Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə119/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   115   116   117   118   119   120   121   122   ...   323

257 

a)

 

istehsalda vo ya mal-materiallann çatdırılması və ya xidmətlərin 

göstərilməsində; 

b)

 

digər tərəflərə icarəyə verilməsi zamanı; 

c)

 

inzibati məqsədlər üçün. 

Bütün  torpaq,  tikili  və  avadanlıqlar  əldə  edilməsinə  və  ya  qurulmasına 

çəkilən xərclərin həcmindən, onlann ödənilməsi qaydasından, xidmət müddətindən 

asılı olaraq, torpaq, tikili və avadanlıqlara və inventarlara bölünür. 

Təşkilatda  torpaq,  tikili  və  avadanlıqlann  uçotu  üzrə  tətbiq  edilən  ilkin 

sənədlərin nümunəvi formaları Maliyyə Nazirliyi ilə razılığa əsasən DSK tərəfindən 

işlənib  hazırlanıb.  Bu  uçot  sənədlərinin  vahid  metodologiyasını  və  göstəricilər 

sistemini təmin edir, habelə torpaq, tikili və avadanlıqların, bioloji aktivlərin bütün 

ilkin uçotunun təşkilini sadələşdirir və nizama salır. 

Təşkilatda  torpaq,  tikili  və  avadanlıqların  uçotu  onların  nümunəvi 

təsnifatına müvafiq olaraq, mərkəzləşmiş qaydada təşkil edilir. Uçot hər bir təsnifat 

qrupu daxilində ayrı-ayn inventar obyektləri çərçivəsində aparılır. İnventar obyekti 

dedikdə, vahid bütövlükdə birləşdirilmiş və konkret istehsal funksiyalarının yerinə 

yetirilməsi üçün ayrılmış torpaq, tikili və avadanlıqların, bioloji aktivlərin hər bir 

ayrıca əşyası və ya kompleks əşyası başa düşülür. 

Uçotun  düzgün  təşkil  edilməsi  və  torpaq,  tikili  və  avadanlıqların 

mühafizəsinə  nəzarətin  təmin  edilməsi  üçün,  hər  bir  inventar  obyektinə müəyyən 

nömrə verilir. Həmin nömrə metal jetona dəlinir və yaxud da obyektə yağlı boya ilə 

yazılır. Bu zaman həmin vəsaitlərin hər bir nomen- klatura qrupu üçün seriya sıra 

nömrəsi  ayrılmışdır  ki,  bunun  vasitəsi  ilə  həmin  şifr  əsasında  obyektin  bu  və  ya 

digər təsnifat qrupuna, məsələn, bina üçün 001-099, qurğular üçün 100-199 və i.a. 

aid olduğunu müəyyən etmək mümkün olur. İnventar nömrəsi obyektin təşkilatda 

bütün istismar dövrü ərzində saxlanılır. O, obyektin mövcud olması və hərəkətini 

rəsmiləşdirən  bütün  ilkin  sənədlərdə  əks  olunur  (vəsaitlərin  təhvil-qəbul  aktı, 

vəsaitlərin ləğv edilməsi haqqında akt və i.a.). 

Torpaq,  tikili  və  avadanlıqların  obyektlər  üzrə  analitik  uçotu  təşkilatın 

mühasibatı  tərəfindən  nümunəvi  formada  inventar  kartoç-  kalarmda  aparılır. 

Bütün inventar kartoçkalan hər bir obyektə ayrıca açılır. 

İstismar  prosesində  təşkilatın  daxilində  obyektin  yerdəyişməsi  haqqında, 

onun əsaslı təmiri və çıxması haqqında kartoçkalarda qeydlər apanlır. Bunun üçün 

əsas, ilkin sənədlərin, texniki pasportlann və vəsait 


258 

obyektlərinin əldə edilməsinə, qurulmasına, yerdəyişməsinə və ləğv edilməsinə aid 

digər  sənədlərin  məlumatlan  xidmət  edir.  Ən  mühüm  obyektlərə  təşkilatın  baş 

mexanik şöbəsində xüsusi pasport hazırlanır. 

İnventar  kartoçkaları  torpaq,  tikili  və  avadanlıqların  hər  bir  qrupu  üzrə 

nümunəvi formalı xüsusi siyahılarda qeydiyyatdan keçirilir. Onlarda kartoçkalann 

nömrələri,  inventar  nömrələri  qeyd  edilir.  İnventar  kartoç-  kalannda  aparılan 

qeydlərin düzgün və tam olmasına nəzarətin həyata keçirilməsinə siyahılar imkan 

verir. 

Torpaq,  tikili  və  avadanlıqlann  düzgün  istifadə  edilməsi,  ölkənin 

iqtisadiyyatının gələcəkdə yüksəldilməsi üçün böyük əhəmiyyətə malikdir. Ona görə 

həmin vəsaitlərin yaxşı təşkil edilmiş mühasibat uçotu çox vacibdir. 

İqtisadiyyatın 

inkişafının 

başlıca 

istiqaməti 

istehsalın 

hərtərəfli 

intensivləşdirilməsi olduğu bir şəraitdə istehsalın iqtisadi səmərəliliyinin )öiksəlməsi 

xeyli dərəcədə torpaq, tikili və avadanlıqların veriminin artmasından, yəni fəaliyyət 

göstərən fondların hər manatına düşən məhsulun həcminin artmasından asılıdır. 

Kommersiya təşkilatlarında torpaq, tikili və avadanlıqlara binalar, qurğular, 

ötürücü  qurğular,  maşın  və  avadanlıqlar,  nəqliyyat  vasitələri,  alətlər,  istehsalat 

inventarlan və ləvazimatları, təsərrüfat inventarlan və sairə vəsaitlər aiddir. 

Əmək  vəsaitlərinin  xarakterik  əlamətləri,  natural  (əşya)  formalarım 

saxlanmaqla  istehsal  prosesinə  iştirakının  uzun  olmasından  və  dəyərinin  istehsal 

edilən məhsula tədricən, hissə-hissə keçirilməsindən ibarətdir. 

Aşağıdakılar  təşkilatın  torpaq,  tikili  və  avadanlıqlarına  aid  edilmir  və 

dövriyyə vəsaitlərinin tərkibində uçota alınır: 

a)

 

xidmət  müddətindən  asılı  olmayaraq,  hər  vahidinin  dəyəri  müvafiq 

nazirlik və baş idarə tərəfindən müəyyən edilmiş dəyəri 100 manatdan 

aşağı olan inventarlar; 

b)

 

dəyərindən  asılı  olmayaraq,  xidmət  müddəti  bir  ildən  az  olan 

inventarlar; 

c)

 

dəyərlərindən asılı olmayaraq, fərdi sifarişləri yerinə yetirmək üçün və 

ya  müəyyən  məmulatın  seriyalı  və  ya  kütləvi  istehsalı  üçün  ayrılmış 

xüsusi alətlər və qurğular

d)

 

torpaq, 

tikili 

və 

avadanlıqların 

tərkibində 

uçota 

alınan 

mehmanxananın yataq ləvazimatından başqa, dəyərlərindən və xidmət 

müddətlərindən asılı olmayaraq xüsusi geyimlər, ayaqqabılar və yataq 

ləvazimatları; 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə