273
uçotunda əks etdirilir və obyekt istismara təhvil verilən zaman satın alınma
dəyərinə birləşdirilir.
İnventarlaşma zamanı artıq çıxan torpaq, tikili və avadanlıqlar əvvəlcə uçota
alınmayan, istismarda olan torpaq, tikili və avadanlıqlar kimi mədaxil edilir.
Quraşdırma tələb edən avadanlıqların əldə edilməsinə və onun istismar
yerinə gətirilməsinə təşkilatın çəkdiyi xərclər 113 saylı “Torpaq, tikili və
avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdıniması” hesabında aynca subhesabda
uçota alınır, burada o quraşdırmaya verilənə qədər öz əksini tapır və sonra
quraşdırma üzrə bütün xərclər 113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı
məsrəflərin kapitallaşdıniması” hesabında əks etdirilir.
Quraşdırma başa çatdıqdan sonra obyekt faktiki məsrəflərlə uçota qəbul
edilir, torpaq, tikili və avadanlıqların geniş təkrar istehsalı baş vermişdirsə,
təşkilatda mövcud olan maliyyələşmə mənbələrindən asılı olaraq yığım fondunun,
təşkilatın xalis mənfəətinin və ya keçən illərin bölüşdürülməmiş mənfəətinin işlərin
maliyyələşdirilməsinə istifadə edilmiş məbləği qədər eyni zamanda əks etdirilir.
Quraşdırma tələb olunan avadanlığı əldə edən zaman ödənilən əlavə dəyər
vergisi onun inventar dəyərinə daxil edilmir, 241 saylı “Əvəz- ləşdirilən əlavə dəyər
vergisi” hesabında uçota götürülür. Obyekt işə salındıqdan sonra əlavə dəyər
vergisi, satılımş məhsullara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-i üzrə büdcəyə
olan borcun azalmasına altı ay ərzində hər ay bərabər hissələrlə silinməlidir.
Əldə edilmiş quraşdırma tələb edən avadanlıq, əlavə dəyər vergisindən azad
edilmiş məhsullann buraxılması üçün ayrılmışdırsa, onda onun əldə edilməsi
zamanı ödənilən əlavə dəyər vergisi onların əldə edilmiş dəyəri ilə birlikdə uçota
alınır, obyektin ilkin dəyərinə daxil edilir.
Təhtəlhesab şəxsin nağd pulla hüquqi şəxsdən, nağd pullarla hesablaşmalann
müəyyən edilmiş hədd normalan hüdudunda, fiziki şəxsdən isə - istənilən qiymətdə
torpaq, tikili və avadanlıqları əldə etməyə hüququ vardır. Hüquqi şəxsdən əldə
edilən obyekt, malgöndərənin ödəmə tələbnamə - tapşırığını təhtəlhesab şəxs vasitəsi
ilə ödəməklə adi qaydada əks etdirilir.
Fiziki şəxslərdən torpaq, tikili və avadanlıqların əldə edilməsini təsdiq edən
əsas kimi yazılı formada satıcı ilə tərtib olunan alqı-satqı müqaviləsini elə tərtib
etmək lazımdır ki, alqıya nəzarət etmək mümkün olsun (satıcının soyadını, adını,
atasının adını, onun yaşadığı yeri və pasport məlumatları; əgər vətəndaş sahibkar
kimi qeydiyyatdan keçibsə icazənin
274
nömrəsi və onun verildiyi tarix göstərilməklə). Əgər satıcı sahibkar və gəlir
vergisinin ödəyicisi kimi qeydiyyatdan keçməyibsə, sövdələşməni həyata keçirən
zaman onda müəyyən edilmiş qədər də gəlir vergisi tutmaq lazımdır.
Əgər təşkilat fiziki şəxsdən mənzil, yaşayış evi, bağ evi, torpaq sahəsi, torpaq
payı satın alan zaman gəlir vergisi qanunla müəyyən edilmiş qaydada hesablanır və
tutulur.
Nəqliyyat vasitələrini satın aldıqda, təşkilat büdcədənkənar ərazi yol
fonduna müəyyən edilmiş qədərdə nəqliyyat vasitələrinin əldə edilməsinə görə vergi
ödəyir, bu da əldə edilən obyektin ilkin dəyərinə daxil edilir.
Bütün təşkilat-hüquqi formalarından olan təşkilatlar avtonəqliyyat satın
alan zaman, avtonəqliyyat vasitələrinin əldə edilməsinə görə vergi ödəyirlər, o da
əldə edilən avtomobilin, qoşqunun, yarımqoşqunun ilkin dəyərinə daxil edilir.
Verginin hesablanması qaydası, müddəti təlimatla müəyyən edilir. Alqı-satqı,
dəyişmə, lizinq və nizamnamə kapitalına haqlar yolu ilə avtomobil əldə edilən
gündən 5 gün ərzində vergi ödənilir, əldə edilmə günü avtomobilin torpaq, tikili və
avadanlıqlann tərkibinə hesaba alındığı gün hesab olunur.
Torpaq, tikili və avadanlıqların daxil olması üzrə əməliyyatların
mühasibat hesablarında əks etdirilməsi
JV»
Əməliyyatların məzmunu
Müxabirbşən hesablar
Debet
Kredit
1
2
3
4
1
Hüquqi və fiziki şəxslərdən əvəzsiz olaraq istehsal təyinatlı
torpaq, tikili və avadanlıqlar təşkilata daxil olub
111
335,611
2
Əvəzsiz olaraq alınmış istehsal təyinatlı torpaq, tikili və
avadanlıqlann gətirilməsi üzrə xərclər silinib
341,343
202,531
521,522
533,244
538
3
Əvəzsiz alınmış avadanlıqlann quraşdıniması üzrə təşkilatın
xərcləri obyektlərin ilkin dəyərinə daxil edilib:
a) əvvəlcə
113
201,202 531,521
522,533 və s.
b) obyekt istismara verildikdə
111
113
4
Qeyri-istehsal sferasının əvəzsiz alınımş torpaq, tikili və
avadanlıqlan uçota qəbul edilib
111
335,611
5
Yeni yaradılan təşkilat torpaq, tikili və avadanlıqları mədaxil
edib;
Dostları ilə paylaş: |