Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix21.06.2018
ölçüsü0,68 Mb.
#50732
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  35 ­

­

təşkilatın üzərinə fərdi məlumatların mühafizəsi üzrə qanunlar və tənzimləmələrlə uyğunluğunu



təkmilləşdirmək üçün müəyyən tədbirlər həyata keçirmək öhdəliyi qoymaq;

­

qanun pozuntusu baş verdiyi halda təşkilatdan dərhal müəyyən addımlar atmaq və ya müəyyən



hərəkətləri etməkdən dərhal çəkinmək tələbini özündə ehtiva edən order və bildirişlər göndərmək;

­

təşkilatın fərdi məlumatların mühafizəsi üzrə qanunlar və tənzimləmələrlə uyğunluğunu yoxlamaq



məqsədilə razılaşdırılmış dəyərləndirmələr (auditlər) həyata keçirmək;

­

fərdi  məlumatların  mühafizəsi  haqqında  1998‐ci  il  Aktına əsasən  cinayət  törətmiş  şəxləri



mühakimə etmək;

­

parlamentdə  fərdi  məlumatların  mühafizəsi  sahəsində  narahatlıq  doğuran  məsələlər  barədə



məlumat vermək.

İnformasiya  Müvəkkili  Böyük  Britaniya  Kraliçası  tərəfindən  təyin  edilir  və  birbaşa  Parlamentə

hesabat verir. İnformasiya Müvəkkilini dəstəkləyən İdarəetmə Şurasının əsas məqsədi Müvəkkilə

uzunmüddətli, strateji əsasda öz qanuni səlahiyyətlərinin həyata keçirilməsində kömək etməkdir.



Fransa: Fransa  hökumətinin  1970‐ci  illərdə  hazırladığı  və  hər  bir  vətəndaşın  spesifik  rəqəmlə

eyniləşdirilməsi, daha sonra bu identifikasiya rəqəmi ilə bütün dövlət qeydiyyat məlumatlarının bir

araya  gətirilməsini  nəzərdə  tutan  SAFARI  planı  ictimaiyyət  arasında  narazılığa  səbəb  oldu.  Bu

narazılıq hökuməti informasiya texnologiyalarındakı istənilən inkişafın şəxsi həyat, fərdi hüquqlar

və  ictimai  azadlıqlara  təminat  verməsini  təmin  etməyə  yönələn  tədbirlər  həyata  keçirmək  üçün

komissiya  yaratmaga  məcbur  etdi. Informasiya  Texnologiyası  və  Azadlıqlar  Komissiyası  adlanan

müstəqil nəzarət qurumu 1978‐ci ildə təsis edildi.

Səlahiyyət  müddətləri  beş  il  olan,  parlamentarilər,  ali  məhkəmə,  şura  nümayəndələrindən  təşkil

olunan  on  yeddi  üzv  və  prezidentdən  ibarət  olan  Komissiya  tamamilə  müstəqildir  və  heç  bir

qurumdan göstəriş almır.

Komissiyanın həftədə bir dəfə baş tutan iclaslarında Fransa hökuməti tərəfindən ona rəy bildirilməsi

üçün  təqdim  edilmiş  fərdi  məlumatların  mühafizəsi  üzrə  qanunlar  və  tənzimləmələr  müzakirə

olunur.  Komissiyanın  səlahiyyətlərinə  həssas  fərdi  məlumatların  (xüsusilə  biometrik

texnologiyaların köməyi ilə) işlənməsinə icazənin verilməsi daxildir. O, həmçinin yeni texnologiyalrın

fərdlərin  şəxsi  həyat  və  toxunulmazlığına  təsiri  məsələsini  təhlil  edir.  2004‐cü  ildən  etibarən

Komissiya qanunvericiliyə uyğun olmayan şəkildə fərdi məlumatların işlənməsini həyata keçirən

qurumlara qarşı 300 000 avro pul cəriməsi tətbiq etmək və bunun ictimaiyyətə açıqlanmasına icazə

verən səlahiyyətə malikdir.



Ukrayna: Ukrayna Ali Radası 2010‐cu il tarixdə “Fərdi məlumatların mühafizəsi haqqında” Qanunu

qəbul etmiş, 6 iyul 2010‐cu il tarixdə Konvensiya və Əlavə Protokolu ratifikasiya etmişdir. Ukrayna

Prezidentinin  Fərmanı  ilə  Ukraynanın  fərdi  məlumatların  mühafizəsi  üzrə  Dövlət  Xidməti

formalaşdırılmışdır.  Dövlət  Xidməti  fəaliyyəti  Nazirlər  Kabineti  tərəfindən  Ədliyyə  Nazirliyi

vasitəsilə əlaqələndirilən mərkəzi icra hakimiyyəti orqanıdır.

Qanunvericiliyə  əsasən  Ukraynada  yerləşən  bütün  müəssisələr  nəzarət  etdikləri  fərdi

məlumatlardan ibarət məlumat bazalarını Dövlət Xidmətində qeydiyyatdan keçirməlidirlər. Məlumat

bazasının  nəzarətçisi  qəbul  etdiyi  fərdi  məlumat  üçün  adekvat  mühafizə  təmin  etməli  və  fərdi

məlumatı  şəxsin  öncədən  əldə  edilmiş  yazılı  razılığı əsasında  almalıdır.  Dövlət  Xidmətində

qeydiyyatdan keçirməyən nəzarətçilər həm cinayət, həm də inzibati məsuliyyətə cəlb edilə bilərlər.



Gürcüstan: Gürcüstanda Fərdi məlumatların mühafizəsi üzrə Müfəttiş institutu 2013‐cü ildə “Fərdi

məlumatların mühafizəsi haqqında” Qanuna əsasən təsis edilmişdir. Müfəttiş fərdi məlumatların

mühafizəsi qanunvericiliyinin tətbiqi və fərdi məlumatların işlənməsinin qanuniliyinə nəzarət edir.

Onun  əsas  məqsədi  ölkədə  fərdi  məlumatların  mühafizəsinə  zəmanət  vermək  və  fərdlərin  şəxsi

həyat hüququnu qorumaqdır. Öz funksiyalarını həyata keçirərkən Müfəttiş müstəqildir və heç bir

quruma tabe deyildir. O, dövlət və özəl  təşkilatlara  fərdi  məlumatların  mühafizəsi  məsələləri  ilə




­  36 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

bağlı  məsləhətlər  verir,  vətəndaşların  şikayətlərini  araşdırır,  fərdi  məlumatların  işlənməsinin

qanuniliyini yoxlayır, ictimaiyyəti fərdi məlumatların mühafizəsi ilə bağlı ölkədəki vəziyyət və digər

məsələlərlə bağlı məlumatlandırır.

Müfəttiş ölkədə fərdi məlumatların mühafizəsi vəziyyəti, qanun pozuntuları, təkmilləşdirilmə üzrə

tövsiyyələri  özündə  əks  etdirən  illik  ictimai  hesabatla  çıxış  edir.  O,  həmçinin  ölkə  Parlamenti  və

hökumətə fərdi məlumatların mühafizəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər

vermək  hüququna  malikdir.  O,  üç  il  müddətinə  təyin  edilir  və  Baş  Nazir  tərəfindən  təsis  edilən,

hökumət, parlament, ədliyyə sistemi, ombudsman ofisi və vətəndaş cəmiyyəti nümayəndələrindən

ibarət komissiya tərəfindən seçilir. Müfəttiş elmi, pedoqoji və incəsənət fəaliyyəti istisna olmaqla,

digər ödənişli fəaliyyətlə məşğul ola, digər dövlət orqanında işləyə, hər hansı siyasi partiyanın üzvü

ola və ya siyasi fəaliyyətlə məşğul ola bilməz.



Rusiya: Rusiyanın  Aİ‐nın   Direktivi  və  AŞ  Konvensiyası əsasında  formalaşdırdığı  qanunvericiliyi

fərdin  razılığı  olmadan  müvafiq  qanunvericiliyə  malik olmayan  ölkələrə  məlumat  ötürülməsini

ümumilikdə qadağan edir. Lakin ölkədə tənzimləyici qurumun təsis edilməsi, bu sahədə standart və

prosedurların müəyyənləşdirilməsi ləngiyir. Hazırda Rabitə, İnformasiya Texnologiyaları və KİV‐ə

nəzarət üzrə Federal Xidmət məlumatların işlənməsi, təftişi, tənzimləmələr və qaydaların nəşri və

məlumatları işləyənlər barədə bildirişlərin qəbul edilməsi üzrə məsul orqandır.



Nəticə

İctimaiyyət qarşısında fərdi məlumatların mühafizəçisi kimi əhəmiyyətli funksiya həyata keçirəcək

nəzarət qurumu yaradılarkən onun müstəqilliyi, effektivliyi, resursları və səlahiyyətləri məsələlərinə

xüsusi diqqət verilməlidir. Bütünlükdə fərdi məlumatların mühafizəsi sistemi bu quruma ictimaiyyət

tərəfindən  etimad  göstərilməsindən  asılıdır. Öz  funksiyalarını  tamamilə  müstəqil  şəkildə  həyata

keçirməyən  nəzarət  qurumları  fərdi  hüquq  və  azadlıqları  effektiv  şəkildə  müdafiə  edə  bilməz.

Nəzarət  qurumlarının  müstəqilliyinə  dair  şübhələr  mövcud  olması  və  ya  bu  qurumların  öz

səlahiyyətlərini effektiv şəkildə həyata keçirmək üçün kifayət qədər resursa malik olmaması barədə

vətəndaşlarda  təəssurat  yaranması  onların  fərdi  məlumat  və  şəxsi  həyat  toxunulmazlığı

problemlərinin ciddi qəbul olunmasına inadırmaqda çətinliyin yaranmasına səbəb ola bilər.

Beləliklə, Azərbaycanda fərdi məlumatların mühafizəsi üzrə nəzarət qurumu yaradılarkən nəzərə

alınmalı olan əsas amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:

‐ Nəzarət qurumlarının sayı. Əlavə Protokol Tərəflərə bir və ya daha çox nəzarət qurumu yaratmağa

imkan  verir.  Beləliklə,  ölkədə  vahid  nəzarət  qurumu  və  ya ümumi  səlahiyyətlərə  malik  nəzarət

qurumu  ilə  yanaşı sektorlar  (səhiyyə,  poçt,  telekommunikasiya  və  s.)  üzrə  nəzarət  qurumlarının

yaradılması mümkündür;

‐ Nəzarət qurumunun müstəqilliyi. Qurumun təyin edilmə proseduru, səlahiyyət müddəti və maliyyə

asılılığının  olmaması məsələləri onun  müstəqilliyini  şərtləndirən  əsas  amillər  kimi  nəzərə

alınmalıdır.

‐  Nəzarət  qurumuna  verilən  səlahiyyətlərin  həcmi.  Təhqiqat,  müdaxilə,  hüquqi  rəylər  verilməsi,

prosessual fəaliyyətə cəlb edilə bilmək, fərdi məlumatların qeyri‐qanuni işlənməsini həyata keçirən

mülkiyyətçi və ya operatorun fəaliyyətinə qadağa qoyulması səlahiyyətləri nəzarət qurumuna fərdi

məlumatların effektiv mühafizəsini keçirməyə kömək edən səlahiyyətlərdir.

‐  Nəzarət  qurumunun  malik  olduğu  resurslar.  Qurum  fərdin  xeyrinə  təxirəsalınmaz  və  effektiv

tədbirlər həyata keçirə bilmək üçün zəruri texniki və insan resurslarına (hüquqşunaslar, kompüter

ekspertləri və s.) malik olmalıdır.

Əlavə Protokola əsasən, hər bir fərd öz şəxsi məlumatının işlənməsi hüquq və azadlıqları barədə

nəzarət qurumuna iddia vermək hüququna malik olmalıdır. Ölkəmizdə nəzarət qurumu yaradılarkən

daxili qanunvericilik bu cür hüququn şərti kimi iddianın nəzarət qurumuna verilməsini nəzərdə tuta

bilər. Bu isə Azərbaycanda məhkəmələrin iş yükünün yüngülləşməsinə və fərdi məlumatlarla daha

effektiv mühafizəsinə gətirib çıxara bilər.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə