Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix21.06.2018
ölçüsü0,68 Mb.
#50732
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

­  49 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

2.  Mənəvi ziyan

39. Ərizəçi mənəvi ziyana görə 50000 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.

40. Hökumət məbləğin həddən artıq çox olduğunu bildirmişdir. O qeyd etmişdir ki, bu işdə pozuntu

faktının  müəyyən  edilməsi  ərizəçinin  məruz  qaldığı  hər  hansı  mənəvi  ziyana  görə  qənaətbəxş

kompensasiya olacaqdır.

41. Məhkəmə təkrar edir ki, ərizəçi Konvensiyanın 6‐cı maddəsində nəzərdə tutulmuş təminatların

pozulmasına  baxmayaraq  məhkum  edilmişdirsə,  o,  mümkün  olduğu  qədər  bu  müddəaların

tələblərinin pozulmayacağı təqdirdə olacağı vəziyyətə qaytarılmalıdır və mahiyyət etibarı ilə, belə

vəziyyətdə  hüquqların  bərpasının  ən  münasib  forması  ərizəçinin  işinə  lazımı  qaydada,  müvafiq

təminatlara əməl olunmaqla yenidən baxılmasını təmin etmək olardı (bax: mutatis mutandis“Qurov



Moldovaya  qarşı”  (Gurov  v.  Moldova,  no. 36455/02,  §  43,  11  July  2006)).  Məhkəmə  qeyd  edir  ki,

hazırkı  işdə  Azərbaycan  qanunvericiliyinə  görə  (yuxarıda  13‐cü  bəndə  bax)  belə  bir  imkan

mövcuddur.  Belə  ki,  ərizəçi  xahiş  edəcəyi təqdirdə  Məhkəmənin  onun  işinə qanun  əsasında

yaradılmış məhkəmə”tərəfindən baxılmadığına dair qəbul etdiyi qərarı nəzərə alınaraq həmin işə

hüquqi məsələlər üzrə yenidən baxılmasına nail olmaq mümkündür.

42. Məhkəmə hazırkı işin faktlarını və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, bu işdə

pozuntu faktının təsbit edilməsi ərizəçinin məruz qaldığı istənilən mənəvi ziyana görə qənaətbəxş

kompensasiyanı  təşkil  edir.  Buna  görə  də  Məhkəmə  mənəvi  ziyana  görə  kompensasiya

ödənilməməsini qət edir.

B.  Xərclər və məsrəflər

43.  Ərizəçi  işə  Avropa  Məhkəməsində  baxılması  ilə  bağlı  çəkilmiş  xərclərə  görə  2000  avro

məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Tələbini təsdiq etmək üçün o, özü ilə vəkili arasında

imzalanmış  sazişin sürətini  təqdim  etmişdir.  Bu  sazişə  əsasən  bu  haqq  Məhkəmə  tərəfindən

pozuntunun  olduğuna  dair  qərar  qəbul  edildiyi  halda  ödəniləcəkdi.  Ərizəçi,  həmçinin  özü  və  on

səkkiz ailə üzvünün cinayət işi ilə bağlı ölkə məhkəmələrinin iclaslarında iştirak etmək və başqa

dövlət orqanlarının nümayəndələri ilə görüşmək üçün nəqliyyat xərclərinə çəkdiyini iddia etdiyi

6600 avro və ölkə daxili proseslərlə bağlı poçt xidmətlərinə görə çəkdiyini iddia etdiyi 15048 avro

məbləğində vəsaitin də ödənilməsini tələb etmişdir.

44. Hökumət qeyd etmişdir ki, ərizəçi ilə vəkili arasında bağlanmış saziş ölkədaxili qanunvericiliyə

əsasən hüquqi xidmətlərə görə kontrakt hesab oluna bilməz, belə ki, burada tərəflərin hüquq və

vəzifələri, kontraktın şərtləri göstərilməmiş və o, notarial qaydada təsdiq olunmamışdır. Buna görə

də Hökumət sazişin məcburi xarakterə malik olmadığını, ərizəçinin vəkilə haqq ödəmək vəzifəsinin

olmadığını  və  buna  görə  də  onun  məhkəmə  xərcləri  ilə  bağlı  tələbinin  rədd  edilməli  olduğunu

bildirmişdir.

45. Bundan əlavə, Hökumət qeyd etmişdir ki, nəqliyyat xərcləri ilə bağlı tələb müvafiq sübutlarla

təsdiq olunmamışdır və bu xərclərin çəkilməsi zəruri deyildi. Poçt xərclərinə gəlincə, Hökumət qeyd

etmişdir ki, ərizəçi bu tələbini təsdiq etmək üçün ümumi məbləği yalnız təxminən 1 Azərbaycan

manatı olan qəbz təqdim etmişdir. Buna görə də Hökumət bu tələbi 1 AZN məbləğində qəbul edir.

46.  Məhkəmənin  presedent  hüququna  görə  ərizəçiyə  çəkdiyi  xərc  və  məsrəflərə  görə  o  zaman

kompensasiya ödənilir ki, o, bu xərclərin həqiqətən də və zəruri olaraq çəkildiyini və məbləğinin

ağlabatan olduğunu sübut edə bilsin.

47. Məhkəmə xərclərinə gəlincə, Avropa Məhkəməsi həyata keçirdiyi proseslərlə əlaqədar ədalətli

təzminatın  ödənilməsi  ilə  bağlı  qərar  qəbul  edən  zaman  heç  də  mütləq  şəkildə  ölkədaxili

qanunvericiliyin hüquqi xidmətlər üzrə kontraktın formasına dair tələbləri ilə bağlı olmur. Məhkəmə

ərizəçi   ilə   vəkili   arasında   bağlanmış     yazılı     sazişi     nəzərə     alaraq     hesab     edir     ki,  bu,




­  50 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

ərizəçinin işə Məhkəmədə baxılması ilə bağlı məhkəmə xərcləri çəkdiyinin sübutudur. Lakin hazırkı

işdə zəruri olan və ağlabatan iş yükünü nəzərə alaraq, Məhkəmə hesab edir ki, tələb olunan məbləğ

həddindən artıqdır və ərizəçiyə ödəniləcək məbləğdən tutulacaq istənilən vergi də daxil olmaqla

ona 1000 avro məbləğində vəsait ödənilməlidir.

48. İddia olunan poçt xərclərinə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təqdim edilmiş

qəbzlər  lazımı  qaydada  konkretləşdirilmədiyinə  və  çox  zaman  tam  şəkildə  oxuna  bilmədiyinə

baxmayaraq,  onların  məbləği  Hökumətin  iddialarının  əksinə  1  AZN‐dən  artıq  olmuşdur.  Lakin

bununla  belə,  bu  ümumi  məbləğ  ərizəçinin  iddia  etdiyi  kimi  15048  avro  deyil.  Hər  bir  halda

Məhkəmə istər ölkə daxilində işə baxılması ilə bağlı nəqliyyat xərcləri, istərsə də poçt xərcləri ilə

bağlı hesab edir ki, tələblər şişirdilmiş, müvafiq sübutlarla təsdiq olunmamışdır və hazırkı işdə təsbit

edilmiş pozuntu kontekstində onların işə aidiyyəti yoxdur. Bu səbəblərə görə Məhkəmə bu tələbləri

rədd edir.

C. Faizlərin ödənilməsi

197. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə

uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ

1.  Yekdilliklə ərizəni Ali Məhkəmənin tərkibi ilə bağlı hissədə mümkün və digər hissədə mümkünsüz

elan edir;

2.  6 səs lehinə, 1 səs əleyhinə olmaqla Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin pozulduğunu



qət edir;

3.    Yekdilliklə qət  edir  ki,  pozuntu  faktının  müəyyən  edilməsi  ərizəçinin  məruz  qaldığı  istənilən

mənəvi ziyana görə qənaətbəxş ədalətli kompensasiyadır;

4.  Yekdilliklə qərara alır ki,

(a) Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə

minməsindən sonra üç ay ərzində ərizəçiyə çəkdiyi məhkəmə xərclərinə görə, tutulacaq vergi də

daxil olmaqla, 1000 avro (min avro) məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud

olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;

(b) yuxarıda  qeyd  edilən  üç  ayın  keçməsindən  sonra  ödəmənin  həyata  keçirilməsinə  qədər

gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə

uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

5.  Yekdilliklə ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.

Qərar Məhkəmənin Prosedur Qaydalarının 77‐ci Qaydasının 2 və 3‐cü bəndlərinə uyğun olaraq

2013‐cü il 30 may tarixdə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.



Andre Uampax

İzabel Berro‐Lefevr

Bölmə katibinin müavini                  

 

 

Sədr

Konvensiyanın 45‐ci maddəsinin 2‐ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74‐cü qaydasının

2‐ci bəndinə uyğun olaraq hakim Dedovun xüsusi rəyi bu qərara əlavə edilir.

HAKİM DEDOVUN XÜSUSİ RƏYİ

Mən bu işdə Məhkəmənin qərəzsizlik məsələsi ilə bağlı verdiyi təhlillə razılaşmıram. 28‐ci bənddə

Məhkəmə qeyd edir ki, işə ikinci dəfə baxan Ali Məhkəmə tərkibinin qanun əsasında yaradılmış

məhkəmə hesab edilə bilinib‐bilinməməsi hakimin obyektiv qərəzsizliyi ilə bağlı istənilən şübhədən




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə