Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix21.06.2018
ölçüsü0,68 Mb.
#50732
1   ...   24   25   26   27   28   29   30   31   32

­  63 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

minməmişdən əvvəl vəfat etmişdir. Bu halda, atanız vəfat edərkən ananızla onun arasındakı nikaha

xitam  verilməmişdi.  Çünki  nikaha  xitam  verilməsi  barədə  birinci  instansiya  məhkəməsinin

qətnaməsi hələ qanuni qüvvəyə minməmişdi. Bu baxımdan, ananızın mərhum ərinin, yəni atanızın

qanun üzrə birinci növbədə vərəsəsi kimi miras əmlakdan pay almaq hüququ vardır.

Sual 7. Mağazadan oğlumun dərslərində istifadəsi məqsədilə noutbuk almışdım. Satıcı mala

1 illik zəmanət (12.07.2013‐12.07.2014‐ci il) vermişdi. Zəmanət müddəti ərzində malda qüsur

ortaya çıxdı və mənim müraciətimdən sonra satıcı zəmanətin şərtlərinə uyğun olaraq malı

təmir edib mənə qaytardı. Bütün bu prosedur, yəni malın məndən alınıb təmir edilərək geri

qaytarılması 25 gün davam etdi. Lakin bu ilin iyul ayının 28‐də noutbukda yenidən qüsur

ortaya çıxdı. Bununla bağlı mən dərhal əvvəlki kimi satıcıya müraciət etsəm də, o, zəmanət

müddətinin  bitməsini  əsas  gətirərək  noutbuku  təmir  etməkdən  imtina  etdi.  Satıcının  bu

imtinası əsaslıdır?

Cavab. “İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” qanunun 6‐cı maddəsinin 1‐ci hissəsinə

görə  İstehsalçı  (icraçı)  malın  (işin,  xidmətin),  həmçinin  komplektləşdirici  məmulatların

qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə

müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir.

Həmin maddənin 4‐cü hissəsinə görə zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət

müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları

aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır.

Göründüyü kimi, satıcının zəmanətli təmirdən imtinası əsaslı deyil. Çünki malda ilk dəfə aşkara

çıxmış qüsurun aradan qaldırılmasına 25 gün sərf edildiyindən malın zəmanət müddəti də 25 gün

artırılmalıdır. Buna görə malda ikinci qüsur aşkar edilərkən sözügedən qanunun 6‐cı maddəsinin

4‐cü hissəsinin tələbi baxımından zəmanət müddəti hələ bitməmişdi.

Sual 8. Qızım ailə qurmuş və bir övladı vardır. Lakin sonradan boşanmışdır. Nəvəm mənimlə

qalır  və  bütün  qayğını  mən  çəkirəm.  Ona  görə  də,  nəvəmi  övladlığa  götürmək  istəyirəm.

Bununla  bağlı  2  sualım  var.  1)  Valideynlərinin  razılığı  olmadan  nəvəmi  övladlığa  götürə

bilərəm? 2) Övladlığa götürməyə imkan verməyən xəstəliklər dedikdə, hansı xəstəliklər başa

düşülür?

Cavab. Ümumi qayda ondan ibarətdir ki, valideynləri olan uşaq yalnız valideynlərinin razılığı ilə

övladlığa  götürülə  bilər  (Ailə  Məcəlləsi,  m.  122.1).  Ailə  Məcəlləsinin  123‐cü  maddəsi  ümumi

qaydadadan istisnanı, yəni valideynlərin razılığı olmadan övladlığa götürməni nizama salır. Ailə

Məcəlləsinin 123.1‐ci maddəsinə görə valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə

və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti

olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı

tələb olunmur.

Həmin Məcəllənin 123.2‐ci maddəsinə görə valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə

yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində

və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı

göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

İkinci  suala  gəldikdə,  onu  qeyd  edək  ki,  övladlığa  götürməyə,  qəyyumluğa  və  himayəyə  qəbul

etməyə  imkan  verməyən  xəstəliklərin  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı (Azərbaycan

Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən olunur (Ailə Məcəlləsi, m. 120.2). Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2000‐ci il 15 avqust tarixli, 141 nömrəli Qərarı ilə “Övladlığa

götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı” təsdiq edilmişdir.

Həmin   Siyahıda    göstərilən   xəstəliklər   aşağıdakılardır: 1.    Vərəm  (aktiv   və   xroniki) —



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

­  64 ­

lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr; 2. Daxili

orqanların, sinir sisteminin, dayaq‐hərəkət aparatının xəstəlikləri—dekompensasiya mərhələsində

olan xəstələr; 3. Bədxassəli onkoloji xəstəliklər—lokalizasiyadan asılı olmayaraq; 4. Narkomanlıq,

toksikomanlıq, xroniki alkoqolizm; 5. İnfeksion xəstəliklər—dispanser qeydiyyatından çıxarılana

qədər olan xəstələr; 6. Ruhi xəstəliklər—müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan

və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələr; 7. Əmək qabiliyyətini itirməklə I və II

qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər.

Sual 9. Ailəmlə birlikdə uzun müddət özəlləşdirilməmiş mənzildə order əsasında yaşamışıq.

Mənzilin  özəlləşdirilməsi  zamanı  mən  və  oğlum ərizə  yazaraq  mənzilin  ərimin  adına

sənədləşdirilməsinə  etiraz  etmədiyimizi  bildirdik.  Ailədə  ərimlə  olan  münasibətlərimiz

pisləşmişdir.  Ərim  deyir  ki,  mənim  həmin  mənzillə  bağlı  heç  bir  hüququm  yoxdur;  çünki

özəlləşdirmə  zamanı  öz  hüquqlarımdan  onun  xeyrinə  imtina  etmişəm.  Bu,  nə  dərəcədə

düzgündür?

Cavab. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 1‐ci

maddəsi  özəlləşdirmənin  əvəzsiz  olaraq  həyata  keçirildiyini  təsbit  etmişdir.  Nəzərə  alsaq  ki,

Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  32‐ci  maddəsi  əmlakın ər‐arvadın  ümumi  gəlirləri

hesabına əldə olunmasını onun (yəni əmlakın) ər‐arvadın birgə mülkiyyəti sayılması üçün zəruri

iki şərtdən biri kimi qəbul edir, onda mənzil üzərində mülkiyyət hüququnuzun olmamasını demək

olar.  Lakin  mənzilin  ərinizin  adına  özəlləşdirilməsi  Sizin  və  oğlunuzun  həmin  mənzil  üzərində

yaranmış istifadə hüququnuzu aradan qaldırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan

Respublikası Qanununun 1‐ci, 5‐ci və 12‐ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012‐ci

il tarixli Qərarında göstərmişdir ki, “özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin

mənzilin  onlardan  birinin  mülkiyyətinə  verilməsi  haqqında  razılığının  olması,  onların  həmin

mənzildə  yaşamaq  hüququndan  imtinası  kimi  qiymətləndirilə  bilməz”.  Beləliklə,  Sizin

özəlləşdirilmiş mənzildən istifadə hüququnuz vardır və özəlləşdirmə zamanı verdiyiniz yazılı razılıq

bu hüququnuzdan imtina etdiyiniz mənasına gəlmir.



Sual 10. Rayonumuzun kənd sakini “Hil” Bələdiyyəsindən 2005‐ci ildə 2 hektar kənd təsərrüfatı

təyinatlı torpaq sahəsini uzun müddətli – 99 illik icarəyə götürmüşdür. Həmin torpaq sahəsini

hansı qaydada alqı‐satqı edə və ya icarəyə götürə bilərəm?

Cavab. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 86‐cı maddəsinin 2‐ci hissəsinə görə bu

Məcəllədə  nəzərdə  tutulmuş  dövlət  torpaqları,  ümumi  istifadədə  olan,  habelə  hüquqi  və  fiziki

şəxslərin istifadəsində  və  icarəsində  olan  bələdiyyələrin  kənd  təsərrüfatına  yararlı  torpaqları

alqı‐satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7.2‐ci

maddəsinə  görə hüquqi  və  fiziki  şəxslərin  istifadəsində  və  icarəsində  olan  bələdiyyələrin  kənd

təsərrüfatı  təyinatlı,  eləcə  də  meşə  və  su  fondu  torpaqları  xüsusi  mülkiyyətə  verilə  bilməz.

Göründüyü kimi, icarədə olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları xüsusi mülkiyyətə

verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 51‐ci maddəsinin 5‐ci

hissəsinə görə mülkiyyətçi olan icarəyəverənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini

başqasına  subicarəyə  (ikinci  əldən  icarəyə)  verə  bilər.  “Bələdiyyə  torpaqlarının  idarə  edilməsi

haqqında” qanunun 11.11‐ci maddəsinə görə icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə

yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 53‐cü

maddəsinin  1‐ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə

və icarəyə verilərkən (satılarkən), onun icarəyə (və ya subicarəyə) verilməsi qadağan edilə bilər.

Göründüyü  kimi, icarə  müqaviləsində  həmin  torpaq  sahəsinin  subicarəyə  verilməsi  qadağan

edilməmişdirsə, Siz həmin torpaq sahəsini bələdiyyənin razılığı ilə subicarəyə götürə bilərsiniz.



*  Rubrikada  təqdim  olunan  sualların  cavabları  Vəkillər  Kollegiyasının üzvü  Dünyamin

Novruzov tərəfindən tərtibolunmuşdur.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə