Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  İşçi  sayının  uçotu  zamanı  siyahı  və  siyahıdan  kənar  tərkib  bir-  birindən



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə84/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   80   81   82   83   84   85   86   87   ...   323

185 

İşçi  sayının  uçotu  zamanı  siyahı  və  siyahıdan  kənar  tərkib  bir-  birindən 

ayrılır  vo fərqləndirilir. Siyahı tərkibinə  nəinki məlum təşkilatın siyahısında  olan 

daimi, həm də əsas fəaliyyət üzrə işə götürülmüş müvəqqəti işçilər də daxil edilir. 

Siyahıdan  kənar  işçi  heyətinə  bir  qayda  olaraq  təşkilatın  əsas  iş  fəaliyyəti  hesab 

edilməyən ayrı-ayrı iş yaxud tapşırığı yerinə yetirmək üçün müvəqqəti cəlb edilən 

işçilər daxildir. Şəxsi heyətin işə götürülməsi, yerdəyişməsi və işdən çıxması idarə və 

təşkilatların ilkin sənəd formalarında kadrlar şöbəsi tərəfindən uçota alınır. 

Stajın  uçotu  eləcə  də  hər  bir  işçinin  iş  yeri  haqda  qeydiyyat  müəssisə 

tərəfindən əmək kitabçasına yazılır. Bir qayda olaraq işçi işə daxil olan zaman öz 

əmək kitabçasını kadrlar şöbəsinə verməli, işə ilk dəfə daxil olan zaman isə əmək 

kitabçası məlum təşkilatda yazılmalıdır. Adətən işçi işdən azad olan zaman öz əmək 

kitabçasını götürməlidir. 

Təşkilata işə götürülən işçiyə əmək və əmək haqqının uçotu üzrə ilk sənədlərə 

soyadı və insiah göstərilməklə tabel nömrəsi verilir. Hər bir işçi aylıq hesablanan və 

ödənilən əmək haqqı barədə qeydiyyat aparıla bilən hesablaşma çekinə malik olur. 

İş vaxtından istifadənin uçotu (işə gəlmə, həqiqi işlənilmiş vaxt, məzuniyyət, 

xəstəlik  və  i.a.)  tabelin  köməkliyi  ilə  aparılır.  Tabel  uçotu  tabeldə  işə  gəlmələr, 

gecikmələr, müvəqqəti  boş  dayanmalar  qeyd  edilməklə,  yaxud  kənarlaşmalar (işə 

gəlməmək,  iş  vaxtından  çox  işləmələr  və  i.a.)  qeydə  ainmaqla  təşkilat,  yaxud 

struktur bölmələri üzrə ümumilikdə təşkil edilir. 

Məsələn,  iş  vaxtından  istifadənin  uçotu  və  təyin  edilmiş  iş  vaxtı  rejiminə 

riayət edilməsi, həmçinin əmək ödənişi üzrə hesablaşmanın üzərində nəzarət etmək 

üçün «İş vaxtından istifadənin və əmək haqqı hesablanmasının tabel uçotu» (12 saylı 

forma) tətbiq edilir. Ancaq iş vaxtından istifadə və təyin edilmiş iş vaxtı rejiminə 

riayət  edilməsi  üzərində  nəzarət  həyata  keçirilirsə  onda  «İş  vaxtından  istifadənin 

tabel uçotu»ndan (Ə-13 saylı forma) istifadə edilir. Bu və ya dİgər tabel bir surətdən 

ibarət  müvəkkil  edilmiş  şəxs  tərəfindən  aparılır.  Ayda  bir  yaxud  iki  dəfə  tərtib 

edilmiş tabel, mühasibatlığm hesablaşma şöbəsinə təqdim edilir. Burada ayın birinci 

yarısı üçün avans və ay üzrə tam əmək haqqı hesablanır. 

Tabel uçotunun məlumatları iş vaxtından istifadə və əmək intizamına riayət 

edilməsi üzərində nəzarət etmək üçün zəruri sənəd hesab edilir. Vaxtamuzd və aylıq 

vəzifə  maaşı  təyin  edilən  işçilər  üçün,  onlar  deyilənlərdən  başqa  əmək  haqqı 

hesablamaq üçün mühüm əhə- 


186 

miyyət  kəsb  edir.  Buna  görə  üzürlü  səbəblərlə  əlaqədar  baş  verən  bütün 

kənarlaşmalar  (məzuniyyət,  xəstəlik,  ictimai  vəzifələrin  yerinə  yetirilməsi  və  s.) 

sənədlə (məzuniyyət üçün sərəncamla, müvəqqəti iş qabiliyyətsizliyinə görə vərəqə 

ilə və i.a.) rəsmiləşdirilməlidir. 

Müvafiq  nişanə  və  səbəblər  üzrə  qruplaşdırılan  tabel  uçotunun  həqiqi 

məlumatları iş vaxtından istifadənin nəticələrinin təhlil edilməsi və statistik hesabat 

formasının  tərtib  olunması  üçün  əsas  mənbə  hesab  edilir.  Bu  məqsədlə  işçi  sayı, 

işçilərin  işə  götürülməsi  və  çıxarılması,  sənaye-istehsal  xarakterli  işçilərin  iş 

vaxtından  istifadə,  normativ  tapşırığın  yerinə  yetirilməsi  və  s.  məlumatlardan 

istifadə edilir. 

İşçilərə  çatası  əmək  haqqını  hesablamaq  üçün  ilk  növbədə  onun  nə  qədər 

vaxt  sərf  etməsini  (əməyin  ödənişi  işəmuzd  olduqda)  bilmək  lazımdır.  Əməyin 

ödənişi  vaxtamuzd  yerinə  yetirildikdə  heç  bir  sənədin  rəsmiyyətə  salınması  tələb 

olunmur. Burada  ancaq  işçinin işə gəlməsi,  gəlməməsi  və  onların  səbəbləri  haqda 

məlumatın olması kifayət edir. İşçinin aylıq maaşını bilməklə ona həqiqi işlənilmiş 

vaxta görə çatası əmək haqqını müəyyən etmək olar. 

Əmək  haqqı  iş  vaxtının  tabel  uçotunun  məlumatlarına  və  vəzifə  maaşına 

əsasən  hesablanılır.  Əgər  işçi  ay  ərzində  tam  işləməzsə,  onun  aylıq  maaşı  məlum 

ayda olan təqvim iş günlərinin sayına bölünməli və alman cavab həqiqi iş günlərinə 

vurularaq çatası əmək haqqı müəyyən edilməlidir. 

Məsələn, təşkilat işçisinin aylıq maaşı 225 manat, yanvar ayındakı iş günü 25, 

istirahət günü isə 6 gün təşkil edir. Tabel üzrə o həqiqi olaraq 20 iş günü işləmişdir. 

Xəstəliyə  görə  5  iş  günü  işə  gəlməmişdir.  Bu  cür  halda  işçinin  əmək  haqqı  180 

(225x20:25) manat  təşkil edər. Bundan  başqa ona müvəqqəti  iş  qabiliyyətsizliyinə 

görə 5 günlük müavinət verilməlidir. 

Müavinət 8 il və ondan çox iş stajına görə - 100 faiz 

5 ildən 8 il iş stajına görə - 80 faiz 

5 ilə qədər iş stajına görə - 60 faiz miqdarında ödənilir. 

Əməyin  işəmuzd  ödənişi,  tapşırıq  və  onun  yerinə  yetirilmə  miqdarı,  ilkin 

sənədlərlə  rəsmiyyətə  salman  zaman  hesablana  bilər.  Bu  zaman  işəmuzd  iş  üçün 

rəsmiyyətə salınan ilkin sənədlər müxtəlif olmaqla istehsalın xarakterindən, əməyin 

təşkili  və  ödənişi  sistemindən,  məhsulun  keyfiyyəti  və  işin  digər  xüsusiyyətləri 

üzərində  nəzarət  üsulundan  asılı  olur.  Məhsul  hasilatının,  yerinə  yetirilmiş  iş 

həcminin və əmək haqqının uçotu üçün işəmuzd iş üçün naryadlar, hasilat cədvəli, 

marşrut kartları, novbə raportları, naryad-kitabçalar, yerinə 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə