Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Məhsul  istehsalı  zamanı  çıxdaş  məhsul  buraxılan  hallarda  baş  vermə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə87/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   83   84   85   86   87   88   89   90   ...   323

191 

Məhsul  istehsalı  zamanı  çıxdaş  məhsul  buraxılan  hallarda  baş  vermə 

səbəblərindən asılı olaraq onu ödənilə bilən və ödənilə bilinməyən çıxdaş məhsula 

bölmək  olar.  İşçinin  təqsiri  üzündən  tam  buraxılan  çıxdaş  məhsul  ödənilmir; 

qismən çıxdaş isə məhsulun  yararlılıq səviyyəsindən asılı olaraq aşağı qiymətlərlə 

ödənilə  bilər.  İşçinin  təqsiri  olmadan  əmələ  gələn  çıxdaş  məhsul  aylıq  maaş  təyin 

edilmiş tarif stavkasınm 2/3-sindən az olmayaraq aşağı qiymətlərlə ödənilir. 

Məmulat  qəbul  edildikdən  sonra  texniki  nəzarətin  aparılması  nətieəsində 

gizli qüsurun, eləeə də işçinin təqsiri olmadan çıxdaş məhsulun müəyyən edilməsi 

hallarında əmək haqqı tam yararlı məmulat kimi hesablanılır. 

İşçinin  öz  əsas  işi  ilə  yanaşı  digər  ixtisas  (vəzifə)  üzrə  əlavə  iş  yaxud 

müvəqqəti işdə olmayan işçinin vəzifəsini yerinə yetirməsi hallarında ixtisasın əvəz 

edilməsinə  yaxud  müvəqqəti  işdə  olmayan  işçinin  vəzifəsinin  yerinə  yetirilməsinə 

görə əlavə ödəniş aparılır. Bu eür ödənişin miqdarı tərəflərin razılığı ilə təyin edilir. 

İşçinin  təqsiri  üzündən  boşdayanma  vaxtı  ödənilmir.  Boşdayanma  işçinin 

təqsiri üzündən olmayan hallarda sözü gedən vaxt üçün ödəniş boşdayanmanın ola 

biləeəyi  haqda  müdiriyyətə  (sex  rəisinə,  briqadirə,  ustaya)  xəbər  verilmək  şərtilə 

təyin edilmiş tarif stavkasınm 2/3-dən az olmayaraq yerinə yetirilir. 

Yeni  məhsul  növünün  istehsalının  mənimsənilməsi  hallarında  işçiyə 

istehsalın  mənimsənilməsi  dövrü  ərzində  qazaneı  kollektiv  müqavilə  ilə  müəyyən 

edilən qaydada və şərtlərə müvafiq olaraq əvvəlki orta əmək haqqına çatdırmaqla 

əlavə pul ödənişi verilir. 

Orta əmək haqqı aşağıdakı hallarda saxlanılır: 

-şahid,  zərərçəkmiş  şəxs, ekspert, mütəxəssis,  təreüməçi,  hal şahidi sifəti ilə 

təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda; 

-ietimai ittihamçı və müdafiəçi, ietimai təşkilatların və əmək kollektivlərinin, 

habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə 

ielaslarmda iştirak etmək üçün cəlb edildikdə; 

- andlılar, münsiflər və kollektiv mübahisələrin həlli üçün yaradılan arbitraj 

məhkəməsinin tərkibinə daxil edildikdə; 

-dövlət  hakimiyyəti  və  bələdiyyə  orqanlarına  seçkilər  keçirilərkən  müvafiq 

seçki komissiyalarının tərkibinə daxil edildikdə; 

-müvafiq  dövlət  hakimiyyəti  orqanlarının,  ictimai  təşkilatların  keçirdiyi 

forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə 


192 

iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda; 

-

 

kollektiv  danışıqların  aparılmasına,  kollektiv  müqavilələrin,  sazişlərin 

hazırlanması və bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrinin həlli 

üçün barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə; 

-

 

fərdi  əmək  mübahisələrinin  həlli  zamanı  məhkəmə  araşdırmalarının 

aparılmasında iştirak etdikdə; 

-

 

mülkiyyətçinin  maraqlarının  və  qanuni  mənafelərinin  müdafiəsi  üçün 

məhkəmələrdə, iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb edildikdə; 

-

 

hərbi  mükəlləfiyyətlə  bağlı  vəzifələrin  yerinə  yetirilməsi  üçün  hərbi  və 

xüsusi  toplanışlara  və  səlahiyyətləri  daxilində  hərbi  komissarlıqların  cəlb  etdiyi 

digər hərbi tədbirlərdə iştirak etdikdə; 

-

 

hərbi  və fövqəladə  vəziyyətlə  əlaqədar,  habelə  təbii fəlakətin  nəticələrinin 

aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda; 

-işəgötürən  tərəfindən  istehsalatdan  ayırmaqla  ixtisasartırma  kurslarına 

göndərdikdə; 

-

 

yaşadığı  inzibati  ərazi  vahidindən  başqa  bölgəyə,  habelə  xarici  ölkələrə 

ezamiyyətə göndərildikdə; 

-

 

müvafiq  tədbirlərdə  mülkiyyətçinin  maraqlarını  və  qanuni  mənafelərini 

müdafiə  etmək  və  işəgötürəni  təmsil  etmək  zərurəti  ilə  bağlı  iş  yerindən  kənara 

göndərildikdə; 

-

 

kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda; 

-donor olan işçilər tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini 

verdikləri gün; 

-

 

tibbi  müayinədən  keçirilən  zaman  işçilər  tibb  təşkilatında  olduqları  vaxt 

ərzində; 

-işçilərin  öz  ixtiralarının  və  səmərələşdirmə  təkliflərinin  əsas  iş  yerindən 

kənarda tətbiqi işlərində iştirak etdikdə; 

-

 

bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən 

müəyyən edilən digər hallarda. 

Kommersiya  təşkilatlarında  əməyə  görə  əsas  ödənişlə  yanaşı  müxtəlif 

mükafatlar  da  verilir.  Maddi  həvəsləndirmə  formalarına:  mükafatlar,  illik 

həvəsləndirmələr, iş stajına görə ödənişlər və s. daxil edilir. Mükafat, fərdi (şəxsi) və 

kollektiv  (briqada,  sahə,  şöbə,  sex  və  s.)  mükafatlandırma  formasında  ola  bilər. 

Sonuncu mükafatlandırma 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə