Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Təşkilatlarda ayın ikinci yarısının (dövrün ikinci ödənişinin) əmək haqqının



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə92/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   88   89   90   91   92   93   94   95   ...   323

201 

Təşkilatlarda ayın ikinci yarısının (dövrün ikinci ödənişinin) əmək haqqının 

növbəti  ayda  verilməsi  ilə  əlaqədar  olaraq  533  saylı  «Əməyin  ödənişi  üzrə  işçi 

heyətinə  olan  qısamüddətli  kreditor  boreları»  hesabının  ayın  axırına  olan  kredit 

qalığı müəssisənin sonuneu ödəniş dövrünə görə fəhlə və qulluqçulara olan borcunu 

xarakterizə edir. 

Mühasibat balansı tərtib edilən zaman əmək haqqı üzrə debitor və kreditor 

borcu  qalıqlaşdırılmır.  «Əmək  haqqı  və  sosial  sığortaya  ayırmalar  üzrə  borc» 

maddəsi balansda ancaq kredit qalığı kimi «Əməyin ödənişi üzrə işçi heyətinə olan 

qısamüddətli  kreditor  borcları»  maddəsi  üzrə  göstərilir,  fəhlə  və  qulluqçuların 

borcu isə «Sair debitor- lar» maddəsində uçota alınır. 

Uçotun  jurnal-order  formasından  istifadə  edilən  zaman  533  saylı  «Əməyin 

ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor  borcları»  hesabının  krediti 

üzrə əməliyyatları əks etdirmək üçün xüsusi ayrılmış jurnal-order aparılmır. 

Bu  əməliyyatlar  material  hesabları  üzrə  əməliyyatlar  kimi  istehsal 

məsrəflərinin uçotu üçün nəzərdə tutulan 10 və 10/1 saylı jurnal- orderlərə yazılır. 

Sözü gedən hesabın debetinə yazılası məbləğlər müvafiq 1 saylı (Kassa) və 2 saylı 

(Bank  hesablaşma  hesabları)  və  digər  hesablar  üçün  nəzərdə  tutulan 

jurnal-orderlərdə əks etdirilir. 

Əmək  haqqının  hesablanmasında  ilkin  sənəd  kimi  naryadlardan,  əlavə 

ödəniş  vərəqələrindən,  boşdayanma  haqda  vərəqələrdən,  marşrut  vərəqələrindən 

tabel  və  hasilatın  uçotu  üzrə  ilkin  sənədlərdən  istifadə  edilir.  Mühasibatlığa  daxil 

olan  sənədlər  bölmələr  (sexlər,  xidmətlər,  şöbələr)  üzrə  bölmələrin  daxilində  isə 

məsrəf yerləri və məsuliyyət mərkəzləri, xüsusi ilə istehsal məsrəfləri (hazırlanmış 

məhsul  növləri,  yerinə  yetirilmiş  işlər,  göstərilmiş  xidmətlər;  ümumistehsalat 

xərcləri;  kommersiya  xərcləri;  qeyri-istehsalat  xərcləri  (əsaslı  tikinti  obyektləri, 

sosial  obyektlərin  saxlanması  və  istismarı,  xüsusi  mənbələr  hesabına 

maliyyələşmələr) 

üzrə 

qruplaşdırılır. 

Qruplaşdırılmış 

ilkin 

sənədlərin 

məlumatlarına  və  tərtib edilmiş  müxabirləşməyə əsasən sözü  gedən  hesablar  üzrə 

yazılışlar aparılır. Bu hesablara müvafiq fonda ayırmalar və hesablamalar da aid 

edilir.  Bu  zaman  büdjəyə  hesablanan  müvafiq  növ  vergilər  521  saylı  «Vergi 

öhdəlikləri»,  «Sosial  sığorta  və  təqaüd  fonduna»,  həmçinin  məşğulluq  fonduna 

ayırmalar  isə  523  saylı  «Digər  məcburi  ödənişlər  üzrə  öhdəliklər»  və  522  saylı 

«Sosial  sığorta  və  təminat  üzrə  öhdəliklər»  hesablarının  kreditlərinə  yazılır.  533 

saylı  «Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor  borcları» 

hesabının analitik uçotu hər bir işləyən işçi üzrə təhlil və zə- 


202 

ruri  hesabatları  tərtib  etmək  məqsədi  ilə  fərdi  qaydada  Ə-54  və  Ə-55a  şəxsi 

hesablarda  aparılır.  Hesablanmış  əmək  haqqını  hesablamalar:  ştat  heyəti, 

əvəzedicilər,  əmək  müqaviləsi,  mülki-hüquqi  xarakterli  müqavilələr  üzrə 

qruplaşdırmaq məqsədəuyğundur. 

Şəxsi hesabda hesablanmış əmək haqqı, mükafat, ilin yekununa, həmçinin iş 

stajına  görə  ödəniş,  xəstəlik  vərəqəsinə  görə müavinət,  tutulmuş  məbləğlər və  ələ 

çatası məbləğ haqda məlumatlar əks etdirilir. 

Mühasibatlıq  müstəqil  olaraq  təşkilatın  xüsusiyyətindən  asılı  olaraq  əmək 

haqqının bölüşdürülməsi cədvəlini işləyib hazırlayır. Tərtib edilmiş cədvəl və ona 

əlavə edilən ilkin sənədlər jurnal orderlərin və 10, 10/1, 10/2 saylı (ümumistehsalat 

xərcləri);  15  saylı  (ümum-  təsərrüfat  xərcləri)  analitik  uçot  cədvəllərinin 

doldurulması üçün əsas hesab edilir. Əmək haqqı üzrə analitik uçot registrləri 75 il 

mühafizə edilir. 

Əm9k haqqının hesablanması, ondan tutulan məhhğlər vo işçilərə 

verilməsi haqda əməliyyatların uçotda əks etdirilməsinə 

dair mühasibat uçotu hesablarının müxabirləşməsi: 

Ə M Ə L İ Y Y A T



 

Müxabirləşən



 

hesablar


 

1

 

2

 

Hesablanmış  əmək  haqqınm  533  saylı  «Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan 

qısamüddətli kreditor borcları» hesabının kreditinə yazılması.

 

 

Hesablanmış əmək haqqı:



 

 

məhsul, iş, xidmət istehsalı üçün əsas istehsalat heyətinə



 

202


 

köməkçi istehsalat heyətinə



 

202.9


 

ümumistehsalat heyətinə



 

202.8


 

ümumtəsərrüfat heyətinə



 

721


 

çıxdaş məhsulun hazırlanması üçün



 

731.9


 

Gələcək dövrün xərclərinə aid ediləsi işçilərə



 

 

hesablanmış əmək haqqı üçün



 

191


 

məhsulun tədarükü üzrə işlər üçün



 

711


 

əsaslı tikinti işləri ilə məşğul olan işçilər üçün



 

103


 

İstehsalat ehtiyatlarının yüklənməsi, boşaldılması, yerləşdirilməsi üzrə işlər üçün



 

201


 

əsas vəsaitlərin sökülməsi üçün



 

731


 

fövqəladə hallarla bağlı əmlakın ləğv edilməsi üzrə işlər üçün



 

801


 

xüsusi fond hesabına hesablanmış əmək haqqı:



 

 

bölüşdürülməmiş mənfəət və xüsusi fond vəsaitləri hesabına



 

343


 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə