Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  maddi  məsul  şəxslər  üzrə  vəsaitlərin  olduqları  yerdə  (istismarda)  obyektlər  üzrə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə126/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   122   123   124   125   126   127   128   129   ...   323

271 

maddi  məsul  şəxslər  üzrə  vəsaitlərin  olduqları  yerdə  (istismarda)  obyektlər  üzrə 

uçotu üçün lazımdır. Bu kartoçkanın məlumatlan, təşkilatın mühasibatı tərəfindən 

tərtib  olunan,  torpaq,  tikili  və  avadanlıqların  uçotunun  inventar  kartoçkalarının 

qeydləri ilə eyni olmalıdır. 

Təşkilatda  mühasibat  torpaq,  tikili  və  avadanlıqların  analitik  uçotunu 

təsnifat  qrupu  üzrə,  qruplann  daxilində  isə  inventar  obyektləri,  onların 

saxlanmasına görə məsul şəxslərdə obyektlərin olduqları yer (istismarı) üzrə aparır. 

5.5.

 

Torpaq, tikili və avadanlıqların daxil olmasının uçotu 

Təşkilata  torpaq,  tikili  və  avadanlıqlar  hüquqi  və  fiziki  şəxslərdən  əvəzsiz 

olaraq  daxil  ola  bilər.  Bundan  başqa  təşkilat  ödəmə  hesabına,  yeni  obyektlərin 

tikilməsi və ya uzunmüddətli investisiyalar qaydasında, fəaliyyətdə olan istehsalat 

güclərinin  yenidən  qurulması,  genişləndirilməsi  və  texniki  yenidən  silahlanması 

nəticəsində, cari və uzunmüddətli icarə şərtləri ilə torpaq, tikili və avadanlıq əldə 

edə  bilər.  Kommersiya  təşkilatı  nizamnamə  kapitalına  qoyuluş  kimi  iştirakçıdan 

(təsisçidən)  torpaq,  tikili və  avadanlıq  ala  bilər.  Təşkilat  birgə fəaliyyət  haqqında 

müqavilənin iştirakçısı olan təşkilatdan qoyuluş kimi torpaq, tikili və avadanlıq ala 

bilər.  Bundan  başqa,  inventarlaşma  zamanı  uçotda  olmayan  torpaq,  tikili  və 

avadanlıqlann obyektləri aşkar edilə bilər, onları təşkilat uçota almağa borcludur. 

Təşkilatın  balansına  qəbul  edilmiş  torpaq,  tikili  və  avadanlıqlann 

mövcudluğu və hərəkətinin uçotu 111 saylı “Torpaq, tikili və avadanlıqlar - Dəyər” 

adlı  aktiv  inventar  hesabında  apanlır.  Satın  almaq  şərti  ilə  icarə  edilmiş  binalan, 

maşınlan  və  avadanlıqları  111  saylı  hesabın  2-ci  “Uzunmüddətli  icarə  edilmiş 

torpaq, tikili və avadanlıqlar - Dəyər” adlı subhesabında uçota alırlar. 

Hüquqi və fiziki şəxslərdən əvəzsiz alman istehsal təyinatlı torpaq, tikili və 

avadanlıqları əlavə kapitalın artmasına aid edirlər. Bu cür obyektlərin gətirilməsi 

üzrə  xərclər,  onlann  ilkin  dəyərini  artırmır  və  təşkilat  onlan  mövcud  olan 

mənbələrdən  asılı  olaraq  jnğım fondunun  azalmasına,  təşkilatın  xalis mənfəətinin 

hesabına və ya keçən illərin bölüşdürülməmiş mənfəətinin hesabına aid edilir. 

Əvəzsiz alınmış avadanlıqlann quraşdırılması üzrə kommersiya təşkilatının 

xərcləri,  obyektlərin  ilkin  dəyərinə  daxil  edilir.  Belə  xərcləri  təşkilat  əvvəlcə  113 

saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı 


272 

məsrəflərin kapitallaşdırılması” adlı kalkulyasiya hesabının debetində uçota alır və 

bu xərcləri obyekt istismara təhvil verildikdən sonra ilkin dəyərə birləşdirirlər. 

Qeyri-istehsal  sferasında  fəaliyyət  göstərmək  üçün  əvəzsiz  alınmış  torpaq, 

tikili və avadanlıqlar sosial sfera fondunun artmasına aid edilir. 

Belə obyektlərin gətirilməsi üzrə xərcləri yığım fondunun, xalis mənfəətin və 

ya keçən illərin bölüşdürülməmiş mənfəətinin azalmasına aid edirlər. 

Qeyri-istehsal  sferasının  torpaq,  tikili  və  avadanlıqları,  nizamnamə 

fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan və təşkilatın balansında olan, 

mənzil  və  kommunal  təsərrüfatının,  səhiyyə,  bədən  tərbiyəsi,  sosial  təminat,  xalq 

təhsili, mədəniyyət və i.a. təşkilatlann obyektləri hesab olunurlar. 

Təşkilat  yarandığı  mərhələdə  nizamnamə  (şərikli)  kapitalına  qoyuluş  kimi 

təsisçidən  (iştirakçıdan)  təsis  müqaviləsində  göstərilən  miqdarda  torpaq,  tikili  və 

avadanlıqlar ala bilər. Həmin torpaq, tikili və avadanlıqlar verilən zaman onların 

siyahısı  tərtib  edilir.  Yaradılan  təşkilat  torpaq,  tikili  və  avadanlıqları,  razılaşma 

qiymətlərindən  və  əldə  edilən  obyektlər  üzrə  köhnəlmə  məbləğindən  əmələ  gələn 

onlann ilkin dəyərləri ilə mədaxil edir. 

Bir  qayda  olaraq,  torpaq,  tikili  və  avadanlıqlann  obyektlərinin  yaradılan 

təşkilata gətirilməsi və onlann istifadə edildiyi yerdə qurulması üzrə xərcləri təsisçi 

öz  üzərinə  götürür,  ya  da  sonra  təsis  müqaviləsinin  şərtlərindən  asılı  olaraq  bu 

xərcləri  qəbul  edən  təşkilat  ödəyir.  Əgər  nizamnamə  (şərikli)  kapitalına  vəsait 

qoyuluşu kimi alınmış torpaq,* tikili və avadanlıqların gətirilməsi və qurulması üzrə 

xərcləri  qəbul  edən  tərəf  çəkirsə,  onda  həmin  xərclər  əvvəlcə  113  saylı  “Torpaq, 

tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabında uçota alınır 

və sonra istismara qəbul edilən obyektin ilkin dəyərinə daxil edilir. 

İstehsalat  məqsədləri  üçün  ödəmə  hesabına  təşkilat  tərəfindən  əldə  edilən, 

quraşdırma tələb  etməyən  tikili  və  avadanlıqlar  əldə  edilən  zaman  ödənilən  əlavə 

dəyər vergisi nəzərə alınmadan əldə edilmə dəyəri ilə mədaxil edilir. 

Kommersiya təşkilatlan tərəfindən torpaq, tikili və avadanlıqlar satın alınan 

zaman,  bu  vəsaitlər  əldə  edilən  zaman  ödənilən  ƏDV-i  tam  məbləğdə  göstərilən 

vergi  üzrə  büdcəyə  olan  borcun  azalmasına  silinir,  bu,  onlar  uçota  qəbul  edilən 

zaman həyata keçirilir. 

Həm  yeni  və  həm  də  istismarda  olan  torpaq,  tikili  və  avadanlıqlann 

gətirilməsi və əldə edilməsi üzrə təşkilatın xərcləri kapital qoyuluşlannm 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə