Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  İddialar üzrə hesablaşmaların sintetik uçotu 8 saylı jurnal- orderdə, analitik



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə76/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   72   73   74   75   76   77   78   79   ...   323

166 

İddialar üzrə hesablaşmaların sintetik uçotu 8 saylı jurnal- orderdə, analitik 

uçot isə hər bir debitor və ayrı-ayrı iddialar üzrə 7 saylı cədvəldə aparılır. 

Hər  bir  kommersiya  təşkilatı  əmlak  və  şəxsi  sığorta  fizrə  dövlət  sığortası 

orqanı ilə hesablaşmaları həyata keçirirlər. 

Əmlak  sığortasına:  binaların,  tikililərin,  maddi  qiymətlilərin  və  digər 

əmlakın  sığortası;  nəqliyyat  vəsaitlərinin  sığortası;  kənd  təsərrüfatı  bitkilərininin, 

mal-qaranın  və  i.a.  (yardımçı  kənd  təsərrüfatları  olan  zaman)  sığortası;  Şəxsi 

sığortaya:  insan  həyatının  sığortası;  bəd-  bəxf  hadisələrin  sığortası;  azyaşlı 

uşaqların sığortası; nikah sığortası və digər sığortalar daxildir. 

Bir  qayda  olaraq  hər  bir  təşkilat  əmlak  sığortası  üzrə  dövlət  sığortasına 

ödəyəcəyi  məbləği  hesablayır  və  onu  istehsal  məsrəflərinə  və  ya  təşkilatın 

sərəncamında qalan mənfəət hesabına daxil edirlər. Bundan başqa, sığorta edilmiş 

əmlak  və  əkinlər  (yardımçı  kənd  təsərrüfatının  mövcud  olması  hallarında) 

zədələnən  və  ya  məhv  olan  zaman  dövlət  sığorta  orqanları  sığortanın  əvəzini 

ödəməlidir. 

Təşkilatların  əmlak  və  əkinlərinin  sığortalanmasından  başqa,  Dövlət 

sığortası orqanları təşkilatın işçiləri ilə fərdi sığorta üzrə müqavilə bağlayır. Dövlət 

sığortası  orqanları  təşkilatın  işçiləri  ilə  bağlanmış  müqavilə  üzrə  fərdi  sığortanın 

hesablaşmalarını təşkilat vasitəsi ilə həyata keçirə bilər. Əmlak və şəxsi sığorta üzrə 

dövlət  sığortası  ilə  hesablaşmaların  uçotu  515.1  saylı  «Digər  qısamüddətli 

qiymətləndirilmiş öhdəliklər» hesabında aparılır. Bu hesab passiv hesabdır: dövlət 

sığortasına köçürüləsi sığorta ödəmələri, həmçinin sığorta ödəmələrinin daxil olması 

hesabın kreditində, hesablanmış sığorta ödənişlərinin ödənilməsi, sığorta hadisələri 

üzrə  itkinin  silinməsi,  həmçinin  təşkilatın  işçilərinə  sığorta  müqaviləsi  üzrə 

hesablanmış sığorta ödəmələrinin məbləği isə debetində əks etdirilir. 

Beləliklə, təşkilatda sığorta ödəmələri hesablanan zaman 721 saylı «İnzibati 

xərclər», 202 saylı «İstehsalat məsrəfləri» və b. hesabların debetinə 515 saylı «Digər 

uzunmüddətli qiymətləndirilmiş öhdə- liklər» hesabının 1-ci subhesabının kreditinə 

yazılış verilir. 

Sığorta ödəmələrinin məbləğləri sığorta təşkilatlarına köçürülən zaman 515 

saylı  «Digər  uzunmüddətli  qiymətləndirilmiş  öhdəliklər»  hesabının  1-ci 

subhesabının debetinə 223 saylı «Bank hesablaşma hesabları» hesabının kreditinə 

mühasibat yazılışı tərtib olunur. 

Sığorta hadisələri üzrə itkiləri (istehsalat ehtiyatlarının, hazır məmulatların 

və  digər  maddi  qiymətlilərin  məhv  olması  və  korlanması)  istehsalat  ehtiyatlarını, 

torpaq, tikili və avadanlıqların və s. 


167 

uçota olan hesabların kreditindən 515 saylı hesabın 1-ci subhesabının debetinə aid 

edilir.  Təşkilatların  sığorta  müqaviləsinə  müvafiq  olaraq,  təşkilatlar  tərəfindən 

alınmış  sığorta  ödəmələrinin  məbləğləri  mühasibat  uçotunda  aşağıdakı  kimi  əks 

etdirilir: 

223 saylı «Bank hesablaşma hesablan» hesabının debeti 515 saylı «Digər 

uzunmüddətli qiymətləndirilmiş öhdəliklər» hesa- bmml-ci subhesabının krediti 

Sığorta  hadisələrindən sığorta  ödəmələri ilə  ödənilməyən  itkilər  mühasibat 

uçotunda aşağıdakı kimi əks etdirilir: 

801 saylı «Ümumi mənfəət (zərər)» hesabının debeti 515 saylı «Digər 

uzunmüddətli qiymətləndirilmiş öhdəliklər» hesabının 1-ei subhesabının krediti. 

Təşkilat  işçilərindən  tutulmuş  sığorta  ödəmələrinin  məbləği  hər  ay  dövlət 

sığorta orqanlarına köçürülür və ona aşağıdakı mühasibat yazılışı tərtib olunur: 

533 saylı «Əməyin ödənilməsi üzrə işçi heyətinə olan qısamüddətli kreditor 

borcları» hesabının debeti 

515 saylı «Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər» hesabının 1-ci 

subhesabının krediti 

Ödənilən məbləğlər dövlət sığortasına köçürülən zaman: 

515 saylı «Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər» hesabının 1-ei 

subhesabının debeti 

223  saylı  «Bank  hesablaşma  hesablan»  hesabının  krediti  kimi  mühasibat 

köçürməsi tərtib edilir. 

515  saylı  hesabın  1-ci  subhesabı  üzrə  hesablaşmaların  analitik  uçotu 

sığortaçılar və ayrı-ayrı sığorta müqavilələri üzrə aparılır. 

Təsərrüfat  fəaliyyəti  prosesində  büdcəyə  ödəmələrdən  başqa 

müəssisələr  büdcədənkənar  və  digər  fondlara  ödəmələr  etməyə  də  borcludurlar. 

Ödəmə məbləğlərindən asılı olaraq ödəmələrin bu hissəsi aşağıdakı yarımqruplara 

bölünür: 

1)

 

İstehsal xərclərinə daxil edilənlər (yol fonduna və s.); 

2)

 

Məhsulların  satışı  hesabına  həyata  keçirilənlər;  mənfəətdən  ödəmələr 

(uşaq müəssisələrinin saxlanmasına). 

Dövlət  orqanları  ilə  ödəmənin  həmin  növü  üzrə  hesablaşmalar  523  saylı 

«Digər  məcburi  ödənişlər  üzrə  öhdəliklər»  hesabında  ümumiləşdirilir.  Bu,  passiv 

hesabdır.  Bu  hesabın  kreditində  büdcədənkənar  fondlara  hesablanmış  ödəmələr, 

debetində  isə  bu  fondlara  həqiqi  köçürülmüş  məbləğlər  əks  etdirilir. 

Büdcədənkənar fondlara ödə- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə