Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə83/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   79   80   81   82   83   84   85   86   ...   323

183 

3.

 

2. 

Şəxsi heyətin, 

onların 

əməyindən istifadənin uçotunun 

sənədləşdirilməsi 

Təşkilatlarda  şəxsi  heyətin  uçotu  kadrlar  şöbəsində  yaxud  kiçik  təsərrüfat 

subyektlərində bu işin aparılması həvalə edilmiş digər xidmətlər tərəfindən aparılır. 

İşçinin işə götürülməsi «İşə götürülmə haqda əmr (səroncam)»lə rəsmiyyətə 

salınır  (Ə-1  saylı  forma).  Bölmə  rəhbəri  işə  götürülən  işçi  ilə  söhbət  apardıqdan 

sonra  ərizə  verən  şəxsin  hansı  vəzifəyə  hansı  maaşla,  yaxud  hansı  dərəcə  və  neçə 

sınaq  müddətinə  götürülməsinə  dair  rəy  verir.  Bu  məlumatlar  bölmə  rəhbəri 

tərəfindən  əmrin  arxa  tərəfində  qeyd  edilir.  Əmr,  sonradan,  işə  götürülən  işçi 

işəmuzd əmək haqqı alan hallarda maaş yaxud dərəcəni təsdiq etmək üçün müvafiq 

xidmətlər  tərəfindən  imza  edilir.  İşə  götürülən  əmrin  rəsmiləşdirilməsi  ilə  yazılı 

tanış edilir, mühasibatlıq isə onun əsasında şəxsi hesab, yəni «şəxsi kartoçka» (Ə-2 

saylı forma) açır. 

İş,  kollektivin  öz  gücü  ilə  yerinə  yetirilməyən  hallarda  təşkilat  rəhbəri 

konkret tapşırığı yerinə yetirmək üçün müvəqqəti olaraq kənardan işə işçi cəlb edir. 

İşçinin kənardan işə bu cür cəlb edilməsi yuxarıda adı  çəkilən sənədlərdən başqa 

aşağıdakı rekvizitləri: əmək müqaviləsinin tərtib edildiyi yer və tarix; təşkilatın adı; 

əmək müqaviləsini imza edənlərin vəzifəsi; soyadı; adı; və atasının adı; axırıncıların 

vəzifəsi göstərilməklə yerinə yetirilən işin məzmunu; işin yerinə yetirilmə müddəti; 

qazancın  məbləği;  işin  keyfiyyətinə  olan  tələbat;  onun  qəbul  edilmə  qaydası; 

qazancın  ödənmə  vaxtı  və  qaydası;  tərəflərin  ünvanı;  təşkilat  rəhbəri  və  işə 

götürülən  işçinin  imzası;  təşkilatın  möhürü  olan  əmək  müqaviləsi  rəsmiyyətə 

salınır.  Əmək  müqaviləsi  tərtib  edildikdən  sonra  kadrlar  şöbəsi  yaxud  müha- 

sibatlıqda  qeydə  alınmalıdır.  Əmək  müqaviləsinin  bir  surəti  icraçı-  işçiyə  verilir, 

ikinci  surət  isə  işçinin müvəqqəti  işə  götürülməsi üçün  əsas  sənəd  kimi təşkilatda 

saxlanılır. 

İşin təşkilatın bir bölməsindən digərinə köçürülməsi biri kadrlar şöbəsində 

saxlanılan digəri isə mühasibatlığa verilən iki surətdən ibarət «digər işə götürülmə 

haqda əmr (sərəncama)»ə əsasən yerinə yetirilir (Ə-5 saylı forma). Bir qayda olaraq 

əmrə  əvvəlki  və  sonrakı  iş  yerlərinin  rəhbərləri  dərkənar  qoymalı,  sonra  isə  o, 

təşkilatın rəhbəri tərəfindən imza edilməlidir. İşçinin hesabında material və digər 

dəyərlilər  olan  hallarda  onlar  təhvil  verilməli  və  bu  barədə  əmrin  arxa  tərəfində 

xüsusi qeydiyyat aparılmalıdır. 


184 

Qüvvədə  olan  qanunvericiliyə  müvafiq  olaraq  kollektivin  hər  bir  üzvü 

məzuniyyət almaq hüququna malikdir. Məzuniyyət, kollektiv müqaviləyə və təşkilat 

rəhbərinin təsdiq etdiyi qrafikə əsasən təqdim edilir. Məzuniyyət almaq üçün, onu 

sənədlə  rəsmiləşdirmək  lazımdır.  Bu  cür  sənəd  bölmə  (sex,  şöbə,  sahə)  rəisi 

tərəfindən  dərkənar  qoyulmuş  və  təşkilat  tərəfindən  imza  olunmuş  «Məzuniyyətə 

getmə  haqda  əmr  (sərəncam)»  ola  bilər  (Ə-6  saylı  forma).  Mühasibatlıq  düzgün 

rəsmiyyətə  salınmış  sənədi  aldıqdan  sonra  işçiyə  çatası  məzuniyyət  məbləğini 

hesablayıb müəyyən edir. 

İşçinin işdən azad edilməsi «Əmək müqaviləsinin dayandırılması haqda əmr 

(sorəncam)»la rəsmiyyətə salınır (Ə-8 saylı forma). Bu cür əmr iki surətdən ibarət 

kadrlar  şöbəsi  tərəfindən  tərtib  edilir.  Əmr  bölmə  rəhbərlərinin  dərkənarı  ilə 

təşkilat  rəhbəri  tərəfindən  imza  edilir.  Əmrin  ikinci  surəti  hesablaşmanın 

aparılması üçün əsas kimi mühasibatlığa verilir. 

Əmək onun tətbiq edilmə sahəsindən asılı olaraq sənaye-istehsal xarakterli 

və  qeyri-sənaye  xarakterli  təsərrüfat  heyətinə  bölünür.  Sənaye-istehsal  xarakterli 

heyətə bilavasitə əsas istehsalatda, köməkçi istehsalatda eləcə də bu istehsalatların 

idarə edilməsi və onlara xidmət göstərilməsi ilə məşğul olan işçilər aid edilir. 

Qeyri-sənaye  xarakterli  təsərrüfat  heyətinə  mənzil  və  kommunal 

təsərrüfatının, uşaq baxçalarının, yardımçı təsərrüfatların, tibb məntəqələrinin və 

digər qeyri-sənaye və xidmət xarakterli təsərrüfatın işçiləri daxil edilir. 

Yerinə yetirilən funksiyalardan asılı olaraq bütün heyət fəhlələr, şagirdlər, 

rəhbəredici  işçilər,  mütəxəssislər,  qulluqçular,  mühafizə  işçiləri  kateqoriyasına 

bölünür. 

Təcrübədə  çox  hallarda  «Fəhlə  və  qulluqçular»  anlayışı  tətbiq  olunur.  Bu 

anlayış  təşkilat  işçilərinin  bütün  kateqoriyasını  özündə  birləşdirir.  Kateqoriyalar 

daxilində  işçilər  ixtisaslar,  iş  stajı,  cins,  yaş  və  digər  nişanələr  (çilingər,  tokar, 

konstruktor, iqtisadçı və i.a.) üzrə qruplaşdırılır. 

Bundan  başqa  sənaye  istehsal  xarakterli  heyət  sexlər,  şöbələr  və  digər 

xidmətlər, qeyri-sənaye xarakterli təsərrüfat heyəti isə fəaliyyət növləri (mənzil və 

kommunal təsərrüfatı, yardımçı kənd təsərrüfatı və i.a.) üzrə qruplaşdırılır. 

İstehsal prosesindəki iştirakından asılı olaraq işçilər bilavasitə əsas məhsul 

hazırlayan  əsas  işçilərə  və  məhsulun  hazırlanmasında  istehsal  prosesinə  xidmət 

göstərən,  yəni  əsas  sexdə  yardımçı  işləri  yerinə  yetirən  və  köməkçi  istehsalatda 

işləyən göməkçi işçilərə bölünür. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə