Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  «sexin idarəetmə aparatının saxlanması», «Sexin sair heyətinin sax- lanması» və s.)



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə89/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   85   86   87   88   89   90   91   92   ...   323

195 

«sexin idarəetmə aparatının saxlanması», «Sexin sair heyətinin sax- lanması» və s.) 

721  saylı  «tnzibati  xərclər»  hesabının  -  Rəhbər  işçilərin,  mütəxəssislərin, 

qulluqçuların  və  müvafiq  maddə  üzrə  təşkilatın  idarəetmə  aparatının  digər 

işçilərinin əmək haqqı məbləği. Burada «idarəetmə aparatı işçilərinin əmək haqqı» 

maddəsində,  mühafizə  işçilərinin  əmək  haqqı  isə  «Yanğın,  hərbiləşdirilmiş  və 

keşikçi heyətin saxlanması» maddəsində əks etdirilir; 

202  saylı  hesabın  10-cu  «Xidmətedici  istehsalat  və  təsərrüfatlar)) 

subhesabınm - müvafiq xərc maddəsi üzrə bu istehsalat və təsərrüfatın işçilərinin, 

rəhbərlərinin,  mütəxəssislərinin,  qulluqçularının  və  digər  heyətin  əmək  haqqı 

məbləği; 

Bunlardan  başqa  əmək  haqqı  onların  istiqamətindən  asılı  olaraq  731  saylı 

hesabın  9-cu  «Digər  əməliyyat  xərcləri))  subhesbabının  (çıxdaş  məhsulun 

düzəldilməsi  üçün  əmək məsrəfi),  242  saylı  «Gələcək  hesabat  dövrünün  xərcləri)) 

(yeni növ məhsulun yaxud istehsalın mənimsənilməsi və ona hazırlığın görülməsi ilə 

bağlı  əmək  məsrəfləri),  711  saylı  «Kommersiya  xərcləri))  (məhsulun  tədarükü, 

yüklənməsi, boşaldılması və s. proseslərin aparılması ilə əlaqədar əmək məsrəfləri) 

hesablarının debetinə yazıla bilər. 

Əməyin ödənişi haqda qüvvədə olan əsasnaməyə əsasən işçilərə hesablanmış 

mükafat məbləği və əmək haqqı fonduna daxil edilən mükafatlandırma üçün 202 

saylı  «İstehsalat  xərcləri))  və  digər  istehsal  məsrəflərini  uçota  alan  hesabların 

debetinə, 533  saylı  «Əməyin  ödənişi  üzrə işçi  heyətinə  olan  qısamüddətli  kreditor 

borclan)) hesabının kreditinə yazılış verilir. 

Rəhbər  işçilərə,  mütəxəssislərə,  qulluqçulara  və  digər  kateqoriyalı  işçilərə 

mükafatın verilməsinə gəldikdə, onlar  maddi  həvəsləndirmə fondundan  verilir  və 

əmək haqqı fonduna , həmçinin məhsulun maya dəyərinə daxil edilmir. Buna görə 

bu  kateqoriyalı  işçilərə  mükafat  hesablandıqda  343  saylı  «Keçmiş  illər  üzrə 

bölüşdürülməmiş  mənfəət  (örtülməmiş  zərər)))  hesabının  («İstehlak  fondları)) 

subhe-  sabı)  debetinə,  533  saylı  «Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan 

qısamüddətli  kreditor  borclan))  hesabının  kreditinə  mühasibat  yazılışı  tərtib 

olunur. 

Əmək haqqının natural formada hesablanması və verilməsi uçotda 601 saylı 

«Satış)) hesabından istifadə edilməklə əks etdirilir. Qazancın hesablanması zamanı 

hesabların  müxabirləşməsi  əvvəlki  qaydada  (533  saylı  «Əməyin  ödənişi  üzrə  işçi 

heyətinə olan qısa- 


196 

müddətli  kreditor  borclan»  hesabının  krediti,  istehsal  məsrəflərini  uçota  alan 

hesabların  debeti)  aparılmalı,  sonra  isə  verilən  məhsulun  məbləği  “Əməyin 

ödənilməsi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor  borcları”  hesabının 

debetinə, “Satış” hesabının kreditinə yazılış verilməlidir. Natural ödəniş qaydasında 

verilmiş  məhsulun  (malın)  həqiqi  dəyəri  hazır  məhsul  (mal)  hesabının  kreditinə, 

«Satış» hesabının debetinə yazılmaqla silinir. 

İşçi  təşkilatda  altı  ay  işlədikdən  sonra  məzuniyyət  almaq  hüququna 

malikdir.  İllik  məzuniyyət  təsdiq  olunmuş  məzuniyyət  qrafıkinə  müvafiq  olaraq 

təqdim  olunur.  Məzuniyyətin  başqa  ilə  keçirilməsinə  ancaq  nadir  hallarda  icazə 

verilir.  İstifadə  olunmayan  məzuniyyətin  kompensasiyası  (ödənilməsi)  qanunla 

məzuniyyətdən  istifadə  etməyən  işçi  işdən  azad  edilən  hallardan  başqa  qadağan 

edilir.  Məzuniyyət  dövründə  xəstələnmə  halları  baş  verən  zaman  həmin  halın 

məzuniyyətin  keçirildiyi  yerin  tibb  müəsisəsi  tərəfindən  təsdiq  edilməsi 

məzuniyyətin uzadılması üçün əsas hesab edilir. 

Bütün növ məzuniyyətin təqdim edilməsi 1999-cu il 1 fevra’ tarixli qanunla 

təsdiq  edilmiş  və  həmin  il  iyulun  1-dən  qüvvəyə  min  miş  Azərbaycan 

Respublikasının əmək məcəlləsi ilə tənzimlənir. 

İllik  əmək  məzuniyyətinə  görə  işçilərə  əmək  haqqının  hesablanması,  onun 

mühasibat uçotunda əks etdirilməsi bir sıra xüsusiyyətlərə malikdir. 

Bu  xüsusiyyətlər  il  ərzində  məzuniyyətin  bərabər  səviyyədə  təqdim 

edilməməsi  (işçilərin  qış  fəslinə  nisbətən  yaz-yay  fəslində  daha  çox  məzuniyyətə 

buraxılması) ilə əlaqədardır. Buna görə bu və ya digər aya aid etmək mümkün olan 

həqiqi ödənilmiş məzuniyyət məbləğinin istehsal məsrəflərinə aid edilməsi məhsulun 

maya  dəyərinin  təhrif  edilməsinə  səbəb  ola  bilər.  Bununla  əlaqədar  olaraq  hər 

təşkilat işçilərə hesablanmış məzuniyyət məbləğini il ərzində plan həcmi dairəsində 

daxil  edirlər.  Bunun  üçün  məzuniyyətə  görə  işçilərə  çatası  xərcləri  ödəmək 

məqsədilə hər ay 515 saylı «Digər qısamüddətli xərclər və ödəmələr üçün ehtiyatlar» 

hesabında  uçota  alman  ehtiyat  yaradılmalıdır.  Ehtiyat  üçün  hesablanan  aylıq 

məbləğ  bu  hesabın  kreditinə  işçilərin  əmək  haqqı  xərclərini  özündə  əks  etdirən 

istehsal  xərcləri  (202  saylı  «İstehsalat  xərcləri»,  202  saylı  hesabın  9-cu  «Köməkçi 

istehsalat», 202 saylı hesabın 8-ci «Ümumistehsalat xərc- ləri» və s., subhesabmm 

debetinə  yazılış  verilməklə  rəsmiyyətə  salınır.  Cari  aya  aid  edilən  məzuniyyət 

günlərinin hesablanmış əmək haqqı məbləği 515 saylı «Digər qısamüddətli xərclər 

və ödəmələr üçün 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə