Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Təşkilatlarda  əməyin  ödənişi  müxtəlif  forma  və  sistemlərə  malik  ola  bilər



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə82/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   78   79   80   81   82   83   84   85   ...   323

181 

Təşkilatlarda  əməyin  ödənişi  müxtəlif  forma  və  sistemlərə  malik  ola  bilər. 

Hal-hazırda  onun  işəmuzd  və  vaxtamuzd  formaları  mövcuddur.  İşəmuzd  forma, 

hazırlanmış məhsulun miqdarına yaxud yerinə yetirilmiş işə görə qiymətlərlə əmək 

ödənişini özündə cəmləşdirir. Əmək ödənişinin işəmuzd forması bir başa işəmuzd, 

işəmuzd mükafath və işəmuzd mütərəqqi sistemlərə malikdir. 

Birbaşa  işəmuzd  sistemin  tətbiqi  zamanı  əmək  haqqı,  hazırlanmış  məhsul 

yaxud  yerinə  yetirilmiş  işin  miqdarına  mütənasib  götürülməklə  təyin  edilir. 

İşəmuzd  qiyməti  hasilatın  həcminə  vurmaqla  əmək  haqqının  miqdarı  müəyyən 

edilir. 

Əməyin  ödənişinin  işəmuzd  mükafath  sistemi  birbaşa  mükafath  sistemdən 

əsas işəmuzd qiymətlə əmək haqqından başqa bu və ya digər kəmiyyət və keyfiyyətli 

iş göstəricisindən əldə edilən nailiyyətlərə görə mükafatın verilməsi ilə fərqlənir. Bu 

göstəricilər  adətən  normativ  tapşırığın  artıqlaması  ilə  yerinə  yetirilməsi,  məhsul 

keyfiyyətinin  yaxşılaşdırılması,  material  və  enerjiyə  qənaət  edilməsi,  çıxdaş 

məhsulun olmaması və i. a. ola bilər. 

İşəmuzd  mütərəqqi  sistemdə  təyin  edilmiş  normanın  artıqlaması  ilə  yerinə 

yetirilməsi nəticəsində məhsul yaxud işin bir qismi yüksək qiymətlə ödənilir. 

Son  illərdə  əməyin  təşkilinin  və  həvəsləndirilməsinin  briqada  formasından 

geniş  istifadə  olunur.  Burada  əmək  haqqı  ilk  dəfə  bütün  qrup  briqada  üzvlərinə 

hesablanır sonra hesablanmış əmək haqqı tarif stavkası, dərəcə və əməkdə iştirak 

əmsalı  nəzərə  alınmaqla  işlənilmiş  hər  bir  saatın  miqdarına  mütənasib  olaraq 

ayrı-ayrı briqada üzvləri arasında bölüşdürülür. 

Əməyin  işəmuzd  ödənişi  şəraitində  əmək  haqqı  yerinə  yetirilmiş  işin 

(məmulatın,  əməliyyatın)  miqdarını,  təyin  edilmiş  qiymətə  vurmaqla  müəyyən 

edilir. 

Məsələn,  ay  ərzində  fəhlə  tərəfindən  hazırlanmışdır:  Hər  biri  1  manat  65 

qəpik  olan  100  ədəd  A  məmulatı;  və  hər  biri  1  manat  85  qəp  olan  400  ədəd  B 

məmulatı.  Bu  zaman  fəhlənin  əməyinin  ödənişi  (100x1,65)+(400xl,85)=905  manat 

təşkil edər. 

Əmək  haqqının  akkord  forması  istehsalın  son  nəticəsindən,  yəni  müəyyən 

tarixə qurtarmış iş kompleksinin yerinə yetirilməsindən asılı olaraq əməyin işəmuzd 

ödənişini  özündə  əks  etdirir.  Bu  zaman  briqadaya  (çox  hallarda  hər  bir  işçiyə) 

yerinə  yetirilmiş  iş  kompleksinə  görə  əmək  haqqının  ümumi  məbləği  təyin  edilir. 

Onların ümumi qazancı əməkdə iştirak əmsalından (ƏİƏ) istifadə etməklə, yəni hər 

bir işçinin tarif qazancı (saat tarif stavkasmı işlənilmiş vaxta vurmaq- 


182 

la) təyin edilmiş ƏİƏ vurulmaqla briqada üzvləri arasında bölüşdürülür. Bundan 

sonra  briqadanın  həqiqi  ümumi  qazancı  ƏİƏ  uyğunlaşdırılmaqla  onların  tarif 

əmək haqqına mütənasib olaraq işçilər arasında bölüşdürülür. 

İşin  briqada  tərəfindən  yerinə  yetirilməsi  hallarında  briqada  üzvləri 

arasında əmək ödənişi, işlənilmiş vaxta (bölüşdürmənin sadə metodu) yaxud onların 

ixtisasına və sərf etdiyi əməyin miqdarına mütənasib olaraq bölüşdürülür. 

Vaxtamuzd əməyin ödənişi zamanı, əmək haqqı yerinə yetirilmiş işin miqdar 

və  keyfiyyətindən  asılı  olmayaraq  işlənilmiş  vaxtın  miqdarından  asılı  olaraq 

hesablanır. İşlənilmiş vaxt adətən təqvim ayı (aylıq tarif stavkası yaxud aylıq vəzifə 

maaşı), günü (gündəlik), yaxud saatı (saat tarif stavkası) qəbul edilir. 

Vaxtamuzd  əmək  ödənişi  forması  iki  əsas  sistemə:  sadə  vaxtamuzd  və 

mükafath  vaxtamuzd  sistemə  bölünür.  Sadə  vaxtamuzd  sistem  ancaq  işlənilmiş 

vaxtın  miqdarından  asılı  olur.  Əməyin  ödənişi  işçinin  ixtisasından  və  onların 

istehsalat stajından asılı olaraq fərqləndirilir. Çox hallarda aylıq vəzifə maaşı təyin 

edilir. 

Vaxtamuzd mükafath sistemin tətbiqi zamanı təyin edilmiş göstəricilərə və 

işçilərin yüksək əmək keyfiyyətinə nail olunmasını maddi cəhətdən həvəsləndirmək 

üçün vaxtamuzd tarif stavkasma əlavə mükafat da ödənilir. 

Yerinə  yetirilmiş  işəmuzd  qiymətlərlə,  tarif  stavkası  və  vəzifə  maaşları  ilə 

hesablanmış əmək haqqı ilə yanaşı təşkilatın işçi heyətinə hər il məzuniyyət məbləği 

də  hesablanır.  Məzuniyyət  üçün  ödəniş,  məzuniyyətə  çıxan  aydan  12  ay  əvvəlki 

təqvim  aylarının orta əmək  haqqına  görə  hesablanır.  12  aydan  az  işləyən  işçilərə 

məzuniyyət ödənişi həqiqi işlənilmiş dövr üçün hesablanmış orta əmək haqqına görə 

yerinə  yetirilir.  Orta  əmək  haqqına  bütün  növ  əmək  ödənişi,  sosial  sığorta 

qaydasında  müvəqqəti  iş  qabiliyyətsizliyinə  görə  ödənilmiş  müavinət  (müavinətin 

ödənildiyi dövr işlənilmiş kimi uçota alınır) daxil edilir. 

Bütün hallarda əməyin ödənilməsinin sistem və formaları 1999- cu il iyulun 

1-dən  qüvvəyə  minmiş  Azərbaycan  Respublikasının  əmək  məcəlləsinin  müvafiq 

maddələrinin tələblərinə uyğun olaraq təşkilatların özləri tərəfindən tənzimlənir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə