197
ehtiyatlar» hesabının debetinə (işçinin əmək haqqısı üzrə) 533 saylı «Əməyin ödənişi
üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları» hesabının kreditinə yazılır.
Rəhbər işçilərin, mətəxəssislərin və qulluqçuların məzuniyyətinə hesablanmış əmək
haqqı üçün ehtiyat yaradılmır və o əsas əmək haqqı kimi toplayıcı-bölüşdürücü və
digər hesablara (cari aya aid edilən hissə) daxil edilir.
Müvafiq sənaye sahəsində iş stajına görə işçilərə hesablanmış mükafat
məbləği uçotda analoji qaydada əks etdirilir. Bir qayda olaraq bu mükafatlandırma
sonrakı ilin əvvəlində bir il üçün ümumilikdə verilir. İl ərzində onların
ehtiyatlandırılması 515 saylı «Digər qısamüddətli xərclər və ödəmələr üçün
ehtiyatlar» hesabının kreditindən istehsal məsrəflərini uçota alan müvafiq hesabda
əks etdirilir. İş stajına görə mükafatlandırma üçün veriləsi məbləğin hesablanması
533 saylı «Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları»
hesabının krediti ilə müxabirləşməklə 515 saylı «Digər qısamüddətli xərclər və
ödəmələr üçün ehtiyatlar» hesabının debetində yazılır.
Əməyin ödənişi üçün hesablanan məbləğdən vergi və pensiya fonduna zəruri
tutulmalar edilir. Gəlir vergisinin tutulması 01 Yanvar 2001-ci ildən qüvvəyə
minmiş Vergi Məcəlləsinə əsasən yerinə yetirilir.
Gəlir vergisi əmək haqqı hesablanan zaman tutulur və həmin məbləğ 533
saylı «Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları))
hesabının debetində 521 saylı «Vergi öhdəlikləri)) hesabının kreditində əks etdirilir.
Gəlir vergisi büdcəyə köçürüldükdə isə 521 saylı «Vergi öhdəlikləri))
hesabının debetinə, 223 saylı «Bank hesablaşma hesablan)) hesabının kreditinə
yazılır.
Əmək haqqından nəyinki gəlir vergisi, digər növ ödənişlər də tutulur.
Bu cür ödənişlərə icra vərəqəsinə əsasən tutulası alimenti aid etmək olar.
Alimentin tutulmasında əsas sənəd kimi icra vərəqəsindən, alimentin könüllü
ödənilməsi haqda vətəndaşın yazılı ərizəsindən və alimentin tutulması üçün zəruri
olan digər sənədlərdən istifadə edilir.
Alimentin tutulması üzrə hesablaşmaların uçotu üçün 533 saylı «Əməyin
ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları)) hesabının debetinə,
538 saylı «Digər qısamüddətli kreditor borcları)) hesabının kreditinə yazılış verilir.
Tutulan məbləğlər üzrə hüquqi və
198
fiziki şəxslərlə hesablaşmaları aparmaq üçün 538 saylı “Digər qısamüddətli
kreditor borclan” hesabına ayrı «Tcra vərəqəsi üzrə tutulan məbləğlər» subhesabı
açıla bilər. Əmək haqqından tutulmuş aliment məbləği əməyin ödənişi üçün
bankdan pul alman anda öz təyinatına köçürülməlidir. Bu zaman bank 538 saylı
«Digər qısamüddətli kreditor borclan» hesabının debetinə, 223 saylı «Bank
hesablaşma hesablan» hesabının kreditinə yazılış verilir. Fiziki şəxslərlə
hesablaşma nağd qaydada aparılan hallarda veriləsi aliment məbləği bankdan
əmək haqqı ilə birlikdə alınır və alimentin kassadan verilməsi kassa məxaric orderi
ilə rəsmiyyətə salınır. Kassadan fiziki şəxsə verilən aliment məbləği 538 saylı «Digər
qısamüddətli kreditor borclan» hesabının debetinə, 221 saylı «Kassa» hesabının
kreditinə yazılır.
Aliment tutmaq üçün təşkilata daxil olan icra vərəqəsi ümumi şöbədə
(dəftərxanada) qeydə alınır, sözü gedən hesablaşmanı aparan mühasibathğm məsul
şəxsinə verilir. Mühasibatlıqda icra sənədi xüsusi jurnalda qeydə almır və qiymətli
kağız kimi mühafizə edilir. İcra sənədi qeydə alındıqdan sonra təşkilat həmin
sənədin daxil olması haqda məhkəmə icraçısına və aliment verən şəxsə məlumat
verir.
İşçi alimenti könüllü surətdə vermək arzusunda olan hallarda bu barədə
ərizə yazmalıdır. Ərizədə alimenti ödəyənin və alanın ünvanı məlumatları ilə yanaşı
saxlamaq üçün aliment alası uşaqların və başqa şəxslərin soyadı, adı və atasının adı,
anadan olduqları gün və ay, alimentin miqdarı və s. zəruri informasiyalar
göstərilməlidir.
Tutulmuş aliment məbləği rabitə şöbəsi vasitəsilə köçürülən hallarda poçt
xərcləri aliment alanın hesabına ödənilməlidir. Aliment alan tərəfin ünvanı məlum
olmayan hallarda tutulmuş məbləğ təşkilatın yerləşdiyi yerdə xalq məhkəməsinin
deponent hesabına köçürülməlidir.
Kollektiv üzvlərinin təqsiri üzündən dəyərlilərin əskikgəlməsi müəyyən
edilən hallarda mühasibatlıq müvafiq qaydada rəsmiyyətə salınmış sənədlərə
əsasən aşağıdakı mühasibat yazılışları tərtib edir:
-
Əskikgəlmənin həqiqi maya dəyərinin silinməsi üçün:
731 saylı «Sair əməliyyat xərcləri» hesabının debeti
201 saylı «Material ehtiyatları» hesabının krediti
-
Bununla birlikdə alınmış material ehtiyatları üzrə ƏDV məbləği üçün:
731 saylı «Əməliyyat xərcləri» hesabının debeti
Dostları ilə paylaş: |