Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə97/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   93   94   95   96   97   98   99   100   ...   323

212 

f)

 

materiallann mədaxili və məxaricinin əməliyyatlan aparılan zaman 

mütləq sənədlərlə rəsmiyyətə salmaq. 

Yuxarıda göstərilənlərdən başqa təşkilatda vəsaitin mədaxili, buraxılması və 

saxlanması  üçün  məsuliyyət  maddi-məsul  şəxslərin  üzərinə  qoyulur.  Bu  şəxslər 

dəyişdirildikdə inventarlaşma apanlır və təhvil-qəbul aktı tərtib edilir. Həmin akt 

isə təşkilatın rəhbərliyi tərəfindən təsdiq edilir. 

Yuxanda  qeyd  olunanlarla  bərabər  materiallann  uçotunun  əsas  vəzifələri 

aşağıdakılardan ibarətdir: 

1.

 

Materiallann  tədarükü,  daxil  olması  və  buraxılması  üzrə  bütün 

əməliyyatların  sənədlərlə  düzgün  və  öz  vaxtında əks  etdirilməsindən, 

onlann  tədarükü  ilə  əlaqədar  olan  xərcləri  aşkar  etmək  və  əks 

etdirməkdən,  məsrəflərin  istiqamətləri  üzrə  kənarlaşmasının 

hesablanması və silinməsindən; 

2.

 

Anbarlarda  maddi  qiymətlilərin  müəyyən  edilmiş  ehtiyat  nor- 

malannm vəziyyətini daimi müşahidə etməkdən; 

3.

 

Tədarük edilmiş materiallann faktiki maya dəyərini hesablamaqdan; 

4.

 

İstehsal  edilən  məhsulların  maya  dəyəri  haqqında  göstəricilər  əldə 

etmək 

üçün 

materiallan 

kalkulyasiya 

obyektləri 

üzrə 

bölüşdürməkdən; 

5.

 

Daxili  ehtiyatlan  səfərbərliyə  almaq  məqsədilə  artıq  və  istifadə 

edilməyən materiallann aşkar edilməsindən və satışından; 

6.

 

Texnoloji  itkilərə  və  tullantılara  və  onların  istifadə  edilməsinə 

nəzarətdən; 

7.

 

Maddi resurslara görə malgöndərənlərlə hesablaşmalann öz vaxtında 

həyata keçirməsindən, yolda olan qiymətlilərə, fakturasız tədarüklərə 

nəzarətdən və b. 

Yuxanda göstərilən əsas tələb və şərtlərə riayət edilmədən material vəsaitinin 

düzgün uçotunu aparmaq mümkün deyildir. 

4.2.

 

Materialların təsnifatı 

Təşkilatlarda  istehsal  prosesində  böyük  miqdarda  müxtəlif  maddi 

qiymətlilər  istifadə  olunurlar.  Maddi  qiymətlilərin  bəziləri  istehsal  prosesində 

tamamilə istehlak olunurlar, bəziləri isə özünün ancaq görümünü (laklar, boyalar) 

dəyişirlər,  digərləri  -  hər  hansı  bir  xarici  dəyişiklik  olmadan  (ehtiyat  hissələri) 

məmulata daxil olurlar, bəziləri ancaq məmulatın 


213 

hazırlanmasına şərait yaradır, onların kütləsinə və ya kimyəvi tərkibinə (azqiymətli 

və tezköhnələn əşyalar) daxil olmurlar. 

Materialların  mühasibat  uçotu  qarşısında  duran  vəzifələri  müvəffəqiyyətlə 

yerinə yetirmək üçün nomenklatura - qiymət cədvəlinə malik olmaq, sənədləşmə və 

sənəd  dövriyyəsinin  dəqiq  sistemini  müəyyən  etmək,  müəyyən  edilmiş  qaydada 

inventarlaşmanı  və  materialların  qalığının  seçmə  nəzarət  yoxlanmasını  aparmaq, 

onların 

nəticələrini 

uçotda 

öz 

vaxtında 

əks 

etdirmək 

və 

uçotun 

avtomatlaşdınlmasımn müasir vəsaitlərini geniş tətbiq etmək lazımdır. 

İstehsalın tənzimləşdirilməsi, texnologiyası və uçotunda istehsalat ehtiyatları 

iki cür təsnifləşdirilir: 1. Onlann istehsal prosesindəki təyinatına və roluna görə; 

2. Materialların texniki xassəsinə (növünə, ölçüsünə, markasına, istiqamətinə 

və b.) görə. 

İstehsal prosesindəki funksional roluna və təyinatına görə bütün materiallar 

əsas və köməkçi olmaqla iki yerə bölünür. 

Əsas  materiallar  qrupuna  istehsal  olunan  məhsulun  əsasını  təşkil  edən 

materiallar daxil edilir. Misal üçün, maşın istehsalında polad, ayaqqabı istehsalında 

gön-dəri, mebel istehsalında ağac, metallurgiya zavodunda filiz, parça istehsalında 

pambıq, yun, kətan və s. əsas material hesab olunur. 

Təşkilatlarda  xammal  və  materiallar  bəzən  bitməmiş  istehsalat  və  yaxud 

yanmfabrikat  şəklində  də  olurlar.  Bitməmiş  istehsalat  dedikdə  hazırda  istehsal 

prosesində olan xammal və materialların emalı başa düşülür. Yanmfabrikat dedikdə 

isə müəyyən bir istehsal fazasında emaldan keçirilmiş və bu və ya digər təşkilatda 

hələ  müəyyən  bir  istehsal  mərhələsini  keçdikdən  sonra  hazır  məhsul  şəklinə  düşə 

bilən məhsul başa düşülür. Yarımfabrikatlar təşkilatın öz daxilində istifadə edilə və 

yaxud kənara satıla bilər. 

Köməkçi materiallar istehsal edilən məhsulların tərkibinə daxil edilir, lakin 

onun  əsasını  təşkil  etmir.  Bu  predmetlər  ya  əsas  materiallarda  lazımi  dəyişiklik 

yaradılmasına  (məs.  mebel  hazırlayan  zaman  yapışqan,  boya  və  lak,  məhsulu 

boyamaq üçün boyalar və s.), ya da istehsal prosesinə kömək edir. 

Maşınqayırma  təşkilatları  və  metal  emal  edən  təşkilatlarda  uçotda  əsas 

materialları  köməkçi  materiallardan  ayırmaq  çətindir,  çünki  metal  və  digər  əsas 

materiallar çox zaman həm də köməkçi material kimi işlədilir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə