287
4. Təmir emalatxanalarının ayrıca uçota alman üstəlik xərcləri, yəni elektrik
enerjisi, binaların saxlanması, binaların, avadanlıq və inventarların
amortizasiyası, binaların, avadanlıq və inventarların cari təmiri,
təhlükəsizlik texnikası tədbirləri və sairə xərclər.
Hər hansı obyektin təmiri qurtaran zaman 202 saylı “İstehsalat məsrəfləri”
hesabının ayrıca 9-cu “Köməkçi istehsalat” subhesabının analitik hesablarının uçot
məlumatlarına əsasən təmirin maya dəyəri müəyyən edilir və nöqsan cədvəlinin
müvafiq bölmələrinə faktiki xərclər yazılır. Sonra faktiki xərclərin smetadan
kənarlaşmasının səbəblərini aydınlaşdırmaq məqsədilə nöqsan cədvəlinin
məlumatlarının operativ iqtisadi təhlili həyata keçirilir, aşkar edilmiş çatışmazlıqlar
üzrə tədbirlər işlənib hazırlanır.
Təmir edilmiş obyekt təşkilatın rəhbərliyi tərəfindən təyin edilmiş komissiya
vasitəsi ilə qəbul edilir. Komissiya təmirin keyfiyyətini yoxlayır, mühərriki
yoxlamadan keçirir, maşını işlədib yoxlayır. Yoxlamanın nəticəsi nöqsan cədvəlində
əks etdirilir. Komissiya tərəfindən imzalanmış akt təmir edilmiş obyekti istismara
təhvil vermək üçün əsas kimi xidmət edir.
- Təmir edilmiş və qəbul edilmiş obyekt üzrə faktiki xərclər 202 saylı “İstehsalat
məsrəfləri” hesabının ayrıca 9-cu “Köməkçi istehsalat” subhesabından 202, 721
saylı hesablara silinir. Bu xərcləri uçota almaq üçün iri mürəkkəb maşınlar üzrə 202
saylı “İstehsalat məsrəfləri” hesabının müvafiq 9-cu subhesabına ayrıca analitik
hesablar açılır. Mürəkkəb olmayan avadanlıqlar “Sair maşınlar və avadanlıqlar”
adlı bir analitik hesabda uçota alınır. Analitik hesablarda hər bir təmir edilmiş
obyekt, onun inventar nömrəsi və təmirin maya dəyəri göstərilməklə ayrıca sətirdə
yazılır.
Təşkilat maşınların ayrı-ayrı qovşaqlarını və aqreqatlarını (misal üçün,
mühərrik, arxa körpünü, surət köçürücüsü qutusunu və b.) əsaslı təmir etmək üçün
başqa təşkilatlara verir, maşının qalan hissələrini təşkilatın emalatxanasında təmir
edir. Belə halda obyektin əsaslı təmiri üzrə emalatxananın xərclərini əvvəlcə 202
saylı “İstehsalat məsrəfləri” hesabının ayrıca 9-cu “Köməkçi istehsalat”
subhesabının debetində uçota alırlar, təmir qurtardıqdan sonra isə 202, 721 saylı
hesablara silirlər. Qovşaq və aqreqatların kənarda edilmiş təmirinin dəyərini
hesab-faktura əsasında 202 saylı “İstehsalat məsrəfləri” hesabının ayrıca 9-cu
“Köməkçi istehsalat” subhesabında əks etdirilmədən, bilavasitə 202, 721 saylı
hesablara silirlər.
288
Təşkilatın inşaat-təmir briqadası tərəfindən həyata keçirilən bina və
qurğuların əsaslı təmir xərcləri 202 saylı “İstehsalat məsrəfləri” hesabının ayrıca
9-cu subhesabmda uçota alınır. Həmin məsrəflər hər bir obyekt üzrə aynca olaraq
aşağıdakı maddələrdə əks etdirilir:
a)
işlənmiş adam-gün və adam-saatlann miqdarı göstərilməklə, sosial
ehtiyaclara ayırmalarla birlikdə əsas və əlavə əmək haqqı;
b)
inşaat maşmlan və mexanizmlərinin istismarı üzrə xərcləri;
c)
inşaat-təmir materialları;
d)
sair əsas xərclər;
e)
əsaslı təmir üzrə üstəlik xərclər.
Hər bir əsaslı təmir edilmiş bina və ya qurğuya işəmuzd işlər üçün naryad
yazılır. Naryadda obyekt üzrə yerinə yetirilməli olan işlərin siyahısı və təmir
briqadasının əmək məsrəfləri göstərilir. Bu naryadın məlumatları “Əməyin
ödənilməsi” maddəsi üzrə xərclərin uçotu üçün əsas kimi xidmət edir.
Sosial ehtiyaclara ayırmalarla birlikdə əsas və əlavə əmək haqqı maddəsində
təmir üzrə yerinə yetirilmiş işlərə görə hesablanmış əmək haqqı, habelə sosial
ehtiyaclara ayırmalar, məzuniyyət və digər növ əlavə əmək haqqı üzrə ehtiyat uçota
alınır.
“İnşaat-təmir materialları” maddəsində inşaat və təmir materiallannın
(şalban, taxta, kərpic, dəmir, şifer, boya, şüşə və i.a.) dəyəri əks etdirilir. Bu
qiymətliləri onların əldə edilməsinin faktiki maya dəyəri ilə təmir üzrə xərclərə daxil
edirlər. Hər ay təmir edilən obyekt üzrə lazım olan materiallann (normalar üzrə)
miqdan müəyyən edilir. Həmin lazım olan materialların miqdanna limit-zabor
kartası yazllır. Ayın axırında sərf edilmiş materiallann miqdan hesablanır və
limit-zabor kartası əsasında onlara hər bir təmir edilmiş obyektə “İnşaat-təmir
materialları” maddəsi üzrə silinir.
“İnşaat maşmlan və mexanizmlərinin istisman üzrə xərclər” maddəsində
obyektlərin təmirində istifadə olunan maşın və mexanizmlər üzrə bütün istismar
xərcləri, yəni vəsaitlərin amortizasiyası, cari təmir xərcləri, elektrik enerjisinin
dəyəri və digər xərclər uçota alınır. Bina və qurğulann təmiri prosesində inşaat
maşınları və mexanizmləri istifadə olunur. Bu maşın və mexanizmlər üzrə faktiki
xərclər ayın axırında işlənmiş maşın-növbələrinin miqdanna mütənasib olaraq
bölüşdürülür və bölüşdürmə cədvəlinə əsasən təmir edilən obyektlərə “İnşaat
maşmlan və mexanizmlərinin istisman üzrə xərcləri” maddəsi üzrə silinir.
“Sair əsas xərclər” maddəsində sair əsas xərclər, yəni avtomobil nəqliyyatı,
təmir və ağac emal edən emalatxanaların və i.a. xidmətlərin
Dostları ilə paylaş: |