Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Hesab-tədiyyə  tələbnamələri  təchizat  şöbəsindən  təşkilatın  mühasibatına



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə104/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   100   101   102   103   104   105   106   107   ...   323

226 

Hesab-tədiyyə  tələbnamələri  təchizat  şöbəsindən  təşkilatın  mühasibatına 

verilir  və  o  da  bütün  lazımi  rekvizitlərin  mövcud  olmasını  müəyyənləşdirir. 

Yoxlandıqdan sonra hesabnamələr uçota alınmaq və ödənilmək üçün qəbul edilir. 

Akseptə  etiraz  vəzifəli  şəxslərin  imzaladığı  ərizə  ilə  (870  saylı  forma) 

rəsmiləşdirilir. Bu ərizə əgər mal göndərən və ödəyici eyni bank vasitəsi ilə xidmət 

olunursa,  4  nüsxədə,  onların  hesabları  müxtəlif  banklarda  aparılarsa,  5  nüsxədə 

tərtib olunur və banka təqdim edilir. 

Materialların  daxil  olmasının  ən  çox  yayılmış  sənədləşdirmə  üsulları 

aşağıdakılardan ibarətdir. Bu üsullardan birincisi daxil olan materialların, hər bir 

material qrupuna, yaxud həmin material növündən bütün gün ərzində daxil olan 

miqdarına  dair  mədaxil  orderi  (M-3  və  ya  M-4  saylı  formalar)  yazmaqla  (iki 

nüsxədə) rəsmiyyətə salınmasıdır. Bu o deməkdir ki, gün ərzində, məsələn, yüz cür 

müxtəlif material olduqda, yüz mədaxil sənədi, bir qayda olaraq bir nüsxədə tərtib 

edilir. 

İkinei  üsul,  uçotun  mexanikləşdirilməsi  şəraitində  yararlı  olmaqla  bir neçə 

material növü üzrə çoxsətrlik mədaxil orderlərinin tərtib edilməsini nəzərdə tutur. 

Üçüncü üsul hesab-tədiyyə tələbnamələrindən mədaxil sənədləri kimi istifadə 

olunmasından  ibarətdir.  Bir  çox  təşkilatlarda  bu  üsul  geniş  tətbiq  edilmirsə 

də,'hesablama işinin mexanikləşdirilməsi şəraitində xüsusi diqqətə layiqdir. 

Mədaxil orderi anbar müdiri tərəfindən tərtib edilir. 

Materialların  daxili  hərəkətinə  gəldikdə  isə  bu  əməliyyatlar  üçün 

tələbnamələr  tərtib  edilir.  Tələbnamə  həm  materialı  alan  anbar  üçün  mədaxil 

sənədi,  həm  də  həmin  materialı  buraxan  anbar  üçün  məxaric  sənədi  sayılır.  Bu 

tələbnamələri  başqalarından  fərqləndirmək  üçün  üzərinə  “Anbardan  anbara 

buraxılmışdır” sözləri yazılmış ştamp vurulur. 

Maddi  qiymətlilər  mədaxil  edilən  zaman  müşayiətedici  sənədlərə  qarşı 

miqdar və keyfiyyət ziddiyyəti olduğu hallarda materiallar aktla (M- 7 saylı forma) 

mədaxil edilir. Akt iki nüsxədə anbar müdiri və malgöndə- rənin nümayəndəsinin 

iştirakı ilə qəbul komissiyası tərəfindən tərtib edilir. 

Kənarlaşmalar  olmayan  zaman  daxil  olan  maddi  qiymətlilər  anbara  M-4 

saylı mədaxil orderləri formalarını tərtib etməklə mədaxil edilir. Sənədlər və daxil 

olan  qiymətlilər  arasında  hər  hansı  bir  kənarlaşma  olmayan  zaman  mədaxil 

orderini yazmamaq olar, mədaxil sənədlərinin əsas məlumatları əks etdirilmiş olan, 

malgöndərənin (yükü yola salınan) müşa- 


227 

yiətedici sənədlərində xüsusi ştamp qoymaqla mədaxili rəsmiləşdirmək olar. 

Bəzən  maddi  qiymətlilər  malgöndərənlərdən  birbaşa  sexə  daxil  olurlar. 

Onlar uçotda anbara qəbul  edilənlər kimi və sexə verilmişlər kİmi əks olunurlar. 

Əgər  daxil  olan  materialların  kəmiyyəti  və  keyfiyyəti  müşayiətedici  sənədlərin 

məlumatları  ilə  düz  gəlmirsə,  onda  onları  komissiya  M-7  saylı  formada 

materialların qəbulu haqqında aktla qəbul edilir. 

Materialların qəbulu haqqında akt (M-7 saylı f.) qiymətlilərin mədaxili üzrə 

ilkin sənəd hesab olunur və mədaxil orderi rəsmiləşdirilmir. 

Avtomobil  nəqliyyatı  ilə  materialların  mərkəzləşmiş  qaydada  daşınması 

zamanı malgöndərən 4 nüsxədə: malalana - mədaxil orderinin əvəzinə materialların 

mədaxil  edilməsi  üçün,  malgöndərənə  -  qiymətliləri  silmək  üçün,  avtomobil 

nəqliyyatının  sürücüsünə  -  əmək  haqqı  hesablamaq  üçün,  avtomobil  təşkilatına 

xidmətlərin ödənilməsindən ötəri banka sənədləri təqdim etmək üçün mal-material 

qayiməsini yazır. 

Anbarlara  həmçinin  öz  təşkilatının  sexlərindən  materiallar  daxil  olur 

(istifadə  edilmiş  materiallar,  tikili  və  avadanlıqların,  azqiymətli  və  tez-  köhnələn 

əşyaların  ləğv  edilməsi  zamanı,  çıxdaşdan  və  i.a.  əldə  edilən  qiymətlilər).  Onlar 

anbarlara M-11 saylı formada materialların buraxılması üçün (daxili yerdəyişməsi) 

qayimə - tələbnamə əsasında mədaxil edilirlər. 

Qayimə  -  tələbnamələr  qiymətlilər  təhvil  verilən  anbarlann  (sexlərin) 

maddi-məsul  şəxsləri tərəfindən  2  nüsxədə  tərtib  olunur. Bir  nüsxə  təhvil  verəndə 

(anbarda, sexdə) qalır və qiymətlilərin silinməsi üçün əsas kimi xidmət edir, ikincisi 

isə (onların əsasında onlar mədaxil edilirlər) qəbul edəndə (sexdə, anbarda) qalır 

Daxil olan qiymətlilər müvafiq ölçü vahidləri ilə - çəki, həcm, uzunluq və b. 

mədaxil edilir. Ogər onlar bir ölçü vahidi ilə, məsələn, kvadratmetrlərlə (rubcroid) 

daxil olurlarsa, başqası ilə buraxılırsa rulonlarla), onda onları eyni zamanda iki ölçü 

vahidlərində uçota almaq məqsədəuyğundur. 

4.5.

 

Materialların daxil olmasının sintetik 

və analitik uçotu 

Təşkilata məxsus olan xamalın, materialların, yanacağın, ehtiyat hissələrinin, 

taralarm və digər qiymətlilərin mövcud olması və hərəkəti 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə