|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
lannın məbləği azalır. Maşının istismara davamı onun konstruksiyasından, istismar
283
lannın məbləği azalır. Maşının istismara davamı onun konstruksiyasından, istismar
şəraitindən və təmirin keyfiyyətindən asılıdır.
Mənəvi köhnəlmə iki amillə - əmək məhsuldarlığı artımı və texniki
tərəqqinin tempi ilə müəyyən edilir. Birinci amilin təsiri torpaq, tikili və
avadanlıqların bərpa dəyərinin dəyişilməsində təzahür edir. İkincisi isə
avadanlıqların və digər növ torpaq, tikili və avadanlıqların daha müasir
nümunələrinin meydana çıxması ilə təzahür edir ki, bu da köhnəlmiş obyektlərin
ləğv edilməsinin vacib olmasına gətirib çıxanr.
Təbii qüvvələrin təsiri ilə köhnəlmə, torpaq, tikili və avadanlıqlann ilkin
dəyərinin azalmasına gətirib çıxaran xarici amillərin təsiri ilə əlaqədardır.
Beləliklə, torpaq, tikili və avadanlıqlann köhnəlməsinin ümumi məbləği
onlann ilkin dəyərindən çox ola bilməz.
Hesabat ayında hesablanmalı olan köhnəlmə məbləği aşağıdakılardan
ibarətdir:
-
işə salınması aktla rəsmiləşdirilməmiş istismar edilən obyektlər üzrə
amortizasiya məbləğini çıxmaqla mövcud olan torpaq, tikili və avadanlıq
(tamamilə bərpa üçün) üzrə amortizasiya məbləğindən;
-
qəbul aktının məlumatlarına əsasən müəyyən edilmiş, əvəzsiz olaraq
qəbul edilən torpaq, tikili və avadanlıq obyektləri üzrə tamamilə bərpa
üçün köhnəlmə məbləğindən;
-
kommersiya və təsərrüfat təşkilatlannm ödəmələri ilə əldə edilən
(əvvəlcədən istismarda olmuş) torpaq, tikili və avadanlıqlar üzrə
tamamilə bərpa üçün köhnəlmə məbləğindən;
-
tamamilə bərpa üçün amortizasiya normaları əsasında yaşayış binalar
üzrə köhnəlmə məbləğindən.
Belə halda nəzərdə saxlamaq lazımdır ki, təşkilatda əvvəllərdə istismarda
olan və ödəmə hesabına satın alman torpaq, tikili və avadanlıqlar, onların satın
alınmasında, gətirilməsinə və qurulmasına edilən xərclərin məbləğində uçota alınır.
Bu obyektlər üzrə köhnəlmə məbləği (tamamilə bərpa hissəsində) ödəmə
sənədlərində müəyyən edilir və mühasibat uçotu hesablarında adi qayda ilə əks
etdirilir.
Təşkilatda əvvəlcə istismarda olan torpaq, tikili və avadanlıqlar istismardan
çıxan zaman köhnəlmə məbləği (tamamilə bərpa hissəsində) 112 saylı “Torpaq, tikili
və avadanlıqlar - Amortizasiya” hesabının kreditində əks etdirilir.
Təşkilatda ayrı-ayn obyektlər üzrə köhnəlmənin aylıq uçotu aparılmır.
Torpaq, tikili və avadanlıqların konkret obyekti üzrə köhnəlmə
284
məbləği ancaq onun verilməsi vo ya ləğv edilməsi zamanı, inventar kar-
toçkalarında həmin obyektin ilkin dəyəri, tamamilə bərpa üçün amortizasiya
normaları və istismar müddəti haqqındakı məlumatlar əsasında müəyyən edilir.
Makroiqtisadiyyatın bəzi sahələrində ayrı-ayrı torpaq, tikili və avadanlıq
obyektləri üzrə amortizasiya ayırmalarının hesablanmasında spesifik xüsusiyyətlər
vardır. Məsələn, obyektlərin xidmət müddəti çıxarılan məhsulun istehsalın
müddətindən asılı olan filiz-mədən sənayesində vəsaitin tamamilə bərpasına aid
amortizasiya ayırmaları faktiki çıxarılan kömür və sair məhsul ehtiyatlannm
miqdarı nəzərə alınmaqla, müəyyən edilmiş norma üzrə hesablanır. Neft və qaz
quyulan üçün tamamilə bərpa hissəsində amortizasiya ayırmaları, quyuların faktiki
xidmət müddətindən asılı olmayaraq normalar üzrə 15 il ərzində hesablanır.
Amortizasiya ayırmalarının xüsusi çəkisi neft və qazın dəyərinin 35,5%-nə qədərini
təşkil edən şəraitdə yuxarıda göstərilən qayda neft quyularından daha yaxşı istifadə
etmək üçün stimul yaradır.
Məhsuldar mal-qaraya, kitabxana fondlarına, ümumi istifadədə olan
avtomobil yollarına və şəhər abadlığı qurğularına, respublikanın Nazirlər
Kabinetinin qərarları ilə konservasiya edilmiş (təşkilatın işi müvəqqəti
dayandırılmış) torpaq, tikili və avadanlıqlara, bioloji aktivlərə büdcə təşkilatlarının
və təsərrüfat hesabına keçirilmiş elmi-tədqiqat institutlan və konstruktor
bürolarının vəsaitlərinə köhnəlmə hesablanmır.
Hərəkətdə olan avtomobil nəqliyyatı müstəsnalıq təşkil edir, çünki onlara da
köhnəlmə maşınların faktiki yürüşünə görə hesablanır.
Amortizasiyanı (köhnəlməni) hesablamaq üçün (uçotun jurnal-order
forması zamanı) hesablama cədvəli, avtomobil nəqliyyatı üzrə isə ayrıca formada
cədvəl tətbiq edilir. Hesabdarlığın başqa formalarında “Torpaq, tikili və
avadanlıqların amortizasiyasının hesablanması” (kommersiya təşkilatları üçün),
“Torpaq, tikili və avadanlıqlann amortizasiyasının hesablanması” (tikinti
təşkilatları üçün) və “Avtonəqliyyat üzrə amortizasiyasının hesablanması” kimi
nümunəvi formalar tətbiq edilir. Bu məqsəd üçün torpaq, tikili və avadanlıqlann
hərəkətinin uçotu kartoçkalannm məlumatlanndan istifadə edilir.
Avtomobil nəqliyyatı üzrə amortizasiyanı hesablamaq üçün amortizasiya
normasını, avtomaşının ilkin dəyərini və ay ərazindoki yürüşü bilmək lazımdır.
Amortizasiya ayırmaları istehsal olunan məhsulların maya dəyəri
kalkulyasiyasında aynca göstərilən istehsallarda bilavasitə 202 saylı “İstehsalat
məsrəfləri” hesabının debetinə aid edilir.
Dostları ilə paylaş: |
|
|