Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  xud  onun  ailə  üzvü  vsl'at  etdikdə  dəfn  üçün  müavinət  işçiyə  verilən  qaydada  və



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə96/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   92   93   94   95   96   97   98   99   ...   323

209 

xud  onun  ailə  üzvü  vsl'at  etdikdə  dəfn  üçün  müavinət  işçiyə  verilən  qaydada  və 

miqdarda verilir. 

Sadalanan  növ  m.üavinətlərin  verilməsi  mühasibat  uçotunda  522  saylı 

«Sosial vığorta və təminat üzrə öhdəliklər» hesabının debetində, 221 saylı «Kassa» 

hesabının kreditində əks etdirilir. Uşaq üç yaşma çatanadək ona qulluq etməyə görə 

müavinət, köçürmə yolu ilə köçürülən hallarda 221 saylı «Kassa» hesabı əvəzinə 223 

saylı «Bank hesablaşma hesabları» hesabı kreditləşdirilməlidir. 

IV

 

FƏSİI. MATERİALLARIN UÇOTU 

4.1.

 

Materiallar haqqında anlayış və onun uçotunun 

təşkili və vəzifələri 

Müasir  şəraitdə  c!*.ni-texniki  tərəqqinin  nailiyyətləri  məhsulun  material 

tutumunu 

azaltmaq, 

hazırlanan  materialların  keyfiyyət  parametrlərini 

yaxşılaşdırmaq, onlardan səmərəli istifadə etmək üçün zəmin yaradır, bununla da 

həmin xammal və materialın, ilkin həemindən son məhsul buraxılışının artmasına 

nail olunur. 

İstehsal  prosesinin  normal  fəaliyyət  göstərməsi  üçün  əmək  vasitələri  ilə 

yanaşı,  əmək  əşyaları  da  mövcuddur.  Əmək  əşyaları  təbiətdə  mövcud  olan 

materiallardan  və  ya  qabaqca  emaldan  keçirilmiş  xammaldan  ibarətdir  ki, 

bunlardan da əmək prosesində insanların təsiri altında yeni məhsullar yaradılır. 

Əmək  vəsaiti  istehsal  prosesində  öz  cinsi  formasını  saxlayır  və  öz  dəyərini 

istehsal edilən məhsulun üzərinə tədricən keçirir. Əmək vəsaitlərindən fərqli olaraq, 

əmək  əşyalan  istehsal  prosesində  bir  dəfə  iştirak  edir  və  öz  dəyərlərini  istehsal 

olunan məhsulun üzərinə tamamilə keçirirlər. 

Əmək  əşyalarına  xammal,  əsas  və  köməkçi  materiallar,  yanacaq, 

yanmfabrikatlar  və  bitməmiş  istehsalat  daxildir.  Hazırda  məhsul  istehsalı  üzrə 

tapşırığın  yerinə  yetirilməsinə  və  istehsalın  rentabelliyinin  yüksəldilməsinə  təsir 

edən  mühüm  amillərdən  biri  də  əmək  əşyalanndan  düzgün  və  səmərəli  istifadə 

olunmasıdır. 


210 

Əmək  əşyalanmn  mühafizəsində,  saxlanmasında,  düzgün  istifadə 

olunmasında  mühasibat  uçotunun  da  böyük  rolu  vardır.  Təşkilatlarda  istehsal 

vasitələrinin  düzgün  uçota  alınmasına,  təsərrüfatın  xammal  ehtiyatlarının 

mühafizəsinə və bunlardan düzgün istifadə edilməsinə xüsusi fikir verirlər. 

Kommersiya  təşkilatlarında  əmək  əşyaları  ehtiyatı  mühüm  yer  tutur. 

Material  vəsaitinin  dövriyyəsi  və  sənaye  məhsulunun  maya  dəyərində  maddi 

məsrəflərin xüsusi çəkisi çox böyükdür. 

Xammal,  materiallar,  satın  alınmış  yarımfabrikatlar,  komplektləş-  dirici 

məmulatlar,  konstruksiyalar,  detallar,  yanacaq  və  s.  əşyalar  hesab  olunurlar  ki, 

onlardan  hazır  məhsul  almaq  məqsədilə  onlara  insan  əməyi  yönəldilir.  İstehsal 

prosesində  öz  formasını  saxlayan  və  dəyərini  məhsula  tədricən  keçirən  əmək 

vəsaitlərindən fərqli olaraq, əmək əşyaları tamamilə istehlak olunur və öz dəyərini 

həmin məhsula tamamilə keçirir və hər bir istehsal mərhələsindən sonra dəyişirlər. 

İstehsalat ehtiyatlarının mühafizəsini, düzgün qəbul edilməsini, saxlanmasını 

və qiymətlilərin buraxılmasını təmin etmək üçün təşkilatda lazımi miqdarda çəki və 

ölçü cihazları, ölçü taralan və digər qurğularla təmin olunmaqla anbar bin^arının 

mövcud olması mühüm əhəmiyyət kəsb edir. 

Mühasibat  uçotunun  məlumatları  məhsullann  maya  dəyərinin  aşağı 

salınması ehtiyatlarının axtarılması üçün informasiyalan özündə əks etdirməlidir. 

Maddi  ehtiyatların  mühafizəsinə  təsirli  nəzarəti  təmin  etmək  üçün 

təşkilatlarda  marketinqin  (təchizatın)  təşkili,  anbar  və  çəki-ölçü  təsərrüfatının 

vəziyyəti heç də az əhəmiyyət kəsb etmir. Bu məqsədlə təşkilat üzrə əmrlə hər bir 

anbara daimi nömrə verilir. Həmin nömrələr o anbarlara aid olan əməliyyatların 

bütün  sənədlərində  göstərilir.  Anbarlar  çox  olan  zaman  onlarda  materialların 

müəyyən  qruplannm  yığılması  lazımdır.  Anbarlann  daxilində  materiallar 

bölmələrdə, sonra isə nümunəvi çeşid ölçüləri üzrə sıra ilə düzülməklə qəfəslərdə və 

rəflərdə  yerləşdirilməlidir  ki,  onlann  qəbulu,  buraxılışı  və  mövcudluğunun 

yoxlanmasının  tez  aparılmasının  mümkünlüyünü  təmin  etmək  olur.  Bu  məqsədlə 

materiallar saxlanan yerdə yarlıq (M-36 saylı f.) bərkidilir. Anbarlar yararlı çəki, 

ölçü cihazları və ölçü taralan ilə təmin olunmalıdır. 

Maddi qiymətlilərin qəbulu və buraxılışına, bu əməliyyatlann düzgün və öz 

vaxtında  rəsmiləşdirilməsinə,  həmçinin  onlara  etibar  edilmiş  maddi  qiymətlilərin 

mühafizəsinə  məsul  olan  vəzifəli  şəxslərin  (anbar  müdirlərinin,  anbar  işçilərinin, 

ekspeditorlann və b.) siyahısını müəy- 


211 

yən etmək lazımdır. Bu şəxslərlə maddi məsuliyyət haqqında müqavilələr bağlanır. 

Təşkilatın  bütün  xidmətlərində  materialların  anbarlardan  alınması  və 

buraxılmasına  aid  sənədləri  imzalamaq  hüququ  verilən,  həmçinin  təşkilatdan 

maddi  qiymətlilərin  daşınmasına  icazə  vermək  hüququ  olan  vəzifəli  şəxslərin 

siyahısı olmalıdır. 

Təşkilatın  mühasibatı  materialların  daxil  olması,  sərf  edilməsi  və  yerini 

dəyişməsinin  müntəzəm  uçotunu  aparır,  gətirilən  materialların  kəmiyyət  və 

çeşidlərinin  istehsalın  cari  tələbatına  müvafiqliyinə,  bunlardan  düzgün  istifadə 

olunmasına,  anbarda  ehtiyat  normalarına,  habelə  xammal,  köməkçi  və  s. 

materiallar buraxılışı normalarına riayət olunmasına nəzarət edir. 

Beləliklə,  material  uçotunun  əsas  vəzifəsi  vəsaitin  qorunmasına,  onlardan 

düzgün istifadə olunmasına və ehtiyatların vəziyyətinə nəzarət etməkdən ibarətdir. 

Təşkilatda materialların uçotu həm mühasibatda, həm də material vəsaitinin 

saxlandığı  anbarlarda  operativ  qaydalarda  aparılır.  Xammal,  əsas  və  köməkçi 

materiallar,  yanacaq  və  ehtiyat  hissələri  dövriyyə  vəsaitlərinə  aiddir.  Onlann 

təşkilat  üçün  ümumi  həcmi  müəyyən  edilir,  istehsalat  ehtiyatlarının  hər  bir  növü 

üzrə  normativləri  təşkilat  müstəqil  olaraq  özü  müəyyən  edir.  Təşkilatın  arası 

kəsilmədən işləməsi müəyyən edilmiş normativlərə riayət edilməsindən çox asılıdır. 

Təşkilatda  materiallann  düzgün  uçota  alınmasının  ən  mühüm  şərti  anbar 

təsərrüfatının yaxşı təşkil edilməsindən ibarətdir ki, burada da aşağıdakılar nəzərdə 

tutulur: 

a)

 

materialları  xüsusi  uyğunlaşdırılmış  binalarda,  yaxud  hasarlanmış 

yerlərdə saxlamaq; 

b)

 

materiallar  qəfəslərə,  şkaflara,  rəflərə  elə  yığılmalıdır  ki,  bu  onların 

qəbul edilməsi və buraxılmasını, inventarlaşmasmı asanlaşdırsın; 

c)

 

materialların dəqiq çəkidə qəbul edilməsi və buraxılmasını təmin edən 

saz tərəzilər, ölçü cihazlan və ölçü tarası saxlamaq; 

d)

 

anbar təsərrüfatını ümumi istifadəli materiallar üzrə mərkəzləşdirmək 

və 

materialların 

xarakterini, 

onların 

təyinatını, 

sexlərin 

yerləşdirilməsini,  habelə  digər  əlamətləri  nəzərə  almaqla  anbarları 

ixtisaslaşdırmaq; 

e)

 

hər material növünə şifr (nömrə) vermək və onlann saxlandığı yerlərdə 

materiallann  adını,  növünü,  ölçüsünü,  ölçü  vahidini  və  ehtiyat 

normasını göstərən yarlıqlar asmaq; 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə