Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix21.06.2018
ölçüsü0,68 Mb.
#50732
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

­  28 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

6. «Sürücülük vəsiqəsinin verilməsi və qüvvədə olmasına dair minimal tələblər haqqında» BMT‐nin

1975‐ci il Cenevrə Sazişi (Azərbaycan Respublikası bu Sazişə qoşulmamışdır);

7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

8. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının 3 iyul 1998­ci il, ¹ 517­IQ Qanunu;

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12 yanvar 2012‐ci il tarixli, Q1‐001‐

12 saylı Qərarı ilə təsdiq olunmuş «Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin

edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair» Təlimat;

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13 dekabr 2012‐ci il tarixli, 46 saylı Qə‐

rarı ilə təsdiq olunmuş «İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin Siyahısı»;

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin

istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr

2013‐cü il tarixli, 5 saylı Qərarı.


­  29 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

Aysel Əsgərova

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

Hüquq və insan resursları şöbəsinin böyük

məsləhətçisi, hüquqşünas

FƏRDİ MƏLUMATLARIN MÜHAFİZƏSİ ÜZRƏ

NƏZARƏT QURUMLARI: BEYNƏLXALQ

TƏCRÜBƏ, AZƏRBAYCAN RESPUBLİKASI ÜÇÜN

PERSPEKTİVLƏR

Xülasə

Bu tədqiqatın məqsədi Azərbaycan Respublikasının “Nəzarət qurumları və trans‐sərhəd məlumat axını

haqqında Əlavə Protokol”a qoşulacağı təqdirdə ölkədə fərdi məlumatların mühafizəsi üzrə nəzarət

qurumunun yaradılması perspektivlərini və bu sahədə qabaqcıl beynəlxalq təcrübəni təhlil etməkdən

ibarətdir. Araşdırma  nəticəsində  icitmaiyyətin  etimad  göstərəcəyi  və  fərdi  məlumatların  effektiv

mühafizəsini həyata keçirərək fərdlərin mühüm konstitusion hüquqlarından birini təmin edə biləcək

nəzarət qurumunun yaradılması ilə bağlı tövsiyələr irəli sürülmüşdür. Əlavə Protokolun digər və daha

geniş  tənzimləmə  predmeti  olan  fərdi  məlumatların trans‐sərhəd  ötürülməsi  problemi  bu  tədqiqat

işində araşdırılmamışdır.

Açar sözlər: fərdi məlumatların mühafizəsi, nəzarət qurumları, “Nəzarət qurumları və trans‐sərhəd

məlumat axını haqqında Əlavə Protokol”.

Giriş

Azərbaycan Respublikası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar

şəxslərin qorunması haqqında” Avropa Şurası (AŞ) Konvensiyasını (bundan sonra “Konvensiya”)

2010‐cu ildə imzalamış və ratifikasiya etmişdir. Lakin ölkəmiz Konvensiyanın “Nəzarət qurumları

və  trans‐sərhəd  məlumat  axını  haqqında  Əlavə  Protokol”una  (bundan  sonra  “Əlavə  Protokol”)

qoşulmamış  bir  neçə  AŞ  üzvündən  biridir.  Əlavə  Protokola  qoşulmanın  zəruriliyi  Azərbaycan

Respublikasının  Avropa  İttifaqına  (Aİ)  inteqrasiyası,  fərdi  məlumatların  mühafizəsi  üzrə  milli

qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması, Azərbaycan Respublikası və Aİ arasında

Assosiasiya Sazişinin razılaşdırılması istiqamətində əsas tələblərdən biri kimi Aİ tərəfindən dəfələrlə

vurğulanmış və ölkəmiz Əlavə Protokola qoşulmağa dəvət olunmuşdur.

Azərbaycanda fərdi məlumatların mühafizəsi sahəsində vahid müstəqil qurum yoxdur və bu sahədə

fəaliyyətin tənzimlənməsi bir neçə dövlət qurumu tərəfindən öz səlahiyyətləri çərçivəsində həyata

keçirilsə  də  bu  sahədə  əlaqələndirmənin  aparılması  ilə  bağlı  səlahiyyətlərin  olmaması  fərdi

məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulması hallarına qarşı kompleks mübarizənin

aparılmasında çətinliklər yaratmaqdadır.

Milli sərhədlərdən mübadilə edilən fərdi məlumatların həcminin həmişəkindən daha böyük olduğu

indiki  dövrdə  insan  hüquq  və  əsas  azadlıqlarının, xüsusilə bu  cür  fərdi  məlumat  mübadiləsi  ilə

əlaqədar şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların mühafizəsini effektiv təmin etməyin

zəruriliyi  getdikcə  artmaqdadır. Azərbaycan  Respublikası  üçün  Avropaya  inteqrasiyanın,  insan

hüquqları  və  əsas azadlıqlarının  təmin  edilməsinin  əhəmiyyətli  məsələ olduğunu nəzərə alsaq,




­  30 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

ölkəmizin  Əlavə  Protokola  qoşularaq ondan  irəli  gələn  öhdəlik  kimi  ölkədə  fərdi  məlumatların

mühafizəsi  üzrə  nəzarət  qurumunu  təsis  etməsi,  bununla  da  vətəndaşların  vacib  konstitusion

hüququnun həyata keçirilməsinə şərait yaratması zəruri və aktual məsələ kimi görünür.

Nəzarət qurumunun yaradılması ilə əlaqədar Əlavə Protokolun tələblərinin təhlili və bu sahədə

Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi gələcəkdə Azərbaycan Respublikasında yaradılacaq

bu cür qurumun fərdi məlumatların mühafizəsi sahəsində daha effektiv fəaliyyət  göstərməsinə və

ölkəmizdə  insan  hüquq  və  əsas  azadlıqlarının  müdafiəsinə  töhvə  verəcəyi  gözlənilir.  Nəzarət

qurumunun ölkəmizin hüquq sisteminin xüsusiyyətləri, Aİ ölkələrində fəaliyyət göstərən nəzarət

qurumlarının  üstünlük  və  çatışmazlıqları  nəzərə  alınmaqla formalaşdırılması,  yaradılarkən

müstəqilliyini  şərtləndirən  cəhətlər  kimi  onun  tərkibi,  rəhbərinin  təyin  edilməsi  proseduru,

səlahiyyətləri, fəaliyyət üsulları və maliyyə müstəqilliyi barədə düzgün qərarın verilməsi həm də

icitmaiyyət tərəfindən gələcəkdə bu nəzarət qurumuna etimad göstərilməsi üçün vacib amillərdir.

Əlavə Protokolda nəzarət qurumları ilə əlaqədar tələblər

Əlavə  Protokol  8  noyabr  2001‐ci  ildə  Strasburqda  AŞ  Nazirlər  Komitəsinin  109‐cu  Sessiyası

münasibətilə  imzalanma  üçün  açıq  elan  olunmuşdur.  Protokolun  məqsədi  Konvensiyada  təsbit

olunmuş prinsiplərin tətbiqini iki yeni maddi‐hüquqi müddəa əlavə etməklə təkmilləşdirməkdən

ibarətdir. Müdəalardan biri Tərəflərin fərdi məlumatların mühafizəsi üzrə bir və ya daha çox nəzarət

qurumu təyin etməsi, digəri isə Konvensiyaya qoşulmamış ölkə və təşkilatlara şəxsi məlumatların

trans­sərhəd ötürülməsi ilə bağlıdır.

Konvensiyanın  10‐cu  maddəsi  hər  bir  Tərəfin  müvafiq  qanunvericiliyində  Konvensiyanın

prinsiplərini reallaşdıran müddəaların pozulması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini

tələb edir. Lakin bu maddə Tərəflərdən birmənalı olaraq öz ərazilərində Konvensiyanın II və III

fəsillərində və Protokolda təsbit olunmuş prinsipləri reallaşdıran tədbirlərin uyğunluğuna nəzarət

edən qurumlarının yaradılmasını tələb etmir.

Əlavə  Protokolun  1‐ci  maddəsi  ikili  məqsəd  daşıyır.  Bu  maddə  bir  tərəfdən  Tərəflərdən  fərdi

məlumatların işlənməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının müdafiəsinə töhvə verən bir və

ya daha çox nəzarət qurumu yaratmağı tələb etməklə fərdin effektiv qorunmasını həyata keçirmək

məqsədi  güdür.  Müxtəlif  hüquq  sistemlərinin  spesifikliyini  tənzimləmək  üçün  birdən  daha  çox

qurumun yaradılması zəruri ola bilər. Bu qurumlar Konvensiyanın prinsiplərini reallaşdıran daxili

qanunvericiliyə əməl edilməsini təmin edən hüquq‐mühafizə və digər qurumların səlahiyyətlərinə

xələl gətirmədən öz vəzifələrini icra edə bilərlər. Nəzarət qurumları fərdin xeyrinə təxirəsalınmaz

və effektiv tədbirlər həyata keçirə bilmək üçün zəruri texniki və insan resurslarına (hüquqşunaslar,

kompüter ekspertləri və s.) malik olmalıdır.

Digər tərəfdən bu maddə artıq yaradılmış nəzarət qurumlarının fəaliyyətini tənzimləyən qanunların

daha mükəmməl harmonizasiyasına nail olmaq məqsədi daşıyır. Prinsip etibarilə,  Konvensiyanın

bütün Tərəfləri öz daxili qanunvericiliklərində bir və ya bir neçə nəzarət qurumunun yaradılmasını

nəzərdə tutmalıdırlar. Lakin milli hüquq sisteminin xüsusiyyətlərindən asılı olaraq onların tərkibi,

səlahiyyətləri və fəaliyyət üsulları ayrı‐ayrı dövlətlərdə bir‐birindən əhəmiyyətli dərəcədə fərqli

ola bilər. Harmonizasiya yalnız Tərəflərdə məlumatların qorunması səviyyəsini təkmilləşdirmək

deyil, həmçinin Konvensiyada təsbit edilmiş əməkdaşlıq sisteminə xələl gətirmədən onlar arasında

daha sıx əməkdaşlığa nail olmaq məqsədi daşıyır.

Tərəflər  nəzarət  qurumlarına  öz  vəzifələrini  yerinə  yetirmək  üçün  verilməli  olan  səlahiyyətlər

məsələsində kifayət qədər müstəqilliyə malikdirlər. Əlavə Protokola əsasən onlara ən azı təhqiqat

və müdaxilə hüquqları, o cümlədən  prosessual fəaliyyətə cəlb olunmaq və ya müvafiq müddəaların

pozulmasını səlahiyyətli məhkəmə qurumunun diqqətinə çatdırmaq hüququ verilməlidir.

Nəzarət  qurumu  məlumatı  işləyəndən  fərdi  məlumatların  işlənməsi  ilə  bağlı  informasiya  tələb

etmək və onu almaq kimi təhqiqat səlahiyyətlərinə  malik olmalıdır. Bu informasiya xüsusilə nəzarət

qurumuna Konvensiyanın 8‐ci maddəsinə uyğun olaraq daxili qanunvericilikdə nəzərdə tutulmuş

hüquqlarını həyata keçirmək istəyən şəxs tərəfindən müraciət edildikdə əldə edilə bilən olmalıdır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə