Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  yətinin mülkiyyətinə verilməsi deyildir. Təşkilat bu torpağı satmaq hüququna malik



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə140/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   136   137   138   139   140   141   142   143   ...   323

299 

yətinin mülkiyyətinə verilməsi deyildir. Təşkilat bu torpağı satmaq hüququna malik 

olmadan ancaq istifadə edə bilər.- 

Müəlliflik  hüququ  - elmi,  ədəbi, musiqi  və  ya  incəsənətin  digər istehsalının 

dərc edilməsi, ixracı və ya başqa cür istifadə edilməsinin tam hüququ deməkdir. 

Sənaye nümunələrinə olan hüquq - istehsal-texniki təyinatlı mə- mulatlann və 

xalq  istehlakı  mallarının  xarici  görünüşünü  müəyyən  edə  bilən  bədii-konstruktor 

qərarlarının (dizayner) istifadə edilməsi deməkdir. 

EHM-i üçün proqram məhsullarına - informasiyanın işlənməsi sistemlərinin 

və  avtomatlaşdırılmış  idarəetmə  sistemlərinin  təşkilindən  ibarət  olan,  texniki  və 

istismar  sənədlərinin  toplusundan,  habelə  kompleks  texniki  və  proqram 

vəsaitlərindən ibrətdir. 

Sənaye mülkiyyətinin obyektlərinə aşağıdakılar aid edilir: ixtiraçıhq hüququ; 

sənaye nümunələri; əmtəə nişanları və xidmət nişanlan. 

İxtiraçıhq  hüququ  -  mülkiyyətçiyə  təhkim  olunan  texniki  həll  olunmasına 

verilən müstəsna hüquq deməkdir. İxtiraçıhq qorunmaq üçün müxtəlif sistemlərdən 

istifadə 

,olunur. 

Onların  arasında 

ən 

çox 

yayılanı 



ixtiraçılığın 

patentləşdirilməsidir. 

Əmtəə  nişanları  dedikdə  -  bir  təşkilatın  mallarının  (və  ya  xidmətlərinin) 

başqa təşkilatın oxşar mallanndan və ya xidmətlərindən fərqləndirmək üçün xidmət 

edən işarələr başa düşülür. Onlar dil cavabı təsviri, həcmi və b. ola bilər. 

Xidmət  nişanları  əmtəə  nişanlarına  bərabərdir  -  onlara  əsas  fəaliyyəti 

müxtəlif xidmət göstərməkdən ibarət olan (mehmanxanalar, nəqliyyat təşkilatlan, 

turist bürolan və i.a.) təşkilatlar tərəfindən istifadə edilənlər daxildir. 

Birgə (səhmdar) təşkilatlann yaradılması dövründə meydana çıxan təşkilatı 

xərclər  məsləhətçilərin  xidmətlərinə,  reklam  tədbirlərinə,  qeydiyyat  və  digər 

toplantılara, sənədlərin hazırlanmasına çəkilən xərclərdən və təşkilatın fəaliyyətinin 

başlanğıc  dövründə  əməliyyat  xərcləri  və  itkilərdən  və  təşkilatın  hər  bir 

iştirakçısının təşkilatı xərclərinin başqa digər xərclərindən əmələ gəlir. 

Birgə  təşkilatlann  fəaliyyətinin  başlanğıc  dövründə  edilmiş  müxtəlif  cinsli 

əməliyyat  itkiləri  də  həmçinin  təşkilat  xərclərinə  adi  edilmir.  Yuxanda  göstərilən 

xərclər mütləq qaydada müvafiq təsdiqedici sənədlərlə təsdiq olunmalıdır. 

“Firmanın  qiyməti”  fəaliyyətdə  olan  bütöv  bir  təşkilatın  alınması  zamanı 

meydana  çıxır.  Bir  qayda  olaraq  belə  təşkilatlar,  onlann  balans  dəyəri  ilə  deyil, 

bazar (hərrac) qiyməti ilə satılıb alınır, onun qiymətinin 


300 

həcmi  təşkilatın  gəlirliliyindən,  onun  istehsal  etdiyi  məhsulların  bazardakı 

nüfuzundan  və  başqa  çoxlu  amillərdən  asılıdır.  Təşkilatın  alış  dəyərinin 

(bütövlükdə)  onun  bütün  aktivlərinin  cari  dəyərindən  artıq  olması  “firmanın 

qiymətini”  təşkil  edəcəkdir,  bu  da  mühasibat  uçotunda  və  balansda  qeyri-maddi 

aktivlərdən biri kimi uçota alınacaqdır. 

Qeyri-maddi  aktivlərin  obyektlərindən  biri  kimi,  belə  bir  kateqoriyaya  da, 

yəni “goodwiH” (qudvil) kimi baxılır. Qudvilin ingilis dilində mənası “xoş məram” 

deməkdir. Mühasibat uçotu üzrə ədəbiyyatda onun müxtəlif adma rast gəlmək olur: 

firmanın  qiyməti,  firmanın  şöhrəti,  firmanın  yaxşı  adı,  firmanın  işgüzar  əlaqəsi, 

firmanın partnyorları və b. Öz məzmununa görə qeyri-maddi aktivlərin bu növü, 

satın alman təşkilatın balansda əks olunan əmlakının qiyməti ilə, bu təşkilata görə 

ödənilən faktiki qiymət arasındakı fərqi özündə əks etdirir. Qeyri-maddi aktivlərin 

bu növü birgə təşkilatlar tərəfindən hər hansı bir başqa təşkilatı ancaq əldə edən 

zaman  meydana  çıxır.  Adətən,  belə  təşkilatlar  onların  balans  dəyərləri  ilə  deyil, 

onların gəlirliliyindən, bazardakı onun şöhrətindən və başqa çoxlu amillərdən asılı 

olaraq bazar qiyməti ilə satılır. Yuxanda qeyd edildiyi kimi təşkilatın alış dəyərinin, 

passivləri çıxmaqla onun aktivlərinin cari dəyərindən artıqlığı “firmanın qiymətini” 

təşkil  edir,  bu  da  mühasibat  uçotunda  və  balansda  qeyri-maddi  aktivlərdən  biri 

kimi uçota alınacaqdır. 

Mühasibat  uçotunda  bütün  qeyri-maddi  aktivlər  ilkin  dəyərləri  ilə,  daha 

doğrusu,  onlann  əldə  edilməsinə,  hüquqların  qorunması  ilə  əlaqədar  olan 

məsləhətlərin  alınmasına,  marketinq  tədqiqatına  çəkilən  xərcləri  daxil  etməklə 

faktiki məsrəflərin məbləğləri ilə qiymətləndirilir. 

Yuxanda qeyd olunanlardan göründüyü kimi, qeyri-maddi aktivlər dedikdə 

uzunmüddətli  məsrəflər  başa  düşülür,  onlar  uzun  dövr  ərzində  təşkilatın 

fəaliyyətinə münasibətdə olur, beləliklə də, uzun müddət gəlir gətirməlidir. 

b)

 

Qeyri-maddi aktivlərin sintetik və analitik uçotu. 

Qeyri-maddi  aktivlər  uzun  müddət  gəlir  gətirmək  vəzifəsini  yerinə 

yetirdiklərinə  görə,  onlan  təşkilatın  aktivlərinin  tərkibində  uçota  almağın  mənası 

vardır. Onlar yüksək gəlir əldə etmək üçün şərait yaratmaq imkanından məhrum 

olan kimi, bu cür aktivlərə çəkilən məsrəf balansın qeyri-real maddəsinə çevrilir. Bu 

cür  vəziyyət  qeyr-maddi  aktivlərin  nəzərdə  tutulan  fəaliyyət  müddəti  ərzində 

tədricən  onlann  dəyərini  köhnəlmə  hesablamaq  yolu  ilə  istehsal  xərclərinə  daxil 

etmək vacibliyi meydana çıxır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə