Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  betinə,  601  saylı  «Satış»,  177  saylı  «Digər  uzunmüddətli  debitor  borcları»  və  i.a



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə67/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   63   64   65   66   67   68   69   70   ...   323

148 

betinə,  601  saylı  «Satış»,  177  saylı  «Digər  uzunmüddətli  debitor  borcları»  və  i.a. 

hesabların kreditinə yazmaqla uçotda əks etdirir. 

Balans tərtib olunan tarixə qədər sahibi (masatan) tərəfindən alınmamış poçt 

köçürmələrinin  məbləği  üçün  malalan  tərəfindən  alınmış  rabitə  orqanlarının 

bildirişinə əsasən 222 saylı «Yolda olan pul köçürmələri)) hesabının debetinə, 601 

saylı «Satış)) hesabının kreditinə yazılmaqla rəsmiyyətə salınır. 

Hazırkı  şəraitdə  nağdsız  hesablaşmaların  bir  forması  da  çeklər  ilə 

hesablaşmadır.  Çek,  ödəyicinin  onun  hesabından  müəyyən  məbləğin  ödənilməsi 

haqqında  öz  bankına  verdiyi  yazılı  sərəneamdır.  Çek-  lərin  pul  və  hesablaşma 

çekləri  forması  mövcuddur.  Pul  çeklərindən  müəssisənin  hesabından  nağd  pulun 

alınması  üçün  istifadə  edilir.  Əmək  haqqına,  təsərrüfat  ehtiyaclarına,  ezamiyyə 

xərclərinə, pensiya, təqaüd verilməsinə, eləcə də kənd təsərrüfat məhsullarının satın 

alınması  üçün  banklardan  nağd  pulun  alınması  pul  çekləri  vasitəsilə  aparılır. 

Hesablaşma çekləri isə nağdsız hesablaşmaların bir forması kimi tətbiq olunur və 

hesablaşma  çeki  dedikdə  ödəyicinin  onun  hesabından  müəyyən  məbləğin  silinib, 

başqa təşkilatın hesabına köçürülməsi haqqında banka verdiyi yazılı sərəncam başa 

düşülür.  Hesablaşma  çekləri  ödəmə  tapşırıqları  kimi  ödəyici  təşkilat  tərəfindən 

tərtib  olunur  və  ödəniş  üçün  öz  bankına  təqdim  olunur.  Respublika  ərazisində 

Mərkəzi  Bankın  əməliyyat  idarəsinin  və  ZHKM  təsdiq  etdiyi  limit  çeklərindən 

istifadə olunur. 

Limitli  hesablaşma  çekləri  dedikdə  çek  məbləğinin  çek  verən  təşkilat 

tərəfindən əvvəljədən ayrıca hesabda bronlaşdınlan forması başa düşülür. Həmin 

çeklər yalnız təqdim olunduqda ödənişə qəbul edilir. MDB ölkələrində örtülməyən 

çeklərdən,  yəni  limitləşdirilməmiş  çek-  lərdən  istifadə  olunur.  Belə  ki,  çek  verən 

təşkilatın hesabında müvəqqəti olaraq vəsait olmadıqda həmin məbləğ bank vasitəsi 

ilə  ödənilir.  Hesablaşma  çeki  almaq  üçün  müştəri  özünə  xidmət  edən  banka 

təşkilatın  hesabı  üzrə  əməliyyat  aparmaq  üçün  ərizə  ilə  müraciət  edir.  Ərizədə 

sənədləri  imzalamaq  hüququ  verilmiş  şəxslərin  imzası  olmalı  və  möhürlə  təsdiq 

olunmalıdır. Ərizə bir nüsxədən ibarət yazılır. 

Bank,  ərizəni  aldıqdan  sonra  onda  göstərilən  çek  məbləğini  təşkilatın 

hesablaşma  hesabının  və  ya  ssuda  hesabının  və  özünün  ZHKM-dəki  müxbir 

hesabının  qalığı  ilə  üzləşdirir.  Üzləşmə  zamanı  müxbir  hesabının  qalığının  çekin 

ödənilməsinə imkan verməsi aşkar edilərsə, bank təşkilatın hesablaşma hesabından 

müəyyən  olunmuş  vəsaiti  silib  «Limitləşdirilmiş  çek  kitabçaları))  balans  hesabına 

daxil 


149 

edərək ondakı məbləği bronlaşdırır və xidmət olunduğu ZHKM-nə öz təşkilatı üçün 

müəyyən olunmuş məbləğə çek kitabçası verilməsi üçün müraciət edir. 

Bankın müraciəti əsasında müəyyən olunmuş məbləğə ZHKM öz möhürü ilə 

təsdiq  olunmuş  limitləşdirilmiş  çek  kitabçası  verir.  Bank  ZHKM-dən  çek 

kitabçasını aldıqdan sonra onu öz təşkilatına təqdim edir. 

Çeklərlə hesablaşma zamanı çek verən çeki doldurduqdan sonra çek alanla 

birlikdə  həmin  çeki  benefısor  banka  (hesabına  müəyyən  məbləğdə  pul  köçürən 

benefisara  xidmət  göstərən  bank)  təqdim  edir.  Çekin  məbləğinin,  qalığa  uyğun 

olub-olmaması  benefısar  bank  tərəfindən  möhürlə  təsdiq  olunur.  Deməli,  çekin 

düzgünlüyü benefısar bankda yoxlanılır. 

Çeklərlə  hesablaşma  zamanı  sənəd  dövriyyəsi  aşağıdakı  kimi  həyata 

keçirilir.  Mal-material  dəyərliləri  alan  təşkilat  hesablaşma  çeki  yazaraq  onu 

malgöndərənə təqdim edir. Çekdə: ödəniş məbləği (yazı və rəqəmlə); ödəniş alanın 

adı; çekin yazıldığı yer; ödənişin aparılma tarixi göstərilməlidir. Yazılmış çek, çek 

verənin  imza  və  möhürü  ilə  rəsmiləşdirilməlidir.  Çekləri  ödəniş  üçün  qəbul  edən 

təşkilat aşağıdakılara əmin olmalıdır: 

-

 

çekin məbləği onun arxa tərəfində göndərilmiş ən yüksək həddən, bundan 

əvvəl  istifadə  olunmuş  çeklərin  məbləği  çıxıldıqdan  sonra  qalan  qalıqdan  artıq 

olmamasına; 

-

 

çek  sahibinin  hesabının  çekdə  qeyd  olunmuş  sayının  çekin  üzərində 

göstərilən saya uyğun gəlməsinə

-

 

çek  verənin  pasport  məlumatlarının  çek  kartoçkasında  göstərilmiş 

məlumatlara uyğun gəlməsinə; 

-

 

çek  verənin  çeki  doldurarkən  etdiyi  imza  ilə  onun  çek  kartoç-  kasmdakı 

imzasının eyniliyinə əmin olmasına. 

Malgöndərən malalandan çeki qəbul etdikdən sonra çekdəki vəsaitin hesaba 

daxil edilməsi üçün onu özünə xidmət edən banka təqdim edir. 

Çek ödənilmək üçün banka verildiyi gün nəzərə alınmadan 3 iş günü ərzində 

təqdim oluna bilər. 

Çek  saxlayan  çekləri  4  nüsxədə  tərtib  edilmiş  siyahı  (reyestr)  ilə  birlikdə 

özünə xidmət edən banka təqdim edir. Benefisarm bank çeki yoxladıqdan sonra onu 

4  nüsxədən  ibarət  tərtib  edilmiş  siyahı  ilə  birlikdə  açıq  şəkildə  xidmət  edən 

ZHKM-nə verir. 

Siyahıda çek haqqında aşağıdakı məlumatlar olmalıdır: 

a)

 

emitent bankın adı; 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə