Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  malalanlann  qarşılıqlı  məsuliyyətini  təmin  edirlər.  Müqavilələrdə  mate-  riallann



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə103/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   99   100   101   102   103   104   105   106   ...   323

224 

malalanlann  qarşılıqlı  məsuliyyətini  təmin  edirlər.  Müqavilələrdə  mate-  riallann 

adları,  miqdarı,  qiymətləri,  tədarük  müddəti,  hesablaşma  qayda-  lan,  nəqliyyatla 

daşınma üsulları, müqavilə şərtlərinin yerinə yetirilməsinə görə veriləsi sanksiyalar, 

qəbul qaydası və i.a. şərtləndirilir. 

İstehsal  ehtiyatlarının  hərəkətinin  rəsmiyyətə  salınması  üzrə  ilkin  sənədlər 

“Mühasibat  uçotu  haqqında  Azərbaycan  Respublikası  Qanununun”  III  fəslinin 

tələblərinə uyğun olaraq tərtib edilməlidir. 

Materiallann 

daxil 

olması 

alman 

hesab-tədiyyə 

tələbnamələrinə 

(hesab-faktura,  spesifika  -  bir  şeyin  dəqiqləşdirilmiş  təsnifi,  dəmir  yolunun  qəbzi, 

nəqliyyat  qayiməsi),  habelə  təşkilatlarda  tərtib  olunan  mədaxil  orderlərinə,  qəbul 

aktlanna və s. əsasən rəsmiyyətə salınır. 

Malgöndərən  təşkilatlar  bağlanmış  müqaviləyə  əsasən  malalan  təşkilatlar 

məhsul yola salır və eyni zamanda onlara hesab-tədiyyə tələb- naməsi göndərir. Bu 

sənədlərdə həm də nəqliyyat sənədləri, yaxud göndərici stansiya tərəfindən yazılan 

qayimələrin  surətləri  əlavə  edilir.  Həmin  hesabnamələr  təşkilatlann  təchizat 

şöbəsinə daxil olur və burada materiallann həcminin, göndərilməsi müddətlərinin, 

qiymət  və  keyfiyyətinin  təchizat  haqqında  əsas  şərtlərə,  müqavilələrə  və 

preyskurantlara  müvafiq  olub-olmaması  yoxlanılır.  Bu  yoxlamadan  sonra 

hesabnamələrin tamamilə, yaxud qismən aksept edilməsi haqqında viza verilir. 

Təchizat  şöbəsi  malgöndərən  təşkilatlar  üzrə  müqavilələrin  yerinə 

yetirilməsinin  operativ  uçotunu  aparır.  Bu,  təşkilata  malgöndərən  təşkilatlar 

tərəfindən müqavilə intizamına  riayət  olunub-olunmadığını  nəzarət  altına  almağa 

imkan verir. 

Təşkilatın  maddi-texniki  təchizat  şöbəsində  operativ  uçot  və  materiallann 

çeşidi,  miqdan,  keyfiyyəti  və  müddəti  üzrə  tədarük  müqavilələrinin  yerinə 

yetirilməsinə  nəzarət  həyata  keçirilir.  İri  təşkilatlarda  daxil  olan  yüklərin 

keyfiyyətinə küsusi xidmət tərəfindən nəzarət edilir. Bunun üçün hər bir müqaviləyə 

xüsusi  kartoçka  açırlar,  onda  müqavilə  öhdəliklərinə  riayət  olunması  gedişi  əks 

etdirilir.  Sonra  isə  sənədlər  ödənilməsi  üçün  maliyyə  şöbəsinə  və  ya  mühasibata 

verilir. 

Dəmiryol  stansiyasından,  tərsanələrdən  və  ya  aeroportdan,  həmçinin  yerli 

malgöndərənlərdən  qiymətliləri  təşkilatın  ekspeditoru  alır.  Bunun  üçün  ona 

təşkilatın  mühasibatı  vəkalət  verir.  Vəkalət  vəzifəli  şəxsə  maddi  qiymətliləri  alan 

zaman təşkilatın etibarlı şəxs kimi çıxış etmək hüququ verir. Bu zaman vəkalətin 

M-2 və M-2-a kimi iki formasından istifadə edilir. 

Təchizat  şöbəsi  daxil  olmuş  mallann  anbar  tərəfindən  mədaxilə 

yazılıb-yazılmadığını yoxlayır və “Daxil olan yüklərin uçotu” jurnalında 


225 

(M-1  saylı  forma)  hər  hesab-todiyyə  tələbnaməsinin  qarşısında  anbarın  mədaxil 

orderinin tarixini və nömrəsini yazır. Materialların daxil olması və bu və ya digər 

səbəblərdən ləngidiyi hallarda anbar müdiri bu barədə təchizat şöbəsinə xəbər verir 

və o da yüklərin axtarışı haqqında tədbir görür, eyni zamanda nəqliyyat təşkilatları 

qarşısında özünün yazılı sorğusunu jurnalda qeyd edir. 

Daxil  olan  yüklərin  vaxtında  mədaxilə  yazılmasını  müşahidə  altına  almaq 

üçün  mühasibat  materialların  çatdırılması  haqqında  təchizat  şöbəsinin 

sərəncamlarının  sürətini alır. Bu  sərəncamların sıra  nömrələri  hesablarda yazılır 

ki, bu da yoxlamanı asanlaşdırır. 

Mühasibat həm də ayrı-ayrı material təchizatının nə dərəcədə məqsədəuyğun 

olduğunu və bu materialların cari istehsal tələbatını ödəyə biləciyini yoxlamalıdır. 

Ona görə hesabları yoxlayarkən anbarlardakı material ehtiyatlarının təyin edilmiş 

ehtiyat  normalarına  müvafiq  olub-olmadığını  aşkara  çıxarmaq  lazımdır. 

Həddindən  artıq  mal  ehtiyatlarına  nümayəndələrin  iştirakı  ilə  akt  tərtib  edilir. 

Sənədsiz daxil olan materiallara da belə akt tərtib edilir. 

Daxil  olan  yükləri  anbarda  qəbul  edərkən,  eyni  zamanda  materialların 

müşayiət  sənədlərinə  (M-5  və  M-6  saylı  forma)  mal-nəqliyyat  qa-  yiməsində 

göstərilən  miqdar,  növ  və  keyfiyyət  göstəricilərini,  onların  faktiki  çəki  və 

vəziyyətinə nə dərəcədə müvafiq olduğunu aşkara çıxarmaq lazımdır. 

Yüklər  stansiyalardan  və  körpülərdən  çəkisinə  və  yerlərin  miqdarına  görə 

qəbul  edilir.  Taranın  zədələnməsi,  yüklərin  əskik  gəlməsi  və  ya  xarab  olması 

müşahidə edildikdə bu haqda nəqliyyat təşkilatlarının vəzifəli şəxslərinin iştirakı ilə 

akt  tərtib  olunur.  Həmin  aktlara  əsasən  dəmir  yoluna,  yaxud  malgöndərən 

təşkilatlara  iddia  təqdim  edilir.  Beləliklə,  təşkilata  daxil  olan  materiallar  əvvəlcə 

kəmiyyət  və  keyfiyyət  etibarı  ilə  yoxlanılır,  bundan  sonra  mədaxil  sənədləri  ilə 

rəsmiyyətə salınır. 

Təşkilatda  təchizat  şöbəsi  anbarlarda  materialların  düzgün  qəbul 

edilməsinin  rəsmiyyətə  salınması  üzrə  sonrakı  prosesi  operativ  qaydada  nəzarət 

altına  almalıdır.  Bu  məqsədlə  yüklərin  alınmasına  aid  sənədlər  xüsusi  Jurnalda, 

yəni  daxil  olan  yüklərin uçotu  Jurnalında  (M-1  saylı forma)  qeydə  alınır. Həmin 

Jurnalda qeyd olunma tarixi, malgöndərən təşkilatın adı və ünvanı, hesab-tədiyyə 

tələbnaməsinin  tarixi  və  nömrəsi,  yükün  adı,  hesabnaməsi  üzrə  məbləği,  yükün 

təhvil  verilməsi,  anbarın  adı  yazılır.  Təchizat  şöbəsi  tərəfindən  yazılan  sərəncam 

ekspeditora  verilir.  Ekspeditor  sənədlərin  alınması  barədə  Jurnalın  özündə  imza 

edir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə