Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix21.06.2018
ölçüsü0,68 Mb.
#50732
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

təqsirləndirilən şəxsə yeni və ya əlavə ittihamın, yenilənmiş ittihamın irəli sürülməsi, onun yenidən

təqsirləndirilən şəxs qismində dindirilməsi, əlavə iş materialları ilə tərəflərin tanış edilməsi, yeni

ittiham aktının tərtibi, habelə prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin ittiham

aktı ilə daxil olduğu vaxtdan 5 gün müddətində müəyyən qərarlardan birini qəbul etmək hüququnu

və s. nəzərə alsaq) əksərən praktiki cəhətdən mümkünsüz olur. Və əgər nəzərə alsaq ki, CPM‐nin

287‐ci  maddəsinə  əsasən  tərəflər  48  saat  müddətində  vəsatət,  onun  rədd  edilməsindən  48  saat

ərzində şikayət də verə bilərlər, bu müddətin yetərsizliyi aydın görünər. İstintaq təcrübəsində belə

hallarda  istintaq  və  həbs  müddətləri  (əgər  həmin  müddətlər  kifayət  etmirsə)  uzadılır  və

məhkəmənin müvafiq qərarının icrası ən azı bir ay çəkir. Ən başlıcası isə, qətimkan tədbiri kimi həbs

müddətindən fərqli olaraq, məhkəmənin ibtidai araşdırma müddətlərini müəyyən etmək və ya onları

məhdudlaşdırmaq səlahiyyəti yoxdur. Məhkəmə cinayət prosesini həyata keçirən istintaq və təhqiqat

orqanına  ancaq  məhkəmə  tapşırıqları  göndərdiyi  hallar  üçün  müddət  müəyyən  edə  bilər  və  bu

müddətlər qanunverici tərəfindən CPM‐də təsbit olunmuşdur. Lakin Cİ istintaq orqanında müvafiq

vəzifəli şəxs tərəfindən icraata qəbul edilib istintaq və prosessual hərəkətləri aparılırsa, ittiham aktı

tərtib edilib məhkəməyə göndərilirsə, yaxud işin icraatına xitam verilir, dayandırılırsa, onda bunun

üçün istintaq müddəti tələb olunur. İstintaq müddəti isə istintaq orqanı tərəfindən uzadıla və ya

müəyyənləşdirilə bilər. Yuxarıda qeyd etdiyimiz kimi məhkəmənin belə bir səlahiyyəti yoxdur və

CPM‐nin  318.2‐ci  maddəsində  müddətin  müəyyən  edilməsi  sirf  məhkəmə  səlahiyyətlərinin

aşılmasıdır.

CPM‐nin  294.3‐cü  madəsinə  əsasən  “Böyük  ictimai  təhlükə törətməyən  aşkar  cinayətlər  üzrə

şikayətə baxarkən və ya böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək

sadələşdirilmiş  icraat  şəklində  təhqiqatın  gedişində  məhkəməyədək  sadələşdirilmiş  prosedur

daxilində  aparıtması  mümkün  olmayan  istintaq  hərəkətlərinin  aparılması  zərurəti  yarandıqda,

təhqiqatçının  və  ya  müstəntiqin  vəsatəti,  yaxud  öz  təşəbbüsü  ilə  ibtidai  araşdırmaya  prosessual

rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanması haqqında qərar qəbul etmək və ibtidai

istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmaq hüququna malikdir. “Məhkəmənin MSİ

materiallarını prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora  qaytarılması  barədə  müvafiq

qərarından sonra MSİ materialları üzrə cinayət işi başlaması mütləqdir. Çünki MSİ materialları üzrə

ibtidai araşdırma müddəti 10 gündür və bu müddətin uzadılması imkanı qanunvericilikdə nəzərdə

tutulmamışdır.

Əgər  təcrübə  bunu  diktə  edirsə, onda  Cİ, MSİ  materiallarının əlavə  (təkmili)  ibtidai  araşdırma

aparılması üçün prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əvvəlki cinayət

prosessual qanunvericiliyin tələblərindən imtina edilməsinin ibtidai araşdırmanın tezliyi prinsipiniə

gözlənilən töhfəni verməməsi şübhəsizdir.

CPM‐nin 318.2‐ci maddəsində daha sonra deyilir ki, “Bundan sonra ibtidai araşdırmaya prosessual

rəhbərliyi  həyata  keçirən  prokuror  tərəfindən  təqsirləndirilən  şəxsə  qarşı  yeni  ittiham  irəli

sürülərsə,  məhkəmə  baxışı  məhkəmə  iclasında  həmin  ittihamın  elan  olunması  ilə  təzələnir  və

məhkəmə baxışının davam etdirilməsi ümumi qaydada həyata keçirilir.” Bu ifadə tərzi də qeyri­

mükəmməl olmaqla qanunvericinin kateqoriyaları necə qarışdirdiğını bir daha aydın sübut edir.

Prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni ittiham

o vaxt irəli sürülə bilər ki,ibtidai araşdırma ya MSİ formasında,ya da ibtidai araşdırma onun özü

tərəfindən aparılmış olsun. Yeni ittiham əsas etibarı ilə ibtidai istintaq aparan müstəntiq tərəfindən

irəli sürülə bilər. Qanunverici ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror

tərəfindən  ittiham  aktının  təsdiq  edilməsi  hüququnu  onun  ittiham  irəli  sürməsi  kimi

qiymətləndirmişdir  ki,  bu  da  yolverilməzdir.  Çünki  CPM‐nin  290.3.1‐cü  mad.  əsasən  “cinayət  işi

ittiham aktı ilə daxil olarkən ibtidai araşdırmaya prosessual rəhbəriyi həyata keçirən prokuror  işin

məhkəməyə göndərilməsi üçün əsasların kifayət olmasını hesab etdikdə ittiham aktını təsdiq etmək

barədə qərar qəbul etməlidir”. Bu ifadə ittihamın irəli sürülməsi kimi təfsir edilə bilməz.

Burada şəksiz haqlı sayılan digər məntiqi sual isə budur: Əgər prosessual rəhbərliyi həyata keçirən

prokuror  və   ya  müstəntiq  tərəfindən  təqsirləndirilən şəxsə  qarşi  yeni  yox, əlavə  ittiham  irəli



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  14 ­




­  15 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

sürülərsə,  necə  olacaq?  Onda  məhkəmə  iclasında  bu  ittiham  elan  edilmədən  proses

təzələnməlidirmi? Göründüyü kimi qanunverici hüquqi terminlərdən ehtiyatsız istifadə etməklə

kifayət qədər problem yaratmışdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının

Konstitusiya Qanununa əsasən normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən

və söz birləşmələrindən istifadə etməklə formalaşdırılmalıdır. Normativ hüquqi aktın məzmununda

qeyri‐müəyyənliklər  və  fərqlər,  habelə  tətbiqi  təcrübəsində  ziddiyyətlər  aşkar  edildikdə  hamin

normaları aktı qəbul etmiş normayaratma orqanı və ya Konstitusiya Məhkəməsi rəsmi şərh edir.

Ona  görə  də  maddənin  mətnindəki  “yeni  ittiham”  sözü  “yeni  və  ya  əlavə  ittiham”  sözü  ilə  əvəz

edilməli,yaxud onun əvəzinə “dəyişdirilmiş ittiham” yazılmalıdır. İttihamın dəyişdirilməsi 3 cür baş

verə bilər: birincisi, təqsirləndirilən şəxsə yeni ittihamın elan edilməsi, ikincisi, yenilənmiş ittihamın

elan  edilməsi,  üçüncüsü  isə  ona  əlavə  ittihamın  elan  edilməsi  ilə.  Birinci  halda  yeni  ittihamla

təqsirləndirilən  şəxsin  məsuliyyəti  həm  ağırlaşdırıla,həm  də  yüngülləşdirilə  bilər. İkinci‐üçüncü

halda isə təqsirləndirilən şəxsin məsuliyyəti yalnız ağırlaşır.

CPM‐nin 318.2‐ci maddəsində daha sonra deyilir: “Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin

hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya

onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada

qərar  çıxara  bilər.”  Bu  halda  isə  analoji  qərarın  qəbul  edilməsi  barədə  qanunvericinin  göstərişi

imperativ deyil və məhkəmənin mülahizəsinə buraxılmışdır. Lakin zərərçəkmişin nümayəndəsini

isə qanunvericinin kənarda qoyması təəssüf doğurmaqla CPM‐nin 102.5‐ci maddəsinə ziddir.Belə

ki,müvafiq maddəyə əsasən “Zərər çəkmiş şəxsin... nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin

ayrılmaz  hüquqları  istisna  olmaqla,  təmsil  etdiyi  şəxsin  hüquqlarını  həyata  keçirir.”  Həmçinin

CPM‐nin  101.6‐cı  maddəsinə  əsasən  fəaliyyət  qabiliyyəti  olmayan  zərər  çəkmiş  şəxsin  qanuni

nümayəndəsi də zərərçəkmiş şəxsin nümayəndəsi kimi eyni hüquqi vəziyyətdə olmaqla, CPM‐nin

101.11‐ci  maddəsinə  əsasən    şəxsən  və  ya  təmsil  etdiyi  şəxsin  nümayəndəsinin  köməyi  ilə

hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.

Təqsirləndirilən  şəxsin  hərəkətlərində  daha  ağır  cinayətlərin  əlamətlərinin  mövcudluğu  barədə

zərər çəkmiş şəxsin gəldiyi nəticə ilə bağlı verdiyi vəsatət onun şəxsiyyətinin ayrılmaz hüququları

hesab  edilə  bilməz. Yalnız  cinayət  təqibi  XİQ  həyata  keçirildikdə  bu  hüquq  xüsusi  ittihamçının

şəxsiyyətinin ayrılmaz hüquqularını təşkil edə bilər. Qanunverici isə göründüyü kimi zərəcəkmiş

şəxsi xüsusi ittihamçı ilə eyniləşdirmir. Fikrimizcə, qanunverici bu hüququ həm dövlət ittihamçısına,

həm zərərçəkmiş şəxsə (xüsusi ittihamçıya), onların qanuni nümayəndələrinə və nümayəndələrinə

tanımalıdır.

Belə  ki,  CPM‐nin  28.4‐ci  maddəsinə  əsasən  cinayət  mühakimə  icraatını  həyata  keçirərkən

məhkəmələr cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam

və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; şübhəli və ya təqsirləndirilən şəxsi

həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran

halları nəzərə almaq vəzifələrini yerinə yetirməlidirlər.

Belə təsəvvür edək ki, iş üzrə bir neçə təqsirləndirilən şəxs vardır və onların mənafeləri arasında

ziddiyyət  mövcuddur.  Bu  halda  onlar  və  ya  müdafiəçiləri  digər  təqsirləndirilən  şəxsin  əməlinin

CM‐nin daha ağır sanksiyalı maddəsinə tövsüf edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edə

bilərmi? Əgər bilərsə, onda bu vəsatət təmin oluna bilərmi?

Yaxud zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın yüngülləşdirilməsi,

habelə  ittihamdan  ayrı‐ayrı  bəndlərin  çıxarılması  barədə  məhkəməyə  vəsatətlə  müraciət  edə

bilərmi? Fikrimizcə, hə. Belə ki, CPM‐nin 87.6.22‐ci maddəsinə əsasən zərərçəkmiş şəxs ona qarşı

cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş əməllərin  törədilməsi  haqqında  verdiyi  şikayətdən  imtina

etmək hüququna malikdirsə, deməli bu hüquqa da malikdir.

Burada aydınlaşdırılması zəruri olan bir məqam da vardır. Məlumdur ki, məhkəmə işin mümkün

nəticələri barədə müşavirə otaqından kənar heç bir fikir və ya rəy söyləyə, qərar qəbul edə bilməz.

Belə  ki,  “Məhkəmələr  və  hakimlər  haqqında” Azərbaycan  Respublikasının  Qanununun  99‐cu

maddəsinə əsasən “Hakim ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə