Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  tətbiq etmək nəticəsində, daha doğrusu, ilkin dəyərini müasir şəraitdə obyektlərin



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə125/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   121   122   123   124   125   126   127   128   ...   323

269 

tətbiq etmək nəticəsində, daha doğrusu, ilkin dəyərini müasir şəraitdə obyektlərin 

təkrar  istehsal  dəyərinə  yenidən  hesablanması  nəticəsində  nəzərə  alınır.  İlkin 

dəyərin  ədalətli  dəyərə  dəyişilməsi  torpaq,  tikili  və  avadanlıqların  müvafiq 

obyektlərinin yenidən qiymətləndirilməsi yolu ilə baş verir. 

Bazar  iqtisadiyyatı  şəraitində  aktivləri  real  qiymətləndirmək  vacibdir,  ona 

görə  torpaq,  tikili  və  avadanlıqlann  ədalətli  dəyərlə  yenidən  qiymətləndirilməsi, 

bazarın vəziyyəti (konyukturası) dəyişdikcə daimi həyata keçirilir. Torpaq, tikili və 

avadanlıqların  əvvəlki  və  yeni  ədalətli  dəyəri  arasındakı  fərq  cari  ilin  maliyyə 

nəticələrinə (mənfəətə) aid edilir. 

Torpaq,  tikili  və  avadanlıqların  dəyəri  fiziki  və  mənəvi  köhnəlmənin  təsiri 

nəticəsində  azalır.  Bu  azalma  amortizasiya  ayırmaları  hesabına,  daha  doğrusu, 

amortizasiya ayırmalarının normaları üzrə köhnəlməni istehsal edilən məhsullann 

dəyərinə  daxil  etməklə  ödənilir.  Torpaq,  tikili  və  avadanlıqların  obyektlərinin 

ədalətli  dəyərlə  qiymətləndirilməsi  ilkin  dəyərdən  və  ya  ədalətli  dəyərdən 

hesablanmış köhnəlməni çıxmaq yolu ilə həyata keçirilir. 

Beləliklə, torpaq, tikili və avadanlıqlar qiymətləndirmənin üç növünə: ilkin, 

ədalətli  və  qalıq  növünə  malikdir.  Təşkilatın  torpaq,  tikili  və  avadanlıqları 

balansda  qalıq  dəyəri  ilə  əks  olunur.  Arayış  şəklində  balansın  valyutasına  daxil 

edilməklə torpaq, tikili və avadanlıqların ilkin dəyəri və köhnəlməsi göstərilir. 

5.4.

 

Torpaq, tikili və avadanlıqların hərəkətini 

rəsmiləşdirmək üçün sənədlər 

Torpaq,  tikili  və  avadanlıqlann  hərəkətinin  uçotu  DSK  tərəfindən  təsdiq 

olunan unifikasiya edilmiş formada ilkin uçot sənədləri ilə rəsmiləşdirilir. 

Torpaq, tikili və avadanlıqlann istismara verilməsinin uçotu üçün “Torpaq, 

tikili  və  avadanlıqların  qəbul-təhvil  (daxili  yerdəyişməsi)  aktı  (qaimə)”  tətbiq 

edilir.  Akt  təşkilatının  rəhbərinin  sərəncamı  ilə  təyin  olunmuş  qəbul  komissiyası 

tərəfindən hər bir obyektə bir nüsxədə tərtib edilir. Torpaq, tikili və avadanlıqlann 

qəbul-təhvil  aktı  rəsmiləşdiril-  dikdən  sonra,  onu  təşkilatın  mühasibatına 

göndərirlər.  Akta  həmin  obyekt  üzrə  texniki  sənədləri  əlavə  edirlər.  Aktı  qəbul 

komissiyasının üzvləri, baş mühasib imzalayır və təşkilatın rəhbəri təsdiq edir. 


270 

Torpaq, tikili və avadanlıqlar əvəzsiz verilən zaman aktı iki nüsxədə, onlar 

satılan zaman isə 3 nüsxədə tərtib edirlər. 

Qəbul-təhvil  aktı  həmçinin  əmlakın  təşkilatın  bir  bölməsindən  (sex,  şöbə, 

sahə) başqasına daxili yerdəyişməsini və əmlakın anbardan (ehtiyatdan) istismara 

verilməsini rəsmiləşdirmək üçün tətbiq edilir. Aktın ikinci nüsxəsi əsasında təhvil 

verən  obyektlərin  çıxması  haqqında  əmlakın  (olduqları,  istismar  yerləri  üzrə) 

inventar siyahısında müvafiq qeydlər aparılır. 

“Təmir  edilmiş,  rekonstruksiya  edilmiş  modernləşdirilmiş  obyektlərin 

qəbul-təhvil  aktı”  əmlakın  (qiymətlilərin)  təmirdən,  rekonstruksiyadan  və 

modernləşdirmədən qəbulunu və müvafiq olaraq onların təhvilini rəsmiləşdirmək 

üçün tətbiq edilir. Həmin akt mühasibata təhvil verilir, burada əmlakın uçotunun 

inventar kartoçkalarında əsaslı təmir, rekonstruksiya və modernləşdirmə haqqında 

lazımi qeydlər aparılır. Aktı iki nüsxədə tərtib edirlər. Aktı baş mühasib imzalayır 

və təşkilatın rəhbəri təsdiq edir. 

“Əmlakın  (qiymətlilərin)  ləğvi  aktı”  əmlakın  tamamilə  və  ya  qismən  ləğv 

edilməsi zamanı, təşkilatın rəhbərinin əmri (sərəncamı) ilə təyin edilmiş komissiya 

tərəfindən iki nüsxədə tərtib edilir. 

“Avtomobil  nəqliyyatı  vəsaitlərinin  ləğvi  aktı”  ilə  yük  və  ya  minik 

avtomobillərinin,  qoşquların  və  ya  yarımqoşqularm  ləğv  edilməsi  zamanı  onların 

silinməsini  rəsmiləşdirmək  üçün  iki  nüsxədə  tərtib  edilir  və  onun  bir  nüsxəsi 

mühasibata  verilir,  ikincisi  maddi  məsul  şəxsdə  qalır.  Ləğv  etmə  üzrə  məsrəflər 

“Avtomobilin  (qoşqunun,  yanmqoşqunun)  ləğvittin  nəticələrinin  haqq-hesabı” 

bölməsində əks etdirilir. 

“Torpaq,  tikili  və  avadanlıqların  uçotunun  inventar  kartoçkası” 

mühasibatda bütün növdən olan torpaq, tikili və avadanlıqlar üçün hər bir obyektə 

texniki və digər sənədlərə əsasən bir nüsxədə tərtib edilir. 

Uçotun  kompüterləşdirilməsi  şəraitində  kartoçkalann  əl  ilə  doldurulmasına 

ehtiyac olmadığı üçün, onlar kompüterin yaddaşına yazılır. 

“Torpaq, tikili və avadanlıqların uçotunun inventar kartoçkalarınm siyahısı” 

torpaq,  tikili  və  avadanlıqların  analitik  uçotu  zamanı  açılan,  inventar 

kartoçkalarınm  qeydiyyatı  üçün  tətbiq  edilir.  Siyahı  inventar  kartoçkalanmn 

qorunmasına  nəzarət  etmək  üçün təşkilatın  hesabatında  bir  nüsxədə tərtib  edilir. 

Qeydləri torpaq, tikili və avadanlıqların təsnifat qruplan üzrə aparırlar. 

“Torpaq,  tikili  və  avadanlıqların  hərəkətinin  uçotu  kartoçkası”  vəsaitlərin 

hərəkətinin  təsnifat  qruplan  üzrə  uçotu  və  “Torpaq,  tikili  və  ava-  danlıqlann 

(onların olduqları istismar yerləri üzrə) inventar siyahısı” isə 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə