Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Podratçı  əsaslı  təmiri  qurtardıqdan  sonra  təmirin  müqavilə  dəyərinin



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə136/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   132   133   134   135   136   137   138   139   ...   323

291 

Podratçı  əsaslı  təmiri  qurtardıqdan  sonra  təmirin  müqavilə  dəyərinin 

məbləğinə  alınmış  avans  da  hesaba  alman  hesab-faktura  yazır.  Hesab-  fakturada 

göstərilən ödəniləsi məbləğə ödəmə tələbnaməsi yazılır və ödənilmək üçün təşkilata 

(sifarişçiyə) verilir. 

Təşkilat  ödəmə  tələbnaməsini  aksept  edir  və  ödəyir.  Hesab-  fakturanın  və 

ödəmə  tələbnaməsinin  əsasında  təşkilat,  podratçının  təmirə  çəkdiyi  xərcləri  və 

yerinə yetirilmiş işlərə görə onun ödəməli olduğu vəsaitlərin məbləğini uçota alır. 

Əsaslı təmir xərclərinin məbləğinə aşağıdakı mühasibat yazılışı tərtib edilir: 

202,  721  saylı  hesablann  debeti  531  saylı  “Malgöndərənlər  və  podratçılann 

qısamüddətli kreditor borclan” hesabının krediti. 

Təşkilat  ödəmə  tələbnaməsini  ödədikdən  sonra  ödəmə  tələbnaməsi  ilə 

üzləşdirilmiş,  hesablaşma  hesabından  çıxarışa  əsasən,  podratçıya  olan  borcun 

ödənilməsi aşağıdakı köçürmə ilə əks etdirilir: 

531 saylı “Malgöndərənlər və podratçılann qısamüddətli kreditor borcları” 

hesabının debeti 

223 saylı “Bank hesablaşma hesablan” hesabının krediti 

Təmir başa çatdıqdan sonra təmir edilmiş obyekti “Təmir edilmiş, yenidən 

qurulmuş  və  təkmilləşdirilmiş  obyektlərin  təhvil-qəbul  aktı”  ilə  bu  sənədlər, 

tərkibində  adətən  baş  mexanik,  təmirə  cavabdeh  şəxs  olmaqla,  təsərrüfatın 

rəhbərinin təyin etdiyi və obyekti istismara qəbul edən şəxsin iştirakı olan komissiya 

tərəfindən tərtib edilir. 

Müvafiq olaraq tərtib edilmiş akt təşkilatın mühasibatı tərəfindən yoxlanılır 

və təşkilatın rəhbərliyi tərəfindən təsdiq edilir. 

Əgər  uçot  siyasəti ilə təmir fondunun  yaradılması  nəzərdə  tutulubsa,  onda 

təşkilat  torpaq,  tikili  və  avadanlıqların  təmirini  (cari  və  əsaslı)  maliyyələşdirmək 

üçün hər ay, müstəqil təsdiq olunmuş normativə müvafiq olaraq lazımi məbləğləri 

bu fonda ayınr və onları istehsal xərclərinə (202, 721, 711 saylı hesablann debeti, 414 

saylı  hesabın  3-cü  “Təmir  fondu”  subhesabımn  krediti)  daxil  edir.  Ayırmaların 

normativləri  torpaq,  tikili  və  avadanlıqlann  istismannm  spesifikliyini  nəzərə 

almaqla onlann qruplan üzrə diferensiallaşdmla bilər. 

Belə  halda  təşkilatın  öz  gücü  ilə  əvvəlcə  202  saylı  “İstehsalat  məsrəfləri” 

hesabında 9-cu “Köməkçi istehsalat” subhesabında və ya kənar təşkilat tərəfindən 

yerinə  yetirilən  torpaq,  tikili  və  avadanlıqlann  təmirinə  çəkdiyi  faktiki  məsrəflər 

təmir fondunun azalmasına aid edilməlidir (414.3 saylı hesabın debeti, 202, 531 saylı 

hesabın krediti). 


292 

5.9. İcarə edilmiş və icarəyə verilmiş torpaq, 

tikili və avadanlıqların uçotu 

Bazar  münasibətlərinin  inkişafı  və  dərinləşməsi  ilə  əlaqədar  olaraq, 

təşkilatlar 

istehsal 

bazalarının 

möhkəmləndirilməsi, 

fəaliyyətin 

yeni 

istiqamətlərinin  mənimsənilməsi  və  b.  məqsədlərə  iearə  edilmiş  torpaq,  tikili  və 

avadanlıqları  geniş  istifadə  edə  bilərlər.  Təşkilatlar  arasında  icarə  münasibətləri 

hazırkı vaxtda təsərrüfat fəaliyyətində olduqca nəzərə çarpan yer tutur. Ölkəmizdə 

icarə  münasibətləri  30  aprel  1992-ci  il  tarixli  “İcarə  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu ilə tənzimlənir. 

Davamiyyətindən  (vaxtından)  asılı  olaraq  torpaq,  tikili  və  avadan-  lıqlann 

növləri tətbiq edilir: 

1.

 

Uzunmüddətli icarə - üç ildən çox müddətə; 

2.

 

Ortamüddətli - bir ildən üç ilə qədər müddətə; 

3.

 

Qısamüddətli - bir ildən çox olmayan müddətə; 

İcarənin  maliyyələşməsi  kimi  adlanma  nəticəsində,  icarəyə  verən  icarə 

haqqını, müqavilə bağlanan vaxt cari qiymətlərlə verilən əmlakın dəyərinə bərabər 

və ya artıq məbləğdə alır və çox vaxt əmlakı icarəyə götürənə vermək hüququ ilə 

razılaşırlar. 

Torpaq, tikili və avadanlıqlann ayrı-ayn əşyalanna və ya yaşayış və istehsalat 

binalarına əmlakın cari icarəsi icarədann müvəqqəti tələbatını ödəməyə çatdırmaq 

üçündür, əmlakın mülkiyyət hüququ icarəyə verəndə qalır. 

Uzun müddətə icarə edilmiş torpaq, tikili və avadanlıqların uçotu 111 saylı 

“Torpaq,  tikili  və  avadanlıqlar  -  Dəyər”  hesabının  2-ci  sub-  hesabında  icarəyə 

verənlə  icarəyə  götürən  arasında  razılaşdınlmış  qiymətlə  uçota  alınır. 

Uzunmüddətli  icarə  edilmiş  torpaq,  tikili  və  avadanlıqların  köhnəlməsinin  uçotu 

112  saylı  “Torpaq,  tikili  və  avadanlıqlar  -  Amortizasiya”  hesabının  2-ci 

subhesabmda uçota alınır. 

111 saylı “Torpaq, tikili və avadanlıqlar -- Dəyər” hesabının 2-ci subhesabı 

kommersiya təşkilatı tərəfindən uzun müddətə icarə edilmiş vəsaitlərin mövcudluğu 

və hərəkəti haqqında informasiyalann ümumiləşdirilməsi üçün ayrılmışdır. 

Uzunmüddətli  icarə  edilmiş  vəsaitlərə  icarə  müddəti  qurtardıqdan  sonra 

icarəyə  götürənin  mülkiyyətinə  onların  keçməsi  icarə  müqaviləsində  nəzərdə 

tutulan (və ya icarəyə verənlə icarəyə götürən əlavə olaraq razılaşdıqda) və ya onun 

vaxtı çatana qədər icarəyə götürən tərəfindən müqavilə ilə şərtləndirilmiş satınalma 

qiymətləri ödənilən obyektlər aiddir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə