Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  klatura  nömrələri  üzrə  yerləşdirilir.  Kartoçkaların  qruplar  və  yarımqruplar



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə111/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   107   108   109   110   111   112   113   114   ...   323

240 

klatura  nömrələri  üzrə  yerləşdirilir.  Kartoçkaların  qruplar  və  yarımqruplar 

çərçivəsində  saxlanması  onların  axtarılmasını  yüngülləşdirir  və  mədaxil-  məxaric 

sənədlərində məlumatları yazmağı sürətləndirir. 

Materialların  nomenklaturası  kiçik  olan  anbarda,  anbar  uçotu  kar- 

toçkalarının  əvəzinə,  kartoçkanın  lazımi  rekvizitlərini  əks  etdirən  çeşid  uçotu 

kitablarını istifadə etməyə icazə verilir. 

Hesablama  texnikasından  istifadə  etmək  şəraitində  anbar  uçotu  me- 

xanikləşdirilir. Mədaxil və məxaric üzrə ilkin sənədlər əsasında hər bir əməliyyat 

eyni  zamanda  anbar  uçotu  kartoçkalarında  və  informasiyaların  texniki 

daşıyıcılarında əks olunur. Belə halda anbar və mühasibat uçotunun eyniliyinə nail 

olunur,  anbar  uçotunun  çoxzəhmətliliyi  əhəmiyyətli  olaraq  ixtisara  salınır  və 

analitik və sintetik uçotun məlumatlarının üzləş- dirilməsi sadələşir. 

Fərdi kompyuter mövcud olan zaman anbar uçotunun aparılmasını onların 

köməyi ilə aparılmasını təşkil etmək mümkündür. Bu halda anbar kartoçkalarının 

aparılmasının vacibliyi aradan çıxır, çünki onları, onların məlumatları ilə disketlər 

müvəffəqiyyətlə əvəz edə bilər. 

Mədaxil və məxaric üzrə bütün ilkin sənədləri hər gün (və ya bir neçə gündə 

bir dəfə), limit-zabor kartoçkalarını isə (və aylıq talonları) ay qurtardıqdan sonra 

(və ya limitin müəyyən edilməsindən asılı olaraq) maddi-məsul şəxslər mühasibata 

təhvil verirlər. Saldo metodu zamanı bu bilavasitə anbarda edilir. Mühasibat işçiləri 

sistematik  olaraq,  lakin  həftədə  (dekada)  bir  dəfədən  az  olmayaraq  bilavasitə 

anbarlarda anbar müdirinin iştirakı ilə ilkin sənədlərdə məlumatların anbar uçotu 

kartoçka- larına işlənməsinin öz vaxtında və düzgünlüyünü yoxlamalıdır və özümün 

imzası ilə onu təsdiq etməlidir. Aşkar edilmiş kənarlaşmalar və səhvlər elə oradaca 

düzəldilməlidir. Eyni zamanda bununla mühasibat işçisi ilkin sənədlərin qəbulunu, 

anbar müdiri isə onların təhvilini həyata keçirir. 

Lakin sənədlərin qəbulu-təhvili, bir qayda olaraq. M-13 saylı formada xüsusi 

reyestrlərlə rəsmiləşdirilir. O, bir nüsxədə maddi-məsul şəxs tərəfindən tərtib edilir 

və ilkin sənədlərlə və lazımi əlavələrlə birlikdə təşkilatın mühasibatına verilir. Lakin 

maddi-məsul  şəxsin  razılığı  ilə  sənədlərin  qəbul-təhvilinin  təsdiqi  kimi,  hər  bir 

əməliyyat üzrə yoxlama qeydləri haqqında anbar uçotu kartoçkalarında mühasibat 

işçisinin imzası xidmət edə bilər. Lazım gəldikdə mühasibatın işçisi bu və ya digər 

qiymətlinin anbarda faktiki miqdarını yoxlaya bilər. 

Uçotun  operativ-mühasibat  metodu  zamanı,  anbarda  materialların 

miqdar-çeşid uçotu ilə onların mühasibatda məbləğlə əks etdirilən uçotu arasındakı 

belə əlaqə M-14 saylı formada materialların qalıqlarının uçotu 


241 

cədvəlinin köməyi ilə təmin edilir. Həmin cədvəl mühasibatda illik hər bir ayın biri 

tarixə ölçü vahidini, uçot qiymətlərini və natural ifadədə və pul ölçüsündə qalıqları 

göstərməklə qrup, yanmqrup və nomenklatura nömrələri çərçivəsində hər bir anbar 

üzrə  açılır.  Ay  ərzində  anbarda  materiallann  uçotu  cədvəli  mühasibatda  olur  və 

sorğu məqsədi üçün istifadə edilir. 

Ayın  axırında  hər  bir  nomenklatura  nömrəsi  üzrə  anbar  uçotu  kar- 

toçkalarmdan  ayın  axırına  materiallann  qalıqları  haqqında  (natural  ifadədə) 

məlumatları köçürmək üçün o anbara verilir. Bundan sonra kitablan mühasibata və 

ya  hesablama  idarəsinə  verirlər,  orada  qalıqlan  taksirovka  edirlər  və  biri  tarixə 

qalıqlann müvafiq məbləğləri hesablanır. 

Kənarda  anbarlar  çox  olan  zaman  və  materialların  nomenklaturası  az 

olduqda,  maddi-məsul  şəxslər  qalıq  cədvəllərinin  əvəzinə  ilkin  sənədləri  əlavə 

etməklə  anbar  üzrə  qiymətlilərin  hərəkəti  haqqında  aylıq  hesabatlar  təqdim  edə 

bilərlər. 

4.9.

 

Materialların mühasibatda hərəkətinin uçotu və 

kənarlaşmaların bölüşdürülməsi 

Maddi  qiymətlilərin  daxil  olması  və  sərf  edilməsi  üzrə  ilkin  sənədlər 

mühasibata  daxil  olur.  Orada  onlar  hər  şeydən  əvvəl  əməliyyatın  mahiyyətinə  və 

onların  rəsmiləşdirilməsinin  düzgünlüyünə  görə  nəzarətə  cəlb  edilirlər. 

Mühasibatda,  xüsusilə  rekvizitlərin  olmasını,  imzalan,  cəbri  hesablamaları 

yoxlayırlar. Bu zaman əməliyyatın qanuniliyinə xüsusi diqqət yetirilir. 

Mədaxil  ordcrlərindəki  qeydlər  onlara  aid  olan  ödəmə  sənədləri  ilə, 

hesab-fakturalarla, 

mal-material 

qayimələri  və  b.  üzləşdirilir.  Düzgün 

rəsmiləşdirilməmiş sənədlər yenidən yazılmaq üçün geri qaytanlır. 

Uçotun  mexanikləşdirilməsi  şəraitində  materialların  daxil  olması  və  sərf 

edilməsi  üzrə  sənədləri  mühasib  onların  növləri  üzrə  paçkalarda  qruplaşdırır  və 

müşayiətedici  yarlıqla  birlikdə  sənəd  dövriyyəsinin  qra-  fikinə  əsasən  hesablama 

qurğusuna verir. 

Sənədlərin işlənməsi və taksirovkaya nəzarət qaydası, materiallann uçotunun 

mexanikləşməsinin nümunəvi layihəsi ilə müəyyən edilir. 

Hesablama idarəsində onlar taksirovka edilir, daha doğrusu miqdar qiymətə 

vurulur  və  bütün  sənəd  üzrə  məbləğ  müəyyən  edilir,  limit-zabor  kartlarında 

materiallann hər bir nomenklatura nömrəsi üzrə ümumi miq- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə