instansiya  məhkəməsinin  qərarından  şikayətinə  baxılır.  Jurnalistin 

həbsxanada işgəncəyə məruz qaldığı bildirilir.   

 

Müstəqil  jurnalist  Fuad  Hüseynov  Ucarda  polis  əməkdaşlarının  qanunsuz 



əməllərini (narkotik və insan alveri) ifşa etdikdən sonra 2010-cu ilin oktybarında 


 

39 


xuliqanlıq  ittihamları  ilə  həbs  olunmuşdur.  Hüseynov  26  sentyabr  2011-ci  ildə 

Cinayət  Məcəlləsinin  22.13-cü  maddəsi  ilə  6.5  il  müddətinə  azadlıqdan  məhrum 

edildi. Hüseynovun əleyhinə ifadə verən “şahid”lərdən biri sonradan etiraf etdi ki, 

ifadəsini  yerli  mafia  qrupunun  təzyiqi  altında  verib.  Hüseynov  bundan  əvvəl  də 

Ucar  polisinin  rəisini  narkotik  cinayətində  ittiham  etdikdən  sonra  xuliqanlıq 

ittihamı  ilə  həbs  olunaraq  3.5  il  azadlıqdan  məhrum  edilmiş,  və  cəzanın  2  ilini 

çəkmişdi.  Fuad  Hüseynov  cəza  müddətini  12  saylı  cəzaçəkmə  müəssisəsində 

çəkməyə davam edir

.

 

 



 

 

Hilal Məmmədov 

"Talışi  Sədo”  qəzetinin  baş  redaktoru  və  Talış  Mədəniyyət  Mərkəzinin  sədr 

müavini  Hilal  Məmmədov  21  iyun  2012-ci  ildə  həbs  olunmuş  və  növbəti  gün 

Nizami  Rayon  Məhkəməsinin  qərarı  ilə  barəsində  narkotik  vasitə  əldə  etmə  və 

saxlama  ittihamı  ilə  3  ay  həbs  qətimkan  tədbiri  seçilib.  Məmmədova  qarşı 

sonradan  dövlətə  xəyanət  və  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçilik 

salma ittihamları da irəli sürülüb. 

 

Jurnalist  İranın  gizli  xidmət  agentlikləri  ilə  əlbir  olaraq  Azərbaycanın  ərazi 



bütövlüyünə  və  təhlükəsizliyinə  qarşı  fəaliyyətdə  günahlandırılıb.  "Talışi  Sədo” 

qəzetinin  keçmiş  baş  redaktoru  Novruzəli  Məmmədov  da  2008-ci  ildə  oxşar 

ittihamlarla  həbs  olunmuş  və  2009-cu  ildə  həbsxanada  vəfat  etmişdi.  Hilal 

Məmmədov  ittihamları  rədd  edərək,  YouTube  video  portalında  paylaşdığı, 

Rusiyada  da  çox  populyarlıq  razanmış  “Tı  kto  takoy  davay  do  svidaniya” 

meyxanası ilə bağlı həbs olunduğunu hesab edir.

15

 

 



Hilal  Məmmədovun  işinə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsində  baxılması  davam 

edir. Məhkəmənin dövlətə xəyanətlə bağlı olan ilk hissəsi ictimaiyyət üçün qapalı, 

narkotik maddəyə sahib olma ilə bağlı hissəsi isə açıq keçirilir.  

 

 Yerli  mətbuatda  dəfələrlə  Məmmədovun  məhkəmə  prosesinin  qanun  pozuntuları 



ilə  müşayiət  olunduğu  və  jurnalistin  məhkəmə  heyətinin  tərkibinə  etiraz  etdiyi 

barədə yazılar dərc olunub. Məmmədov ona qarşı irəli sürülmüş ittihamlar əsasında 

əmlakın  müsadirəsinə  və  12  il  həbs  cəzasına  məhkum  oluna  bilər.  Jurnalist  hal-

hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılır. Jurnalisin bildirdiyinə  görə, 

o, Narkotiklərə qarşı Mübarizə İdarəsində işgəncəyə məruz qalıb.  

 

Müstəqil  jurnalist  Fərəməz  Novruzoğlu  2012-ci  il  avqustun  22-də  Cinayət 



Məcəlləsinin  220.2-ci  (Kütləvi  iğtişaşlara,  habelə  vətəndaşlara  qarşı  zorakılıq 

etməyə çağırışlar etmə - guya F.Novruzoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri 

“11 mart böyük xalq günü” aksiyası ərəfəsində Facebook sosial şəbəkəsində Elçin 

                                                 

15

http://bit.ly/LeqoAb



 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə