Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  dəyəri  uçota  alınır.  Bina  və  qurğuların  əsaslı  təmirinin  ehtiyacları  üçün



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə135/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   131   132   133   134   135   136   137   138   ...   323

289 

dəyəri  uçota  alınır.  Bina  və  qurğuların  əsaslı  təmirinin  ehtiyacları  üçün 

avtonəqliyyat, təmir emalatxanası və digər köməkçi istehsalat vasitəsi ilə bir sıra iş 

və  xidmətlər  yerinə  yetirilir.  Bu  köməkçi  istehsalatlann  saxlanmasına  çəkilən 

xərclər 202 saylı “İstehsalat məsrəfləri” hesabının aynca 9-cu “Köməkçi istehsalat” 

subhesabında uçota alınır. Ayın axmnda yerinə yetirilmiş iş və xidmətlər təşkilatda 

qəbul  edilmiş  qiymətlər  üzrə  qiymətləndirilir  və  digər  köməkçi  istehsalatların 

hesabatları əsasında onların dəyərini 202 saylı hesabın ayrıca 9-cu subhesabmdan 

silib,  təmir  edilən  obyektlərə  “Sair  əsas  xərclər”  maddəsi  üzrə  aid  edirlər.  Bu 

maddəyə, təmir edilən obyekt üzrə əvvəlki maddələrdə uçota alınmayan digər bütün 

əsas xərclər aid edilir. 

“Üstəlik xərclər” maddəsində idarəetmə və xidmət üzrə xərclərin müəyyən 

hissəsi uçota alınır. 

Təşkilatın  torpaq,  tikili  və  avadanhqlann  əsaslı  təmir  üzrə  xərcləri 

hesablarda aşağıdakı mühasibat yazılışları ilə əks etdirilir: 

202 saylı “İstehsalat məsrəfləri” hesabının ayrıca 9-cu subhesabmm debeti, 

533  saylı  “Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor  bordan” 

hesabının krediti - naryadda hesablanmış əmək haqqının məbləğinə, 

522  saylı  “Sosial  sığorta  və  təminat  üzrə  öhdəliklər”  hesabının  krediti  - 

məşğul olan işçilərin əmək haqqından sosial ehtiyaclara ayırmalann məbləğinə, 

201 saylı “Material ehtiyatlan” hesabının krediti - sərf edilmiş materialların 

dəyərinin məbləğinə, 

721 saylı “İnzibati xərclər” hesabının krediti - təmir edilən obyektin payına 

düşən xərclərin məbləğinə. 

Təmir  edilmiş  obyektlər  “Təmir  edilmiş,  yenidən  qurulmuş  və 

təkmilləşdirilmiş  obyektlərin  təhvil-qəbul”  altı  ilə,  təşkilatın  rəhbərliyinin  təyin 

etdiyi  komissiya  vasitəsi  ilə  qəbul  edilir.  Akta  planda  göstərilən  işlərin  hamısının 

yerin yetirilib yetirilməməsi, habelə təmirin keyfiyyəti, onun smeta və faktiki dəyəri 

ilə  əks  etdirilir.  Bu  akta  əsasən  təşkilatın  rəhbəri  təsdiq  etdikdən  sonra  obyekt 

istismara verilir. 

Torpaq,  tikili  və  avadanhqlann  əsaslı  təmir  xərclərinin  analitik  uçotu 

ayn-ayrı  obyektlər  üzrə  apanlır.  Bundan  başqa  202  saylı  “İstehsalat  məsrəfləri” 

hesabının  aynca  9-cu  subhesabmm  analitik  məlumatlan,  təmir  edilən  obyektlərin 

qrupları üzrə ümumiləşdirilmiş halda “10/1 saylı jurnal-orderdə” verilir. 

Təmir edilən obyektlərin əsas qrupları aşağıdakılardan ibarətdir: 

1.

 

Avadanlıqlar 


290 

2.

 

Nəqliyyat vasitələri 

3.

 

Mənzil fondu 

4.

 

Sair vəsaitlər 

Əsaslı təmir əmlakın elə bərpa edilməsi sayılır ki, burada maşının köhnəlmiş 

olan  əsas  hissələrini,  mühərrikini,  arxa  körpüsünü  və  i.a.  əsas  hissələri  və  yaxud 

bina və tikililərin müvafiq konstruksiyaları da dəyişilir, yaxud da daha davamlı və 

ucuz konstruksiya ilə əvəz olunur. 

Təşkilatda  torpaq,  tikili  və  avadanlıqlanmn  təmir  vaxtı  planda  nəzərdə 

tutulur.  Planı  binaların  (tikililərin)  istismar  edilmə  müddəti  və  onların  təmirə 

tələbatını  nəzərə  almaqla,  maşınlar  üçün  isə  onlann  müəyyən  edilmiş  iş  həcmini 

yerinə yetirmələrini nəzərə almaqla tərtib edirlər. 

İlin  əvvəlində  təşkilat  cari  ilin  əsaslı  təmir  planını  işləyib  hazırlayır. 

Təşkilatın rəhbəri tərəfindən təsdiq olunur. 

Təşkilatın torpaq, tikili və avadanlıqlanmn əsaslı təmiri həm təsərrüfat üsulu 

ilə həm də podrat üsulu ilə həyata keçirilir. 

Əsaslı  təmirin  podrat  üsulu  zamanı  sifarişçi  rolunda  çıxış  edən  təşkilatın 

tapşırığı ilə ixtisaslaşdınInuş təşkilatlar tərəfindən yerinə yetirilir, həmin təşkilatlar 

podratçılar  adlanır.  Podrat  üsulu  ilə  bir  qayda  olaraq  mürəkkəb  əsaslı  təmirlər 

həyata keçirilir. 

Sifarişçi təşkilat podratçı ilə torpaq, tikili və avadanlıqların əsaslı təmirinə 

müqavilə bağlayır. Obyektlərin təmirə təhvil verilməsi naryad- sifarişlə rəsmiyyətə 

salınır. Təmirə təhvil verilmiş obyektlər üzrə analitik hesablarda təmirə verilmək 

haqqında  qeyd  apanlır,  yəni  təhvil  verilmə  tarixi,  naryad-sifarişin  nömrəsi  və  ya 

müqavilənin nömrəsi və təmirin qurtarma müddəti göstərilir. Naryad-sifarişlər və 

müqavilələr qovluqda saxlanılır və təmirin yerinə yetirilməsinə nəzarət etmək üçün 

istifadə edilir. 

Təşkilat tərəfindən təmirin dəyəri, podratçıya ondan təmir edilmiş obyektlər 

qəbul  edildikdən  sonra  ödənilir.  Bəzi  hallarda  müqavilə  ilə  podratçıya  avans 

verilməsi nəzərdə tutulur. Həmin avansın qədəri təmirin dəyərinin 15 faizindən çox 

olmur. Təşkilat köçürdüyü avans məbləğinə ödəmə tapşınğı yazır və bunun əsasında 

podratçıya təşkilatın hesablaşma hesabından vəsait köçürür. Avansın köçürülmüş 

məbləği,  ödəmə  tapşınğı  ilə  üzləşdirilmiş,  hesablaşma  hesabının  çıxanşma  əsasən 

təşkilatın mühasibatında aşağıdakı köçürmə ilə əks etdirilir: 

531  saylı  “Malgöndərənlər  və  podratçılann  qısamüddətli  kreditor  bordan” 

hesabının debeti 

223 saylı “Bank hesablaşma hesablan” hesabının krediti 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə