Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  ventarlaşma  aparmaq  üçün  iki  təqvim  ili  ardıcıl  olaraq  səfərbər  etməyə  icazə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə117/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   113   114   115   116   117   118   119   120   ...   323

252 

ventarlaşma  aparmaq  üçün  iki  təqvim  ili  ardıcıl  olaraq  səfərbər  etməyə  icazə 

verilmir. 

Daimi qüvvədə olan mərkəzi inventarlaşma komissiyanın işçilərinin tərkibi 

təşkilat  rəhbərinin  əmri  ilə  təsdiq  edilir.  İnventarlaşma  başlanana  qədər 

mədaxil-məxaric  sənədlərinin  işlənməsi  başa  çatır,  anbar  uçotu  kartoçkalarmda 

(kitablarında) müvafiq qeydlər aparılır və yoxlama gününə qalıqlar çıxarılır. 

İnventarlaşmadan  əvvəl  işçi  komissiyasının  üzvləri  ilə  təlimat  aparılır, 

sədrlərə nəzarət plombu vuran təqdim edilir. İnventarlaşma başlanmamışdan əvvəl, 

maddi-məsul şəxslər inventarlaşma siyahısında: “İnven- tarlaşmanın aparılmasının 

başlanğıcına  qədər  mal-material  qiymətlilərə  aid  bütün  mədaxil  və  məxaric 

sənədləri  mühasibata  təhvil  verilib  və  mənim  (bizim)  məsuliyyətimə  daxil  olan 

bütün  mal-material  qiymətliləri  mədaxil  edilib,  çıxanlar  isə  məsrəfə  silinib” 

sözlərini yazıb təsdiq edirlər. Qiymətlilərin sonrakı yoxlanması maddi-məsul şəxsin 

iştirakı  ilə,  qalıqları  naturada  ölçmək-çəkmək  yolu  ilə  hesablanır.  Nadir  hallarda 

inventarlaşma maddi-məsul şəxssiz (xəstəlik, ölüm və b.) aparıla bilər. 

İstehsalat  ehtiyatlarının  inventarlaşdırılmasının  nəticələri  3  inv.  saylı 

formada  mal-material  qiymətlilərin  inventarlaşma  siyahısında  rəsmiləşdirilir.  O, 

komissiya tərəfindən bir nüsxədə tərtib edilir. 

Maddi  məsuliyyətə  qəbul  edilmiş  (təhvil  verilmiş)  materiallar, 

maddi-məsuliyyətə  qəbul  edilmiş  (təhvil  verilmiş)  mal-material  qiymətlilərin 

inventarlaşma siyahısında (5 inv.saylı f.), yolda olanlar isə materialların və malların 

inventarlaşma aktı ilə (6 inv.saylı f.) rəsmiləşdirilir. 

Bahalı materialların və daşların invcntarlaşmasının nəticələri üzrə 8 inv.saylı 

f.  və  9  inv.saylı  formada  iki  nüsxədə  aktlar  tərtib  olunur.  Onlardan  biri  üzləşmə 

cədvəlini  tərtib  etmək  üçün  mühasibata  verilir,  ikincisi  isə  maddi-məsul  şəxsdə 

qalır. 

Kənarlaşma  müəyyən  edilən  qiymətlilər  üzrə  siyahılar  və  aktlar  əsasında 

üzləşmə  cədvəlləri  tərtib  edilir.  Maddi-məsul  şəxslər  çatışma-  mazhqların  və  ya 

artıqların hər bir faktı üzrə yazılı izahat verirlər. Onları və üzləşmə cədvəllərinin 

məlumatlarını  istifadə  edərək,  daimi  qüvvədə  olan  inventarlaşma  komissiyası 

kənarlaşmanın  xarakterini,  səbəblərini,  təqsirkarları  müəyyən  edir  və  fərqlərin 

nizama  salınması  və  itkilərin  ödənilməsi  qaydası  haqqında  qərar  qəbul  edir. 

Komissiya öz qərarını protokolla rəsmiləşdirir. 

Aşkar  edilmiş  çatışmamazlıqlar  səbəblərindən  və  təqsirkarlardan  asılı 

olmayaraq faktiki maya dəyəri ilə 731 saylı “Sair əməliyyat xərcləri” hesabında əks 

etdirilir. 


253 

Sonra  daimi  qüvvədə  olan  inventarlaşma  komissiyasının  protokolu  ilə 

rəsmiləşdirilmiş  qərarı  və  təşkilatın  rəhbərinin  təsdiqi  əsasında  731  saylı  “Sair 

əməliyyat  xərcləri”  hesabında  uçota  alınan  məbləğlər,  onlann  xarakterindən  asılı 

olaraq müvafiq istiqamətlər üzrə silinir. 

Qiymətlilərin xarab olması və ya onların təbii itki normalarından artıq xarab 

olması  zamanı,  habelə  təqsirkarlar  müəyyən  edilməyən  zaman  və  ya  onlardan 

tutulmasına məhkəmə etiraz edən hallarda istehsal və ya tədavül xərcləri hesabına 

silinir. Bu zaman onu da nəzərdə saxlamaq lazımdır ki, itki normaları ancaq faktiki 

çatışmamazhq aşkar edilən halda tətbiq edilə bilər, onlar olmayan zaman isə itkiyə 

normadan artıq çatış- mamazlıq kimi baxılır. 

Maddi  qiymətlilərin  çatışmamağı  təbii  itki  normalanndan  artıq  onlann 

kənarlaşması  təqsirkar  şəxslərə  aid  edilir.  Bu  zaman  təqsirkar  şəxslərdən 

çatışmayan  və  ya  korlanmış  qiymətlilərə  görə  tutulmalann,  “Mühasibat  uçotu 

haqqında” “Qanunun 14-cü maddəsinin 6-cı bəndinin 5-ci abzasına uyğun olaraq 

qüvvədə  olan  bazar  qiymətləri  ilə  həyata  keçirilməsini  nəzərə  almaq  lazımdır. 

Çatışmayan  materialların  tutulmalı  qiyməti  ilə  dəyəri  və  onların  faktiki  maya 

dəyəri arasındakı fərq 442 saylı “Gələcək hesabat dövrünün gəlirləri” hesabında əks 

etdirilir. 

Təbii  fəlakət  və  yanğın  nəticəsində  maddi  qiymətlilərin  örtülməyən  itkiləri 

təşkilatın təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir. Mal- material qiymətlilərin 

aşkar edilən artıqlan təşkilatın maliyyə nəticələrinin artırılması hesabına mədaxil 

edilir. 

Qiymətlilərin  çeşidlərində  fərq  olan  zaman  artıqlann  çatışmamazlıq-  dan 

artıq olan hissəsi də belə qaydada silinir. 

Yenidən  qiymətləndirmə  mal-material  qiymətlilərinin  qiymətlərində  baş 

verən  dəyişikliklə  əlaqədar,  dövri  olaraq  həyata  keçirilir.  Bu  zaman  yenidən 

qiymətləndirməyə  məruz  qalan  qiymətlilərin  qalığı  adətən  inven-  tarlaşdınhr. 

Yenidən qiymətləndirmə nəticəsində materialların qiymətinə əlavə və ya qiymətin 

azalması aşkar edilə bilər. 

Yenidən qiymətləndirmənin nəticələrinin uçotu üçün 208 saylı “Ehtiyatlann 

dəyərinin  azalmasına  görə  düzəlişlər”  adlı  aktiv-passiv  hesab  tətbiq  edilir,  bu 

hesabın debeti üzrə qiymətin azalması, krediti üzrə isə qiymətə əlavələrin məbləğini 

yazırlar. 

Dövriyyə  vəsaitlərinə  aid  olan  qiymətlilərin  yenidən  qiymətləndirilməsi  və 

onun nəticələrinin uçotu qaydası Maliyyə Nazirliyi tərəfindən nizama salınır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə