Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  241 saylı «Əvəzləşdirilən əlavə dəyər vergisi» hesabının 3-cü «Əldə edilən



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə91/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   87   88   89   90   91   92   93   94   ...   323

199 

241 saylı «Əvəzləşdirilən əlavə dəyər vergisi» hesabının 3-cü «Əldə edilən 

maddi resurslar üzrə əlavə dəyər vergisi» subhesabı 

-

 

Günahkar şəxsin hesabına yazılan əskikgəlmə məbləği üçün: 

545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının 2-ci «Dəymiş 

zərərə görə işçilərlə hesablaşmalar» subhesabının debeti 

731 saylı «Əməliyyat xərcləri» hesabının krediti 

-

 

Əskikgəlmiş məbləğin pərakəndə qiymətlə tələb edilməsi hallarında qiymət 

fərqi üçün: 

545 saylı «Digər qısamüddətli Öhdəliklə

0

>hesabmın debeti 442 saylı 

“Gələcək hesabat dövrlərinin gəlirləri” hesabının krediti. 

-

 

Borcun günahkar şəxslərdən tutulası məbləği üçün: 

533  saylı  «Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor 

borclan» hesabının debeti 

221 saylı «Kassa» hesabının debeti 

223 saylı «Bank hesablaşma hesabları» hesabının debeti 

545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının krediti 

-

 

Bununla birlikdə qiymət fərqi üçün: 

442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabının debeti 

801 saylı «Ümumi mənfəət (zərər)» hesabının krediti. 

Yuxarıda qeyd edildiyi kimi əmək haqqı, pul vəsaiti hesablaşma hesabından 

alınıb kassaya daxil olduqdan sonra üç gündən gec olmayaraq verilməlidir. 

Əmək haqqı alman zaman təşkilat vergi ödənişlərinin büdcəyə köçürülməsi 

üçün  ödəmə  tapşırığını;  icra  vərəqəsinə,  eləcədə  digər  icra  sənədləri  və  şəxsi 

öhdəliklərə əsasən müxtəlif hüquqi və fiziki şəxslərin xeyrinə tutulmuş məbləğlərin 

ödəmə sənədlərini; sosial sığorta və təminat fondu və məşğulluq fondunun hesabına 

köçürüləsi vəsaitin ödəmə tapşırığını da çeklə birlikdə banka verməlidir. Bir qayda 

olaraq əmək haqqı ayda iki dəfə; ayın birinci yarısı üçün avans və ay üzrə sonuncu 

hesablama verilir. 

Təşkilatın  mühasibatlığı  iş  vaxtının  uçotu  tabelinə  və  hasilatın  uçotu  üzrə 

ilkin  sənədlərə  əsasən  əməyin  ödənişinin  həcmini  müəyyənləşdirərək  hesablama 

cədvəli (Ə-51 saylı forma) tərtib edir. Hesablama cədvəli hər bir bölmə üzrə ayrı 

tərtib olunur. 

Hesablama cədvəlinə əsasən isə ödəmə cədvəli (Ə-53 saylı forma) tərtib edilir. 

Onda təşkilat rəhbəri və baş mühasib imza edir, titul tərəfində isə kollektivin əmək 

haqqının verilməsi haqda müəssisə- 


200 

təşkilat  rəhbəri  icazəverici  qeydiyyat  aparır.  Bundan  sonra  ödəmə  cədvəli  əmək 

haqqının verilməsi üçün kassaya verilir. 

İşçi  sayı  çox  olmayan  təşkilatlarda  əmək  haqqının  hesablanması  və 

ödənilməsi  üçün  kombinələşdirilmiş  haqq-hesab  ödəmə  cədvəlindən  (Ə-4a  saylı 

forma) istifadə edilir. 

Əmək haqqı pulun bankdan alındığı gün nəzərə alınmaqla üç iş günü ərzində 

verilməlidir. Üç iş günü ərzində alınmayan əmək haqqı deponentləşdirilir və banka 

təhvil  verilir.  Kassir  üç  gün  keçdikdən  sonra  ödəmə  cədvəlini  bağlayır.  Ödəmə 

cədvəlinin  «bağlanma»sı  kassirin  cədvəldə  əmək  haqqısını  almayan  işçinin 

qarşısında «depo- nentləşdirilmişdir» ştampmın vurulması ilə yekunlaşır və hər bir 

soyadın  qarşısındakı  deponentləşdirilmiş  məbləğ  xüsusi  reyestrə  köçürülür.  Bu 

reyestrin məlumatları isə deponentləşdirilmiş əmək haqqının uçotu kitabına (8 saylı 

nümunəvi  forma)  yazılır.  Sonrakı  günlərdə  deponentləşdirilmiş  əmək  haqqının 

verilməsi  kassa  məxaric  orderinə  əsasən  yerinə  yetirilir.  Bu  order 

deponentləşdirilmiş əmək haqqının verilməsi haqda yuxarıda qeyd edilən kitabda 

yazılış aparmaq üçün əsas hesab edilir. 

Bu müddət ərzində verilməyən əmək haqqı (onu alanın gəlməməsinə görə) 

533  saylı  «Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor  borclan» 

hesabının 538 saylı «Digər qısamüddətli kreditor borclan» hesabına köçürülür. O, 

borcu alanın ərizəsinə əsasən verilir. 

Bir  qayda  olaraq  533  saylı  “Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan 

qısamüddətli kreditor bordan” hesabının debetində bilavasitə verilən əmək haqqı, 

mükafat,  müavinət  və  i.a.  kassadan  verilən  digər  ödənişlər,  əmək  haqqının  bank 

vasitəsilə köçürülməsi, əmək haqqından tutulan sair məbləğlər aşağıdakı hesablarla 

müxabirləşməklə əks etdirilir: 

-

 

bilavasitə kasadan verilmiş pul məbləği üçün 521 saylı «Kassa» hesabı ilə 

-

 

əmək haqqından tutulmuş vergi və digər ödənişlərin köçürülməsi üçün 223 

saylı «Bank hesablaşma hesabları» ilə 

-

 

kreditə alınmış mal, həmçinin fərdi tikintinin aparılması və s. görə bankdan 

alınmış kredit borcunun tutulması üçün-545 saylı «Digər qısamüddətli öhdəliklər» 

hesabı ilə 

-

 

icra  vərəqəsinə  əsasən  üçüncü  şəxsin  yaxud  digər  təşkilatların  xeyrinə 

tutulmuş məbləğ üçün 538 saylı «Digər qısamüddətli kreditor borcları» hesabı ilə. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə