Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  binin  debetində  və  istehsalat  təyinatlı  əsas  vəsaitlər  87  “Əlavə  kapital”  hesabının



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə124/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   120   121   122   123   124   125   126   127   ...   323

267 

binin  debetində  və  istehsalat  təyinatlı  əsas  vəsaitlər  87  “Əlavə  kapital”  hesabının, 

qeyri-istehsalat  təyinatlı  əsas  vəsaitlər  üzrə  isə  88  “Bölüşdürülməmiş  mənfəət 

(örtülməmiş  zərər)”  hesabımn  4-cü  “Sosial  sferaların  fondu”  subhesabının 

kreditində əks etdirilirdi. 

Torpaq,  tikili  və  avadanlıqlann  yenidən  qiymətləndirilməsi  və  bunların 

əsaslandırılmış köhnəlmə normalarının müəyyən edilməsi məhsulun maya dəyərinin 

hesablanması üçün mühüm əhəmiyyət kəsb edir. 

Mühasibat uçotunda və hesabatda torpaq, tikili və avadanlıqları bir qayda 

olaraq, ilkin dəyərlə əks etdirilər, o da aşağıdakı obyektlər üçün müəyyən edilir: 

a)

 

təşkilatın  özündə  hazırlananlar,  habelə  ödəmə  hesabına  digər 

təşkilatlardan  və  şəxslərdən  əldə  edilənlər  -  gətirilmə,  quraşdırma, 

tikilmə  üzrə  xərcləri  daxil  etməklə  həmin  obyektlərin  tikilməsi  və  ya 

əldə edilməsi üzrə faktiki məsrəflərdən asılı olaraq; 

b)

 

nizamnamə  kapitalına  təsisçilər  tərəfindən  onların  keçirdikləri 

qoyuluşların tərəflərin razılaşması üzrə; 

c)

 

digər  təşkilatlardan  və  şəxslərdən  əvəzsiz  alınanlar,  habelə  hökumət 

orqanının  subsidiyası  kimi  daxil  olanlar  -  ekspert  yolu  ilə  və  ya 

qəbul-təhvil sənədlərinin məlumatları üzrə. 

Əvvəlcə  istismarda  olan  ödəmə  hesabına  əldə  edilən  torpaq,  tikili  və 

avadanlıqlar, gətirilmə və qurulma üzrə xərcləri, habelə alqı-satqıya aid sənədlərdə 

göstərilən,  bu  obyektlər  üzrə  köhnəlmə  məbləği  əlavə  olunan  dəyərlə  uçota  qəbul 

edilir. 

Torpaq,  tikili  və  avadanlıqlann  ilkin  dəyəri,  əgər  həyata  keçirilmələri 

nəticəsində  səmərəli  xidmət  müddəti  və  ya  obyektlərin  istehsal  gücləri  artarsa, 

buraxılan məhsulların miqdan çox olarsa və ya onun istehsalat maya dəyəri aşağı 

düşərsə,  texniki  yenidən  quraşdırmalarla  və  ya  əsaslı  modifikasiyası  (yenidən 

qurulması) ilə əlaqədar olan xərclərin məbləği qədər artır. 

Yuxanda qeyd olunanlarla yanaşı ilkin dəyər aşağıdakılar hesab olunur: 

1.

 

Bina və qurğular üçün onlar podrat üsulu ilə tikilən zaman - obyektin 

smeta (müqavilə) qiyməti; onlar təsərrüfat üsulu ilə tikilən zaman isə - 

obyektin faktiki maya dəyəri. Hər iki halda ilkin dəyərə layihə-axtanş 

işlərinə çəkilən məsrəflər daxil edilir; 

2.

 

Quraşdırma tələb edən avadanlıqlar üçün əldə edilmə üzrə məsrəflər, 

gətirilmə üzrə xərclər, özüllər və ya dayaqların 


268 

quraşdırılması  və  tikilməsi  üzrə  və  layihə-axtarış  işlərinə  məsrəflər, 

həmçinin  obyektlərin  inventar  dəyərinə  daxil  edilməli  olan  digər 

məsrəflər; 

3.

 

Quraşdırma tələb etməyən avadanlıqlar üçün - gətirilməsi üzrə - 

xəreləri və göstərilən avadanlıqların əldə edilməsi ilə əlaqədar olan sair 

xərcləri daxil etməklə əldə edilməsi üzrə məsrəflər; 

4.

 

Əvəzsiz daxil olan vəsaitlərin obyektləri üçün - lazım olan hallarda 

obyektin  qurulmasına  məsrəfləri  əlavə  etməklə  verilməyə  aid 

sənədlərdə göstərilən, verən tərəfin mühasibat uçotunun məlumatlan 

üzrə onların dəyəri; 

5.

 

Əvvəlcə istismarda olan və ödəmə hesabına əldə edilən torpaq, tikili 

və avadanlıqlann obyektləri üçün - satışa aid sənədlərdə göstərilən, 

köhnəlmə  məbləğlərini  əlavə  etməklə,  əldə  edilməyə,  götürülməyə, 

quraşdırmaya aid məsrəflər. 

Misal.  Təşkilat  əvvəlcə  istismarda  olan  5500  manat  məbləğində  xarrat 

dəzgahmı ödəmə hesabına əldə etmişdir. Malgöndərənin hesabında aşağıdakılar öz 

əksini tapmışdır: xarrat dəzgahının ilkin dəyəri - 9000 manat; tamamilə bərpa üçün 

köhnəlmə - 3500 manat; ödəmənin yekunu - 5500 manat. 

Xarrat  dəzgahının  gətirilməsinə  görə  avtonəqliyyat  təşkilatının  300  manat 

məbləğində hesabı ödəməyə qəbul edilib. Xarrat dəzgahının qurulmasına görə 500 

manat məbləğində quraşdırıcı təşkilatın xərcləri ödənilib. Xarrat dəzgahının ilkin 

dəyəri  9800  manat  təşkil  edəcəkdir.  (5500-1-300+5004-3500).  Xarrat  dəzgahı  bu 

dəyərlə mədaxil edilir. 

Təşkilatın  özü  tərəfindən  hazırlanmış  vəsaitlər,  onların  hazırlanmasına  və 

lazımi işçi vəziyyətinə qədər gətirilməsinə çəkilən bütün faktiki məsrəflər məbləği ilə 

qiymətləndirilir.  İstismarda  olan  və  nizamnamə  kapitalına  haqlar  hesabına  onun 

iştirakçıları  tərəfindən  birgə  təşkilata  verilən  torpaq,  tikili  və  avadanlıqlar  bu 

vəsaitlərin  köhnəlmə  məbləğlərini  ayırmaqla,  birgə  təşkilatların  iştirakçıları 

tərəfindən  razılaşdırılmış  ədalətli  dəyərlə  uçota  qəbul  edilir.  Hüquqi  və  fiziki 

şəxslərin payı kimi əvəzsiz daxil olan torpaq, tikili və avadanlıqlar ixtisaslı qiymət 

qoyanların  iştirakı  ilə,  asılı  olmayan  komissiya  tərəfindən  qiymətləndirilir. 

Komissiya tərəfindən obyektin ədalətli dəyəri və verilmə vaxtına onun köhnəlməsi 

müəyyən edilir. 

Torpaq,  tikili  və  avadanlıqların  obyektləri  kifayət  qədər  uzun  dövr  ərzində 

xidmət  etdikləri  üçün,  onların  ilkin  dəyəri  tədricən  müasir  şəraitdə  oxşar 

obyektlərin  tikilməsinə  və  əldə  edilməsinə  çəkilən  xərclərdən  kənarlaşır.  Bu 

kənarlaşma onların ədalətli qiymətləndirilməsini 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə