Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix21.06.2018
ölçüsü0,68 Mb.
#50732
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

­  45 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

109.2. Bu  Məcəllənin  109.1‐ci  maddəsində  nəzərdə  tutulmuş  hallardan  biri  olduqda,  hakim

özü‐özünə etiraz etməlidir.”

13. Aşağıda ölkə məhkəmələri tərəfindən çıxarılmış müvafiq qərarlara yenidən baxılması və Avropa

Məhkəməsi  tərəfindən  Konvensiyanın  pozuntusu  müəyyən  edildikdən  sonra  yeni  hallar  üzrə  işə

baxılmasına dair CPM‐də əks olunmuş müddəalar qeyd edilmişdir:

M a d d ə   4 5 5 . Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar

üzrə baxılması üçün əsaslar

“455.0. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması

üçün əsaslar aşağıdakılardır:

455.0.2.


İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsi  tərəfindən  Azərbaycan  Respublikasının

məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham

qaydasında şikayət üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın müddəalarının pozulduğu müəyyən edilməsi; ...”

M a d d ə   4 5 6 . Hüquq  və  azadlıqların  pozulması  ilə  bağlı  yeni  hallar  üzrə  ‐məhkəmə

aktlarına baxılması

“456.1. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması

hüququna Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.

456.2. Bu  məcəllənin  455.0.1‐ci  və  455.0.2‐ci  maddələrində  nəzərdə  tutulan  əsaslar  olduqda,

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumu  Azərbaycan  Respublikası  Konstitusiya

Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız

hüquqi məsələlər üzrə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan

Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil

olduqda Ali Məhkəmənin sədri hakimlərin birinə işin plenumun məhkəmə iclasına hazırlanmasını

və  məruzə  edilməsini  tapşırır.  İşə  plenumun  məhkəmə  iclasında  Azərbaycan  Respublikası

Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan

Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə baxılır....”

M a d d ə   4 5 9 . İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsi  tərəfindən  Azərbaycan

Respublikasının məhkəmələrində cinayət təqibi üzrə icraat zamanı "İnsan hüquqlarının və

əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın pozulduğunun müəyyən edilməsi ilə

əlaqədar  hüquq  və  azadlıqların  pozulması  ilə  bağlı  yeni  hallar  üzrə  işə  yenidən  baxmaq

haqqında qərar

“459.0.  Bu məcəllənin 455.0.2‐ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən

baxmış  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumu  aşağıdakı  qərarlardan  birini  qəbul

etmək hüququna malikdir:

459.0.1.  müvafiq  birinci,  apellyasiya  və  kassasiya  instansiyası  məhkəmələrinin,  habelə  əlavə

kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya

qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya

xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə

müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;

459.0.2. bu məcəllənin 421.1.2 və 421.1.3‐cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya

instansiyası  məhkəməsinin  qərarının  və  (və  ya)  əlavə  kassasiya  qaydasında  çıxarılmış  qərarın

dəyişdirilməsi barədə;

459.0.3.  kassasiya  instansiyası  məhkəməsinin  qərarının  və  (və  ya)  əlavə  kassasiya  qaydasında

çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.”

14. Hakimə və ya məhkəmə tərkibinə etiraza dair qaydaların tətbiqi ilə bağlı məhkəmə təcrübəsi

barədə 2005‐ci il 24 noyabr tarixli 3 nömrəli qərarında Ali Məhkəmənin Plenumu bildirmişdir ki,

hakimin işə baxmaqdan kənarlaşdırılması üçün müvafiq hüquqi əsaslar olduqda, o, tərəflərin etirazı

olmadıqda   belə, öz   razılığı   ilə

prosesdən      kənarlaşmalıdır.      Plenum      prosesdən     belə



­  46 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

kənarlaşmaq tələbini hakimin hüquqi vəzifəsi kimi müəyyən edir (3.2‐ci bənd). Birinci instansiya

məhkəməsində  cinayət  işinə  baxılmasında  artıq  iştirak  etmiş  hakim  eyni  cinayət  işinə  yenidən

baxılması zamanı iştirak etməməlidir (13‐cü bənd).



HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 6‐CI MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

15.  Ərizəçi  şikayət  edərək  bildirmişdir  ki,  eyni  hakim  onun  hüquqi  məsələlərlə  bağlı  verdiyi  iki

ardıcıl  kassasiya  şikayətinə  baxmış  Ali  Məhkəmənin  hər  iki  tərkibində  iştirak  etmişdir.  O  qeyd

etmişdir  ki,  eyni  hakimin  işə  ikinci  dəfə  baxılmasında  iştirak  etməsi  ölkədaxili  prosessual

qanunvericiliyin  tələblərini  pozmuşdur  və  buna  görə  də  Ali  Məhkəmənin  bu cür  qaydada  təşkil

olunmuş  tərkibi  qərəzsiz  ola  bilməzdi.  Konvensiyanın  6‐cı  maddəsinin  müvafiq  hissəsində  qeyd

olunur:


“Hər  kəs,  onun  mülki  hüquq  və  vəzifələri  müəyyən  edilərkən...məhkəmə  vasitəsi  ilə...işinin

ədalətli...araşdırılması hüququna malikdir. ”



A.  Ərizənin mümkünlüyü

16. Hökumət  hazırkı  işdə  ərizəçiyə  əhəmiyyətli  dərəcədə  ziyan  vurulub‐vurulmadığını

dəqiqləşdirməyi Məhkəmədən xahiş etmişdir.

17. Ərizəçi bununla bağlı fikrini bildirməmişdir.

18. Məhkəmə hesab edir ki, belə vəziyyətdə o, ərizəçinin şikayətinin Konvensiyanın 35‐ci maddəsinin

2010‐cu ilin 1 iyun tarixində qüvvəyə minmiş Konvensiyaya 14‐cü Protokol ilə dəyişiklik edilmiş

redaksiyasına  əsasən  mümkün  olub‐olmadığını  müəyyənləşdirməlidir.  14  saylı  Protokol  35‐ci

maddəyə mümkünlük ilə bağlı yeni tələb əlavə etmişdir. Burada qeyd olunur:

“3. Məhkəmə 34‐cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə

baxmır:


(b) əgər ərizəçiyə “əhəmiyyətli dərəcədə ziyan” vurulmamışdırsa, bir şərtlə ki, Konvensiyada və

onun  Protokollarında  müəyyən  edilmiş  insan  hüquqlarına  hörmət  ərizənin  mahiyyəti  üzrə

araşdırılmasını  tələb  etməsin;  bununla  yanaşı  ölkə  daxili  məhkəmə  tərəfindən  lazımı  şəkildə

baxılmamış heç bir iş bu əsasla rədd edilə bilməz”.

19. Məhkəmə təkrar edir ki, yeni müddəa qüvvəyə mindiyi tarixdən etibarən, artıq mümkünsüz elan

edilmiş  işlər  istisna  olmaqla,  Məhkəmədə  baxışı  gözlənilən  bütün  işlərə  tətbiq  olunur  (bax:



“Qaftoniuk Rumıniyaya qarşı” (Gaftoniuc v. Romania (dec.), no. 30934/05, § 29, 22 February 2011)).

20. Məhkəmə qeyd edir ki, Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndinin b) yarımbəndi ilə təsbit

edilmiş  meyarın  başlıca  elementi  ərizəçiyə  əhəmiyyətli  dərəcədə  ziyan  vurulub‐vurulmadığıdır

(bax: “İonesku Rumıniyaya qarşı” (Ionescu v. Romania (dec.), no. 36659/04, § 32, 1 June 2010 və



“Korolyov Rusiyaya qarşı” (Korolev v. Russia (dec.), no. 25551/05, 1 July 2010)).

21. De minimis non curat praetor kimi ümumi prinsipdən irəli gələn mümkünlük meyarı belə bir

fikirlə  sıx  bağlıdır  ki,  hüquq  pozuntusu  sırf  hüquqi  nöqteyi‐nəzərdən  nə  qədər  real  olsa  da,

beynəlxalq məhkəmənin diqqətini çəkmək üçün minimum ağırlıq səviyyəsinə malik olmalıdır. Bu

minimum  səviyyənin  qiymətləndirilməsi  təbiət  etibarı  ilə  nisbi  xarakter  daşıyır  və  işin  bütün

hallarından asılıdır. Pozuntunun ağırlığı qiymətləndirilən zaman istər ərizəçinin subyektiv fikirləri,

istərsə də konkret işin obyektiv halları nəzərə alınmalıdır (yuxarıda qeyd edilmiş “Korolyov” işi).

Əhəmiyyətli dərəcədə ziyanın vurulmadığını müəyyənləşdirən zaman mübahisə olunan məsələnin

maddi baxımdan nəticələri və ya işin ərizəçi üçün əhəmiyyəti kimi meyarlar nəzərə alına bilər (bax:

yuxarıda qeyd edilmiş “İonesku” işi, 34‐cü bənd).

22.  Hazırkı  işdə  Məhkəmə  hesab  edir  ki,  şikayətin  predmetini  təşkil  edən  ölkədaxili  proseslərin

ərizəçi barəsində ittiham  hökmünün  çıxarılması  ilə  bitməsi  faktı  nəzərə  alınmalıdır.  İşdə  olan




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə