Respublika Uşaq Kitabxanası



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə25/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   21   22   23   24   25   26   27   28   ...   146

74 

 

21  Mart  –  İrqi  Ayrı-Seçkiliyin  Ləğv  Olunması  Uğrunda  Beynəlxalq  Mübarizə 



Günü, (1966)  

  

 



 

 

 



 

 

 



 

 

      İrqi  Ayrı-Seçkiliyin  Ləğv  Olunması  Uğrunda  Beynəlxalq  Mübarizə  Günü 



(İnternational  Day  for  the  Racial  Discrimination)  BMT-nin  Baş  Assambleyasının 

1966-cı il  26  oktyabr  tarixində  keçirilən   XXI  sessiyasının  qərarı  hər   il   martın 

21-də    keçirilir.  1960-cı  ilin  həmin  günü  polis  Şarpevildə  (Cənubi  Afrika)  aparteid 

rejiminin  Cənubi  Afrika  Respublikasında  afrikalıların  məcburi  pasportlaşdırılması 

haqqında qanunun əleyhinə dinc nümayiş zamanı atəş açmış və 69 nəfəri öldürmüşdür. 

BMT-nin Baş Assambleyası bu günü elan edərək beynəlxalq birliyi, irqi ayrı-seçkiliyin 

bütün formalarının ləğv olunması üçün səylərini birləşdirməyə çağırmışdır. Bununla  

BMT  təsdiq  etmişdir  ki,  irqi  ayrı-seçkiliyi  insan  hüquqlarının,  əsas  azadlıqların  və 

ədalətin  inkarı  hesab  etmək  olar  və  o, insan ləyaqətinə  qarşı  cinayətdir.  BMT  ayrı-

seçkiliyin sosial və iqtisadi inkişafa, həmçinin beynəlxalq əməkdaşlığa və sülhə maneə 

olduğunu da qəbul edir.  

 

İnternetdə: 



www.books.google.com

 

 



 

 

 



 

 

 



 

 


75 

 

21 Mart – Beynəlxalq Kuklaçı Günü, (2000)

 

 

 

21  Mart  Beynəlxalq  Kuklaçılar  Gününün 



(İnternational  Day  of  Puppetry)  qeyd  olunması  ideyası 

məşhur  İran  kukla  teatrı  xadimi  Civad  Zülfaqarihoya 

məxsusdur.  2000-ci  ildə  Maqdeburqda,  Beynəlxalq 

Kukla Teatrı Xadimləri İttifaqının XVIII Konqresində o

bu  məsələni  müzakirəyə  çıxarmışdır.  İki  ildən  sonra 

UNİMA-nın  Beynəlxalq  Şurasının  iclasında  bayramın 

tarixi müəyyən olunmuşdur. Bütün dünyadan olan kuklaçıların bayramı ənənəsi 2000-

ci  ilin  21  martında  yaranmışdır.  Məhz  həmin  gündən  başlayaraq  kukla  teatrlarının 

bütün peşəkarları və pərəstişkarları tərəfindən Beynəlxalq Kuklaçı Günü qeyd olunur. 

Ənənəyə  görə,  həmin  gün  kukla  teatrı  və  yaradıcı  qruplarının  əməkdaşları  maraqlı 

kukla tamaşaları, görüşlər, konsertlər təşkil edirlər. 

 

Ölkəmizdə  də  kuklaların,  kukla  tamaşalarının  yaranmasının  öz  tarixi  vardır. 



Kuklalar  səhnədə  görünəndə  həmişə  bayram  olur.  Kukla  tamaşaları  uşaqlara 

xeyirxahlığı,  yaxşıları  dəyərləndirməyi  və  sevməyi  öyrədir.  Əgər  kuklalar balacalar 

üçün bir oyun, əyləncədirsə, böyüklər üçün bir eyham, bir mesajdır. Oyuncaqlar, bir 

tərəfdən  körpə  üçün  əyləncəli  anlar  yaradar,  digər  tərəfdən  tərbiyəvi  və  çox  təsirli 

vasitə  kimi  önəm  daşıyar.  Kukla  oyunlarını  üç  tipə  bölmək  olar:  kilimarası;  kukla 

oyunu;  kölgə  oyunu.  Kukla  oyunu  tamaşalarının  eyni  kökdən  olan  bir  neçə  forması 

var.  Bunlardan  ən  geniş  yayılanı  “Bəbək”,  “Keçəl  pəhləvan”,  “Maral  oyunu”, 

“Kilimarası” qədim kukla oyunlarındandır. İllər ötdükcə mədəniyyətin hər bir sahəsi 

kimi kukla teatrı da inkişaf etmişdir. Xalqımız ta qədimdən, təbii vasitələrdən istifadə 

olunmaqla,  kuklalar  düzəltmiş,  xalq  oyunları    təşkil  etmişdir.  Min  illər  boyu 

azərbaycanlıların yaşadıqları geniş ərazidə kukla oyunları da yayılmışdır. Bu oyunlar 

üçün kukla düzəldənləri oyuqçular adlandırıblar. 

Azərbaycanda körpə balaların kuklalarla əsas görüş ünvanı Abdulla Şaiq adına 

Kukla  Teatrıdır.  Kukla  Teatrında  həm  milli,  həm  də  dünya  xalqlarının  nağıl 

qəhrəmanlarının  iştirakı  ilə  “Turpun  nağılı”,  “Qoçaq  Əhməd”,  “Cik-Cik  xanım”, 

“Ələddin”,  “Cırtdan”,  “Quşcuğaz”,  “Göyçək  Fatma”,  “Qırmızı  Papaq”, 

“Məlikməmməd” və başqa tamaşalar nümayiş olunur.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 


76 

 

22 Mart – Ümumdünya Su Ehtiyatları Günü, (1992) 

  

 

 



 

 

 



 

 

 



 

 

 



Ümumdünya  Su  Ehtiyatları  Gününün  keçirilməsi  ideyası  ilk  dəfə  BMT-nin 

Ətraf mühitin qorunması və inkişafı üzrə 1992-ci ildə Rio-de-Janeyroda təşkil olunan 

konfransında səslənmişdir. 

 

Su bəşəriyyət üçün zəruridir. Su damlası çox böyük gücə malikdir, su damlası 



hamıya lazımdır. Yer səthinin 70%-i su ilə örtülsə də, onun 97,5%-i duzlu sudur. Yerdə 

qalan 2,5% şirin suyun 68,7%-i buzlaqların donmuş suyudur. Planetin su ehtiyatının 

ümumi həcminin cəmi 1 faizi insanlar tərəfindən istifadə üçün əlçatandır. XX  əsrdə 

suyun istifadəsi 6 dəfə artmış, əhalinin artım tempini 2 dəfə üstələmişdir. İnkişaf etmiş 

ölkələrdə  şirin  su  ehtiyatlarının  30%-ə  qədər  sızma  nəticəsində  itirilir,  bəzi  böyük 

şəhərlərdə  isə  bu  itki  70%-ə  qədər  artır.  Birləşmiş  Millətlər  Təşkilatının  Baş 

Assambleyası 1993-cü il 22 fevral tarixli 47/193 saylı qətnaməsini qəbul edərək martın 

22-ni Ümumdünya Su Ehtiyatları Günü elan etmişdir. Bu əlamətdar gün 1993-cü ildən 

qeyd olunur.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 



 

                                   



 

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə