Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə107/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   103   104   105   106   107   108   109   110   ...   323

232 

4.6.

 

Materialların buraxılışının sənədlərlə 

rəsmiyyətə salınması 

Təşkilatın  anbarından  materialların  istehsalata  buraxılışı  dedikdə, 

məhsullann hazırlanması, işlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi və 

s.  üçün  materiallann  buraxılışı  başa  düşülür,  onlann  sexlərin  anbarlarına 

buraxılışına  materialların  daxili  yerdəyişməsi  kimi  baxılır.  Sexlərin  anbarları 

olmayan zaman mərkəzi anbarlarda qiymətlilərin buraxılışı istehsalata sərf olunma 

hesab olunur. 

Materiallann  anbardan  buraxılması  limit-zabor  kartları  ilə,  aktlar- 

tələbnamələrlə, qaimə-tələbnamə ilə komplektləşdirmə cədvəlləri ilə, biçim kartlan 

ilə  və  b.  rəsmiləşdirilir.  M-8  saylı  formada  limit-zabor  kartı  maddi  qiymətlilərin 

anbardan silinməsi üçün təsdiqləndirici sənəd hesab olmaqla maddi-texniki təchizat 

şöbəsi  tərəfindən  ay  üçün  iki  nüsxədə  yazılır.  Limit-zabor  kartının  mübtəda 

hissəsində materialın adı, xəbər hissəsində isə materialın 1 tonunun qiyməti, aylıq 

limiti (3500), tələb olunan və buraxılan materialların miqdarı (3200) və limit qalığı 

(350 - 3200=300) əks etdirilir. Kartların bir nüsxəsi istehlakçıya (sex, sahə), ikincisi 

isə mərkəzi anbara və ya sexin (sahənin) anbarına verilir. Hər bir nüsxədə müəyyən 

edilmiş limit, məsrəfin şifri və digər məlumatlar göstərilir. 

Limit yuxarıda qeyd edildiyi kimi, sexin istehsal proqramına və materialların 

məsrəfinin  qüvvədə  olan  normalarına  əsasən  müəyyən  edilir,  bu  zaman 

materialların qalığını (ayın əvvəlinə) nəzərə almaq lazım gəlir. 

Verilən limit-zabor kartları təchizat şöbəsində qeydiyyatdan keçirilir, sonra 

mühasibata göndərilir ki, limit kartlarının vaxtında mühasibata verilməsi üzərində 

nəzarət  etmək  mümkün  olsun.  Limit  kartının  müsbət  cəhəti  ondan  ibarətdir  ki, 

onun  vasitəsi  ilə  material  buraxılışı  üzərində  nəzarət  edilir,  mənfi  cəhəti  ondan 

ibarətdir ki, bu cür kartların hər ay açılması və limitlərin yazılması çox ağır işdir və 

mühasibata bir dəfə ayın axırında verilir, bu da işi ağırlaşdırır, həm də bu, bəzən 

material buraxılışı üzərindəki nəzarətdə formal xarakter daşıyır. 

Material buraxılışı üçün istifadə olunan sənədlərdən biri do zabor vərəqələri 

hesab olunur. Müəyyən növ material üçün açılan limit kartlarından fərqli olaraq, 

zabor  vərəqələrindən  anbardan müxtəlif  növlərdə  xammal  buraxılışının  xronoloji 

qaydada  qeydə  alınması  üçün  istifadə  edilir.  Bunlarda  xamalın  adı,  miqdan, 

buraxılması tarixi və nomenklatura nömrəsi göstərilir. 


233 

Hesab maşınlarından istifadə edən təşkilatlarda anbar kartoçka- lanndan da 

istifadə  edilir.  Bu  kartoçkalarda  material  buraxılışının  uçotu  kalkulyasiya 

obyektləri üzrə aparılır. Sonra maşınlardan istifadə edərək tabulyaqramlar tərtib 

edilir. 

Lazım  olması  dövrü  olaraq  meydana  çıxan  (təsərrüfat  ehtiyaclarına,  cari 

təmirə  və  b.  məqsədlərə)  və  ya  müəyyən  edilmiş  limitdən  artıq  materialların 

buraxılışı iki nüsxədə yazılan tələbnamə ilə (M-10, M-11 saylı forma) rəsmiləşdirilir. 

Alan imza etdikdən sonra birinci nüsxə anbar müdirinə, ikinci nüsxə anbar 

müdiri imza etdikdən sonra alanda qalır. 

Limitdən artıq materialların buraxılışı və hər bir material növünün başqası 

ilə  əvəz  edilməsi  M-10  saylı  formada  materialların  dəyişilməsinə  2  nüsxədə  tərtib 

edilən  tələbnamə  ilə  həyata  keçirilir.  Bu  zaman  alanın  akt-tələbnaməsində  anbar 

müdiri, anbardakı nüsxədə isə alanın nümayəndəsi imza edir. 

Maddi  qiymətlilərin  təşkilat  daxilində  və  kənar  təşkilatlara  buraxılışını 

sənədləşdirmək  üçün  11  saylı  formada  iki  nüsxədə  yazılan  qaimə-  tələbnamələr 

tətbiq edilir. 

Komplektləşdirici  məmulatlar  bir  qayda  olaraq,  komplektləşdirici  anbar 

vasitəsi  ilə  onun  hər  bir növünə  ayrıca  olaraq  yazılan  komplekt-  ləşdirmə cədvəli 

əsasında  baxılır.  Cədvəldə  komplektləşdirici  məmulatların  adı  və  nomenklatura 

nömrələri,  məhsulların  hər  vahidinə  onların  məsrəf  norması  və  buraxılan 

komplektlərin miqdarı göstərilir. 

Maşınqayırma  təşkilatlarının  hazırlıq  sexlərində,  tikinti,  ayaqqabı  və 

sənayenin bəzi digər sahələrində biçim kartlarından istifadə olunur, onlann əsasında 

həmçinin materialların istehsalata buraxılışı həyata keçirilir. Bu kartlar həmçinin 

məhsul  istehsalı  və  yeni  məmulatların  buraxılışının  uçotu  üzrə  ilkin  sənəd  kimi 

istifadə olunurlar. 

Materialların mərkəzləşmiş qaydada tədarükü zamanı buraxılış üçün xüsusi 

operativ  sənəd  (plan-kart)  tərtib  edilir,  onda  buraxılışın  limiti  və  istehsalata 

materialların verilməsi müddəti əks olunur. Bu zaman həmin sənəd əsasında anbar 

özü aylıq limit çərçivəsində materialların buraxılışına məsrəf sənədi yazır və təsdiq 

edilmiş  müddətdə  onları  ekspeditor  vasitəsi  ilə  istehsalata  çatdırır  və  beləliklə, 

istehsalçıları material təminatı barədə işlərdən azad edir. 

Satış  qaydasında  kənara,  təşkilat  daxilində  emala,  habelə  təşkilatın 

ərazisindən  kənarda  yerləşən  sexlərə  və  təsərrüfatlara  materiallann  buraxılışı 

nəqliyyat  qaimələri ilə  rəsmiləşdirilir.  O,  yükləri  avtonəqliy-  yatla  daşıyan zaman 

istifadə edilir. Həmin sənəd 4 nüsxədə tərtib edilir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə