Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix21.06.2018
ölçüsü0,68 Mb.
#50732
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

təqsirləndirilən şəxsin əməlini ona qarşı irəli sürülən ittihamdan CM‐nin daha yüngül məsuliyyət

nəzərdə tutan maddəsinə (cinayət əməlinə) tövsif etmək, habelə ilkin ittihamdan ayrı­ayrı bəndləri

çıxarmaq hüququna malikdir.

318.3. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində)

daha ağır ittihamın və cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə dövlət

ittihamçısının,  zərərçəkmiş  şəxsin  (xüsusi  ittihamçının), onların  qanuni  nümayəndəsinin  və

nümayəndəsinin  vəsatəti əsasında, habelə öz təşəbbüsü ilə irəli sürülmüş ittiham üzrə məhkəmə

araşdırmasını dayandırmalı, müvafiq olaraq Cİ‐nin və ya MSİ materiallarının təqsirləndirilən şəxsə

qarşı  irəli  sürülmüş  ittihamın  dəyişdirilməsi  məsələsinə  baxmaq  üçün  ibtidai  araşdırmaya

prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxara

bilər. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni, yenilənmiş və ya əlavə ittiham irəli

sürülərsə, məhkəmə araşdırması məhkəmə iclasında həmin ittihamın elan olunması ilə təzələnir və

məhkəmə araşdırması  ümumi  qaydada  davam  etdirilir.  Cinayət  əməlinin  tövsifinin  dəyişməsi

nəticəsində  məhkəmə  aidiyyətinin  dəyişdirilməsi  zərurəti  yaranarsa,  məhkəmə  qərarına əsasən

məhkəmədə işin araşdırılmasına xitam verilir və iş aidiyyəti üzrə araşdırması üçün ümumi qaydada

müvafiq  məhkəməyə  göndərilir.  Cinayət  işi  üzrə  təqsirləndirilən  şəxsə  qarşı  məhkəmədə  irəli

sürülmüş  ilkin  ittiham  istintaq  orqanı  tərəfindən  əlavə  araşdırma  nəticəsində  dəyişdirilmədən

yenidən  məhkəməyə  göndərilərsə,məhkəmə araşdırması  təzələnərək    ümumi  qaydada  davam

etdirilir.Əgər cinayət təqibinə xitam verilərsə,məhkəmə istintaq orqanının müvafiq qərarına əsasən

məhkəmə araşdırmasına xitam verməlidir.

318.4. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı daha ağır yeni, yenilənmiş və ya əlavə

ittiham  irəli  sürülərsə,məhkəmə araşdırmasının  nəticəsindən  asılı  olaraq,yaxud  istintaq  orqanı

tərəfindən  cinayət  təqibinə  xitam  verilərsə,  məhkəmə  ilkin  ibtidai  araşdırma  aparan  müstəntiq,

təhqiqatçı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində xüsusi

qərar çıxara bilər. Bu qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının müvafiq

icra hakimiyyəti orqanının rəhbərinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilir.



İstinad edilən mənbələr:

1. Azərbaycan Respublikası Konstitusiyası

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət‐

Prosessual Məcəlləsinin 43.1.1, 314.2‐ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi

ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 15 fevral 2008‐ci il

tarixli Qərarı

3. Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsi

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət‐

Prosessual Məcəlləsinin 409‐cu maddəsinin şərh edilməsinə dair” 19 iyul 2002‐ci il tarixli Qərarı

5.  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun Azərbaycan  Respublikası  Ali

Məhkəməsinin  Hərbi  kollegiyasının  07  iyul  2011‐ci  il  tarixli  qərarının  Azərbaycan  Respublikasının

Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012‐ci il tarixli Qərarı

6. Məhkəmələr və hakimlər haqqında  Azərbaycan Respublikasının Qanunu

7. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  18 ­




­  19 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Azər Nağıyev

Vəkillər Kollegiyasının üzvü

HÜQUQ MÜNASİBƏTLƏRİNİN

ƏLAMƏTLƏRİ

Hüquq münasibətləri ictimai münasibətlərin xüsusi növüdür. Bəs hüquq münasibətlərinin xarakterik

əlamətləri  hansılardır?  Hüquq  elmi  və  doktrinası  onların  bir  sıra  xarakterik  əlamətlərini

müəyyənləşdirir.

Birincisi, hüquq münasibətləri həmişə və bütün  hallarda istinasız olaraq, hüquq normaları ilə bağlı

olur. Hüquq  münasibətləri  hüquq  norması  ilə    nəzərdə tutulan  ictimai  münasibətlərdir.  Hüquq

norması  hüquq  münasibətlərinin  yaranması,  dəyişdirilməsi  və  xitamı  şərtlərini  nəzərdə    tutur.

Göstərilən bu şərtlər normanın hipotezasında əksini tapır və onlar hüquqi faktlar adlanır. Elə burada

subyektlərə  aid  tələb  olunan  əlamətlər  nəzərdə  tutulur,  yəni  hüquq  münasibətlərinin  iştirakçısı

olmaq  şərtləri  (hüquq  qabiliyyəti  və  fəaliyyət  qabiliyyəti  şərtləri).  Normanın  dispozisiyasında

müvafiq  hüquq  münasibətlərinin  iştirakçılarının  hüquq  və  vəzifələri,  habelə  qadağa  və

məhdudiyyətlər nəzərdə tutulur. Hüquq normasının sanksiyası qoruyucu hüquq münasibətlərini

modelləşdirir, bu o halda baş verir ki, münasibət iştirakçıları qadağaya əməl etməsin və ya hüquqi

öhdəliyi  yerinə  yetirməmiş  olsun.  Normanın  həm  hipotezası,  həm  də  dispozisiyası  hüquq

münasibətləri ilə tənzimlənən ictimai münasibətləri nəzərdə tutur. Məsələn, oğurluğu qadağan edən

cinayət hüquq normasında hüquq münasibətlərinin obyekti kimi mülkiyyət münasibətləri çıxış edir

(AR CM‐nin 177‐ci maddəsi). Digər misal, ailə hüququnun norması valideynlərin uşağın tərbiyəsi

üzrə  hüquq  və  vəzifələrini  göstərir.  Bu  normanın  obyekti  kimi  valideynlərlə  uşaqlar  arasındakı

faktiki ailə münasibətləri çıxış edir (AR Ailə Məcəlləsinin 49‐cu maddəsi). Hüquq münasibətlərinin

bu obyekti ümumi şəkildə ailə hüququ normasında nəzərdə tutmuşdur.

Əgər  faktiki  ictimai  münasibətlər  (məsələn,  alqı‐satqı,  icra  və  s.  münasibətlər)  hüquq  normaları

əsasında qurularsa, onda bu münasibətlər hüquq münasibətləri forması alır. Bu formanı yalnız o

münasibətlər  alır  ki,  həmin  münasibətlər  hüquq  normaları  ilə  nizama  salınır.  Hüquq  norması

yoxdursa, onda hüquq münasibəti də mövcud deyil. Hüquq münasibəti elə bir formadır ki, burada

mücərrəd  xarakterli  hüquq  forması  konkret  olaraq  ifadə  edilir.  Lakin,  heç  də  bütün  ictimai

münasibətlər hüquq normalarının köməyi ilə tənzimlənir. Bu münasibətlərin müəyyən qrupu əxlaq,

adət və s. normaların vasitəsi ilə nizama salınır. Belə halda, şübhəsiz ki, hüquq münasibətlərindən

danışmaq olmaz. İctimai münasibət ona görə və ya o zaman hüquq münasibəti adlanır ki, o, hüquq

normaları ilə tənzimlənir. “Hüquq münasibətləri ilə hüquq norması arasındakı vacib qarşılıqlı əlaqə

hər bir konkret hüquq münasibətlərinin qanunçuluq tələbi nöqteyi‐nəzərdən vacib tərkib hissəsidir”

(1).

İkincisi, hüquq münasibətləri hüquq normalarını realizə etdiyinə və onların tələbinə uyğun olaraq



meydana gəldiyinə görə, hüquq münasibətləri həmişə iradəvi və şüurlu xarakter daşıyır. Bu onunla

izah  olunur  ki,  hüquq  münasibətləri  ideoloji  münasibətlərin  bir  növüdür. İdeoloji  münasibətlər

həmişə iradəvi xarakter daşıyır. İdeoloji münasibət növü kimi hüquq münasibətləri insanların şüur

və  düşüncələrindən  keçir  və  son  məqamda  başa  düşülmüş,  dərk edilmiş,  beləliklə  də,  iradəvi

münasibət kimi çıxış edir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə