Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  istifadə  müddəti  10  ildir.  Düz  xətt  metodu  ilə  belə  hesablanır:  10  000/10  il=1.000



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə131/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   127   128   129   130   131   132   133   134   ...   323

281 

istifadə  müddəti  10  ildir.  Düz  xətt  metodu  ilə  belə  hesablanır:  10  000/10  il=1.000 

manat. Kommersiya təşkilatı hər il h.OOO manat amortizasiya ayırmaları edəcək 

və bu məbləği xərclərə siləcək. 

Azalan  qalıq  metodu  aktivin  faydalı  istismar  dövrü  ərzində  ayırmalann 

azalması ilə nəticələnir. Azalan qalıq metodu zamanı birinci il: 10.000x25%=2500 

manat olur ki, ikinci ildə isə aşağıdakı kimi hesablanır: (10.000 - 2.500)x25%=1875 

manat təşkil edir. Belə formada hər il üçün amortizasiya ayırmaları hesablanır. 

İstehsal vahidi metodu zamanı nəzərə alsaq ki, avadanlığın faydalı istifadə 

müddəti  6.000  saatdır.  Bu  birinci  il  üçün  800  saat,  ikinci  il  üçün  isə  700  saatdır. 

Onda 

birinci 

il 

üçün: 

10.000/6000x800=1.333 

manat, 

ikinci 

il 

üçün 

10.000/6.000x700=1.166 manat amortizasiya ayırmalan hesablanmalıdır. 

Amortizasiya  ayırmaları  barədə  Vergi  Məcəlləsində  də  yazılıb.  Vergi 

Məcəlləsində olan metod azalan qalıq metodudur. 

Torpaq,  tikili  və  avadanlıqlara  amortizasiya  ayırmalannm  hesablanması 

qaydası  haqqında  əsasnaməyə  müvafiq  olaraq  vahid  normalarla  amortizasiya 

hesablanır. Amortizasiya normalan binalann, tikililərin, avadanlıqların, maşmlann, 

inventarların  və  başqa  aktivlərin  növləri  üzrə  diferensiallaşdırılmışdır.  Normalan 

işləyib  hazırlayarkən  müvafiq  növ  aktivlərin  ilkin  dəyərini,  maşmlann  və  başqa 

obyektlərin orta istismar edilmə müddətini və mənəvi köhnəlməni nəzərə almışlar. 

Torpaq,  tikili  və  avadanlıqların  ayrı-ayrı  növləri  üzrə  təsdiq  edilmiş 

amortizasiya  normaları  ancaq  tam  bərpa  olunma  üçün  müəyyən  edilmişdir. 

Amortizasiya ayırmalarını amortizasiya normalanndan fərqləndirmək lazımdır. 

Amortizasiya normalan dedikdə isə bu və ya digər əsas istehsal vasitəsinin 

illik amortizasiya məbləğinin faiz ifadəsində onun ilkin balans dəyərinə olan nisbəti 

başa  düşülür.  Amortizasiya  normalannm  həcmi  əsas  istehsal  vasitələrinin  ilkin 

balans  dəyərindən  və  onların  xidmət  müddətindən  asılıdır.  Kommersiya 

təşkilatlarında  amortizasiya  ayırmalanm  hər  ay  hesabat  ayının  birinə  təşkilatın 

balansında  olan  torpaq,  tikili  və  avadanlıqların  ilkin  dəyərinə  görə  həyata 

keçirirlər.  Yeni  istismara  verilən  torpaq,  tikili  və  avadanlıqlardan  amortizasiya 

hesablanması  daxil  olma  ayından  sonra  gələn  ayın  birindən  başlayaraq  apanlır, 

xaric  olan  torpaq,  tikili  və  avadanlıqlardan  isə  xaric  olma  ayından  sonra 

dayandmlır.  Amortizasiya  məbləği  bütöv  manatla  hesablanır.  Aylıq  normam 

tapmaq üçün illik amortizasiya normasını 12-yə bölmək lazım gəlir. Yaşayış bina 


282 

larında  tamamilə  bərpa  hissəsində  amortizasiya  normaları  ancaq  onların 

köhnəlməsini müəyyən etmək üçün hesablanır. 

Ehtiyatda olan torpaq, tikili və avadanlıqlara amortizasiya tamamilə bərpa 

üçün normalar üzrə hesablanır. Bu ona görə belə edilir ki, ehtiyatda ofan maşınlar, 

avadanlıqlar, nəqliyyat vasitələri və alətlər, həm fiziki köhnəlməyə, həm də mənəvi 

köhnəlməyə  məruz  qalırlar.  Belə  vəsaitlərə  amortizasiyanın  hesablanması  onların 

tez istismara verilməsinə səbəb olur. Ehtiyatda olan torpaq, tikili və avadanlıqlara 

hesablanmış amortizasiyanın məbləği, bir qayda olaraq 721 saylı “İnzibati xərclər” 

hesabına aid edilir. Təşkilatda torpaq, tikili və avadanlıqlar təmir olunduqda və boş 

dayandıqda  amortizasiya  hesablanması  dayandırılmır.  Kitabxana  fonduna 

amortizasiya hesablannur. 

Təşkilatda hesabat ayında amortizasiyanın məbləğini müəyyən etmək üçün, 

keçən  ayda  hesablanmış  amortizasiya  məbləğinin  üstünə,  əvvəlki  ayda,  yəni  daxil 

olmuş  torpaq,  tikili  və  avadanlıqlara  hesablanmış  amortizasiya  məbləğini  gəlib, 

həmin  ayda  çıxan  torpaq,  tikili  və  avadanlıqlara  hesablanmış  amortizasiya 

məbləğini çıxmaq lazımdır. Ay üzrə amortizasiya ayırmalarının məbləği istehsalat 

avadanlıqları,  sex  təyinatlı  sair  obyektlər,  təşkilatın  idarəetmə  obyektləri  üzrə  və 

avtomobil  nəqliy-  jyatı  üzrə  ayrı-aynlıqda  hesablanır.  Bu,  xərclərin  məsrəflərin 

istiqaməti üzrə düzgün əks etdirilməsi üçün lazımdır. 

Təşkilatın  mühasibatında  amortizasiya  ayırmalan  cədvəllərinə  əsasən  hər 

ayın  sonunda  mühasibat  köçürməsi  verilir,  yəni  həmin  amortizasiya  ayırmalan 

müvafiq  məsrəf  hesablannm  debetinə,  112  saylı  “Torpaq,  tikili  və  avadanlıqlar  - 

Amortizasiya” hesabının kreditində yazılır. Yəni, 

202 saylı “İstehsalat məsrəfləri” hesabının debeti, 

721 saylı “İnzibati xərclər” hesabının debeti, 

711 saylı “Kommersiya xərcləri” hesabının debeti, 

112  saylı “Torpaq,  tikili və  avadanlıqlar  -  Amortizasiya”  hesabının  krediti 

olur. 

Amortizasiya ayırmaları məhsul vahidi maya dəyərinin ünsürlərindən birini 

təşkil  edir.  Məhsul  vahidinin  maya  dəyərində  amortizasiya  məbləğinin  azalması 

maya  dəyərinin  aşağı  düşməsinə  təsir  edən  amillərdən  biridir.  Məhsulun  maya 

dəyərində amortizasiya ayırmalan məbləğinin azalması maşının istismar keyfiyyəti, 

onun  məhsuldarlığı  və  istismara  davamlılığı  ilə  xarakterizə  olunur.  Maşının 

məhsuldarlığı  artdıqca  buraxılan  məhsul  artır  və  məhsul  vahidinə  düşən 

amortizasiya ayırma- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə