Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  hesablaşmaların  bütün  növlərini  həyata  keçirən  hüquqi  və  fiziki  şəxslər  təsisçilər



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə79/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   75   76   77   78   79   80   81   82   ...   323

173 

hesablaşmaların  bütün  növlərini  həyata  keçirən  hüquqi  və  fiziki  şəxslər  təsisçilər 

hesab  olunurlar.  Həmin  təsisçilərlə  hesablaşmaların  uçotunu  aparmaq  üçün  302 

saylı «Nominal (nizamnamə) kpitalın ödənilməmiş hissəsi» hesabı nəzərdə tutulur. 

Bu  hesab  təşkilatın  təsisçiləri  ilə  (səhmdar  cəmiyyətinin  səhmdarları  ilə, 

kooperativin  üzvləri ilə  və  i.a.)  bütün  növ  hesablaşmaların:  təşkilatın  nizamnamə 

kapitlma  qoyuluşlar,  gəlirlərin  ödənilməsi  və  s.  haqqında  informasiyaları 

ümumiləşdirməyi və onlar üzərində nəzarəti həyata keçirmək üçün təyin edilmişdir. 

Səhmdar  cəmiyyəti  yaradılan  zaman  301  saylı  «Nominal  (nizamnamə) 

kapitalı"  hesabı  ilə  müxabirləşməklə  302  saylı  hesbm  debeti  üzrə  səhmlər  abunə 

yazılan şəxslərin borclarının məbləği uçota qəbul edilir. 

Təsisçilərin qoyuluşları həqiqi daxil olan zaman pul  vəsaitlərini  uçota alan 

hesablarla  müxabirləşməklə  302  saylı  hesabın  kreditinə  yazılış  verilir.  Təşkilatın 

mülkiyyətinə  material  və  başqa  qiymətlilər  (pul  vəsaitlərindən  başqa)  verilən 

hallarda 111 saylı «Topaq, tikili və avadanlıqlar - Dəyər", 101 saylı «Qeyri-maddi 

aktivlər - Dəyər», istehsalat ehtiyatları və s. hesablarla müxabirləşməklə 302 saylı 

hesabın kreditinə mühasibat yazılışı tərtib olunur. 

Təşkilatın istifadəsinə binalar, qurğular və avadanlıqlar verilən zaman 111 

saylı «Torpaq, tikili və avadanlıqlar - Dəyər" hesabının debetinə 302 saylı “Nominal 

(nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabının kreditinə mühasibat yazılışı 

verilir. 

Nizamnamə  kapitalına  qoyuluşlar  hesabına təşkilatın mülkiyyətinə  natural 

formada  təqdim  edilən  əmlakın  mədaxil  edilməsi  (səhmin  ödənilməsinə) 

iştirakçıların razılığı ilə müəyyən edilən qiymətlə həyata keçirilir. 

Yoldaşlıq  təsərrüfatlarının  başqa  iştirakçıları  ilə  nizamnamə  kapitalına 

qoyuluşlar üzrə hesablaşmalar, mühasibat uçotunda oxşar qaydada uçota alınır. Bu 

zaman təsis sənədlərində elan edilmiş nizamnamə kapitalının bütün məbləği üçün 

302 saylı “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabının debetinə, 

301 saylı "Nominal (nizamnamə) kapitalı" hesabının kreditinə yazılış verilir. 

Səhmdar cəmiyyəti formasında yaradılan təşkilatlar öz səhmlərini nominal 

dəyərindən artıq olan qiymətlə satan zaman, satış və nominal dəyər arasındakı fərq 

məbləği 335 saylı «Digər ehtiyatlar» hesabının kreditinə aid edilir. 


174 

302  saylı “Nominal  (nizamnamə)  kapitalın  ödənilməmiş  hissəsi"  hesabında 

gəlirin  təşkilatın  təsisçilərinə  ödənməsilə  əlaqədar  hesablaşmalar  uçota  alınır. 

Gəlirin  təşkilatın  təsisçilərinin  siyahısına  daxil  olan  işçilərə  hesablanması  və 

ödənilməsi  533  saylı  «Əməyin  ödənilməsi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli 

kreditor borcları» hesabında uçota alınır. 

Təşkilatda  iştirak  etməyə  görə  gəlirin  təsisçilərə  hesablanması  aşağıdakı 

yazılış verməklə uçotda əks etdirilir. 

343 saylı "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (örtülməmiş zərər)» 

hesabının debeti. 

534  saylı  «Dividendlərin  ödənilməsi  üzrə  təsisçilərə  kreditor  borc-  ları» 

hesabının krediti. 

Mənfəət  olmayan  və  ya  çatışmayan  hallarda  gəlirin  təsisçilərə  ödənilməsi 

ehtiyat  kapitalı  hesabına  aparıla  və  bu  əməliyyatlar  üçün  aşağıdakı  mühasibat 

yazılışı tərtib oluna bilər: 

335 saylı «Digər ehtiyatlar» hesabının debeti 

534  saylı  «Dividendlərin  ödənilməsi  üzrə  təsisçilərə  kreditor  borc-  lan» 

hesabının krediti 

Hesablanmış gəlirin ödənilməsi isə aşağıdakı yazılışla əks ctdiri- - lir

534  saylı  «Dividendlərin  ödənilməsi  üzrə  təsisçilərə  kreditor  borc-  ları» 

hesabının debeti 

223 saylı «Bank hesablaşma hesabları» hesabının krediti. 

Təşkilatda  iştirak  etməyə  görə  əldə  edilən  gəlir  təşkilatın  öz  məhsulları  ilə 

(işləri  ilə,  xidmətləri  ilə)  ödənməsi  hallarında  aşağıdakı  mühasibat  yazılışı  tərtib 

olunur: 

534  saylı  «Dividendlərin  ödənilməsi  üzrə  təsisçilərə  kreditor  borclan» 

hesabının debeti 

601 saylı «Satış» hesabının krediti. 

Təşkilatda iştirak etməyə görə əldə edilən gəlirdən tutulan vergi mühasibat 

yazılışı verilməklə uçota alınır: 

534  saylı  «Dividendlərin  ödənilməsi  üzrə  təsisçilərə  kreditor  borcları» 

hesabının debeti 

521 saylı "Vergi öhdəlikləri" hesabının krediti. 

302 saylı hesab üzrə analitik uçot səhmləri təqdim edənlərlə - sahibkarlarla 

hesablaşmaların uçotundan başqa hər bir təsisçi üzrə aparılır. 

Təşkilatlarda aparılan hesablaşmalar içərisində 177. 217.435. 538 

saylı hesablar uçota alınan müxtəlif debitorlarla və kreditorlarla he 


175 

sablaşmalar  xüsusi  yerlərdən  birini  tutur.  Bu  hesab  qeyri-kommersiya  xarakterli 

(tədris  təşkilatlan  ilə,  elmi  təşkilatlarla  və  i.a.)  əməliyyatlara;  çeklərlə  ödənilən 

xidmətlərə görə nəqliyyat təşkilatları (dəmir yolu və su), əmək haqqına, mükafatın 

və digər oxşar ödəmələrin depo- nentləşdirilmiş məbləğlərinə; icra sənədləri və ya 

məhkəmə  orqanlarının  qərarları  əsasında  müxtəlif  təşkilatların  və  ya  ayrı-ayrı 

şəxslərin  xeyrinə  təşkilatın  işçilərinin  əmək  haqqından  tutulan  məbləğlərə; 

yataqxanalarda  yaşayan  şəxslər  və  mənzil  kirayənişinlərinin  ödədiyi  rüsuma; 

qeyri-yaşayış binalarının icarədarlarından alınmış vəsaitə; uşaq təşkilatlanna qəbul 

edilən  uşaqların  valideynlərindən  alınmış  rüsumlara  və  s.  əməliyyatlar  üzrə 

müxtəlif  təşkilatlarla  hesablaşmalar  haqqında  informasiyaları  ümumiləşdirmək 

üçün nəzərdə tutulmuşdur. 

177,  217,  435,  538 saylı  hesablar  aktiv-passiv  hesabdır və onların  qalığları 

açıq  şəkildə,  yəni  debet  üzrə  -  təşkilata  ayrı-ayrı  təşkilatlann  və  şəxslərin  borcu, 

kredit  üzrə  isə  -  təşkilatın  ayrı-ayrı  şəxslərə  borcu  əks  olunur.  Ona  görə  balans 

tərtib olunan zaman bu hesabın son qalığı açıq şəkildə, yəni, debitor borcu aktivdə, 

kreditor  borcu  isə  -  passivdə  əks  olunur.  Debitor  və  kreditor  borclarının  əks 

etdirilməsinin  qəbul  edilən  qaydası,  göstərilən  borclara  nəzarəti  yaxşılaşdırmağa 

şərait yaradır. 

İcra  sənədləri  və  ya  məhkəmə  orqanlarının  qərarına  əsasən  müxtəlif 

təşkilatların  və  ayrı-ayrı  şəxslərin  xeyrinə  əmək  haqqından  tutulan  məbləğlər, 

həmçinin  deponentləşdirilmiş  əmək  haqqı  aşağıdakı  mühasibat  yazılışı  ilə  əks 

olunur; 

533 saylı «Əməyin ödənilməsi üzrə işçi heyətinə olan qısamüddətli kreditor 

borcları» hesabının debeti 

538 saylı "Digər qısamüddətli kreditor borcları" hesabının krediti. 

Onlar köçürülən və ya ödənilən zaman mühasibat uçotunda aşağıdakı yazılış 

tərtib olunur: 

538 saylı "Digər qısamüddətli kreditor borcları" hesabının debeti 

223 saylı «Bank hesablaşma hesabları» hesabının krediti. 

Ödəmələri  keçirmək  üçün  hesablanmış  məbləğ  üçün  aşağıdakı  mühasibat 

yazılışı verilir: 

538 saylı "Digər qısamüddətli kreditor borcları" hesabının debeti 

711 saylı "Kommersiya xərcləri" hesabının krediti. 

544  saylı  «Qısamüddətli  məqsədli  maliyyələşmələr  və  daxilol-  malar» 

hesabının krediti. 

Ödənişlər daxil olan zaman isə: 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə