Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə68/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   64   65   66   67   68   69   70   71   ...   323

150 

b)

 

müxbir hesabın nömrəsi; 

e) xidmət olunduğu ZHKM-nin adı; 

ç) tranzit hesabın nömrəsi; 

d)

 

çek verənin hesabının nömrəsi; 

e)

 

çekin məbləği; 

ə) çekin nömrəsi. 

Siyahı,  çek  sahibinin  iki  birinei  şəxsi  tərəfindən  imzalanıb  möhürlə  təsdiq 

edilir. 

Çeklərlə  hesablaşmaların  əsas  prinsipi  vəsaitin  çekverənin  xüsusi  bron 

hesabından  silinməyənədək  çek  saxlayanın  hesabına  mədaxil  edilməsindən 

ibarətdir. 

Banklar  vəsaiti  çekverənin  hesabından  ZHKM-dən  alınmış  çek  siyahısı 

əsasında silirlər. Çeklərin özü ZHKM-də saxlanıb mühafizə olunur. Lazım gəldikdə 

onların surətləri tələb oluna bilər. 

Təşkilatın  qəbul  etdiyi  çeklər  indosamet  edilə  bilməz  (yəni  başqa  çek 

saxlayana verilə bilməz). 

Bank  düzgün  doldurulmamış  çeklərin  ödənilməsindən  dəymiş  zərər  üçün 

eavabdehdir. 

Nağdsız  hesablaşmaların  bir  forması  da  akkreditiv  vasitəsi  ilə  -aparılan 

hesablaşmadır. Akkreditiv - alıeınm akkreditiv ərizəsində göstərilən şərtlərə uyğun 

malın  və  göstərilən  xidmətin  dəyərinin  satıcıya  ödənilməsi  haqda  satıcı  banka 

verdiyi  tapşırıqdır.  Hesablaşmanın  bu  formasından  ancaq  kənar  şəhərli 

hesablaşmalarda istifadə olunur. Akkreditivin fəaliyyət müddəti tərəflər arasında 

bağlanan  müqavilə  ilə  müəyyən  edilir.  Akkreditiv  qaydasında  hesablaşmanın  bir 

xüsusiyyəti  də  ondan  ibarətdir  ki,  ödəniş  satıcının  yerləşdiyi  yerdə  aparılır. 

Akkreditiv  vasitəsi  ilə  hesablaşmanın  üstünlüyü  ödənişin  əvvəlcədən  aparılması 

deyil,  ona  zəmanət  verməsindən  ibarətdir.  Belə  ki,  akkreditiv  məbləği  satıcının 

hesablaşma hesabı olduğu bankda bronlaşdırı- lır və satıcı əmin olur ki, onun yola 

saldığı  malların  dəyəri  yola  salınma  sənədləri  banka  təqdim  olunan  kimi 

ödəniləcəkdir. 

Azərbaycan Respublikasında akkreditivlərlə hesablaşmalarda yalnız sənədli 

akkreditiv formasından istifadə olunur. 

Sənədli  akkreditiv  müştərinin  (akkreditivə  əmr  verənin  -  appli-  kantm) 

xahişi və onun sərəncamına əsasən bankın (emitent bankın) ödənişi üçüncü şəxsin 

(benifisarm) adından apardığı saziş hesab edilir. 

 



151 

Akkreditiv  açmaq  üçün  applikant,  yəni  akkreditivin  açılması  üçün  alıcı 

emitent banka ərizə ilə müraciət edir. Ərizədə aşağıdakılar göstərilir; 

a)

 

mal göndərənin adı; 

b)

 

akkreditivin məbləği; 

c)

 

akkreditivin müddəti; 

ç) ödənişin hüquqi əsası; 

d)

 

malların və xidmətlərin adı, qiyməti, sayı. 

Göstərilən rekvizitlərin  biri  olmadıqda  emitent  bank  tərəfindən  akkreditiv 

açılmır. 

Akkreditiv  açılması  haqqında  məlumat  satıcı  təşkilata  poçt  akkreditivi 

formasında iki üsul ilə çatdırıla bilər: 

1)

 

xidmət göstərən bank vasitəsi ilə

2)

 

benefısar vasitəsilə təqdim etmək yolu ilə. 

Birinci halda akkreditiv ərizəsi 4 nüsxədə, ikinci üsulda isə üç nüsxədə tərtib 

edilir. Hər iki halda ərizənin ikinci nüsxəsi bankın möhürü ilə təsdiqlənərək üçüncü 

nüsxə  ilə  birlikdə  satıcıya  çatdırılır.  Birinci  halda  o,  hesablaşma  kassa  mərkəzi 

vasitəsi ilə və ya poçtla, ikinci halda isə applikantm müvəkkillərinə verilir ki, o da öz 

növbəsində  ərizənin  ikinci  nüsxəsini  benifısiara  verir.  Üçüncü  nüsxəni  isə  özündə 

saxlayır. 

Benefısar  bank  akkreditivin  həqiqiliyini,  onun  zahiri  əlamətlərinə  görə 

diqqətlə yoxlamalıdır. Akkreditiv alıcının xüsusi vəsaiti və ya bank krediti hesabına 

açıla bilər. Hər iki mənbədən istifadə etməklə akkreditiv açılmasına icazə verilmir. 

Akkreditivin  qüvvədə  olma  müddəti  də  applikant  tərəfindən  müstəqil  qaydada 

müəyyən  edilir.  Akkreditiv  ssuda  hesabına  açılırsa,  onun  müddəti  ssudanm 

müddətinə uyğunlaşdırılmalıdır. Akkreditivdən bir müştəri - kimin adma açı- lıbsa, 

həmin təşkilat istifadə edə bilər. 

Akkreditiv  göstərilən  müddətdə  istifadə  olunmayan  hallarda  bağlanır  və 

ondakı məbləğ aidiyyatı üzrə geri qaytarılır. 

Akkreditiv üzrə ödənişləri həyata keçirmək üçün satıcı təşkilat akkreditivin 

şərtlərində  nəzərdə  tutulan  sənədləri  banka  təqdim  etməlidir.  Bank  həmin 

sənədlərin  qanuniliyini  yoxlayır  və  onun  qanuniliyinə  əmin  olduqdan  sonra  icra 

üçün qəbul edir. 

Həm  hesablaşma  çekləri,  həm  də  akkreditiv  forması  ilə  hesablaşmalar  öz 

mahiyyəti  və  əhəmiyyəti  baxımından  mühüm  əhəmiyyət  kəsb  etdiyindən,  onların 

uçotunun aparılması tələb olunur. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə