Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  keçirilməsinə çəkilən xərclər, avadanhqlann, alət və inventarların əldə edilməsinə və



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə148/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   144   145   146   147   148   149   150   151   ...   323

315 

keçirilməsinə çəkilən xərclər, avadanhqlann, alət və inventarların əldə edilməsinə və 

habelə sair əsaslı işlər və xərclər daxildir. 

Məlum olduğu kimi, torpaq, tikili və avadanlıqlar fəaliyyət prosesində daimi 

öz dəyərini hazır məhsullann üzərinə keçirir. Mühasibat uçotunda bu, köhnəlmənin 

hesablanması  və  onun  istehsal  xərclərinə  daxil  edilməsi  yolu  ilə  əks  etdirilir. 

Məhsullann satışından əldə edilən vəsaitlərin məbləğləri nəticəsində torpaq, tikili və 

avadanlıqların  məhsullann  üzərinə  keçirilmiş  hissəsi  pul  formasında  təsərrüfata 

toplanır. Bu məbləğlərin hesabına torpaq, tikili və avadanlıqların istchlak edilmiş 

dəyərinin  bərpa  edilməsi  və  həmçinin  onların  hissə-hissə  genişləndirilməsi  həyata 

keçirilir.  Torpaq,  tikili  və  avadanlıqların  genişləndirilməsinə,  bundan  əlavə 

təsərrüfatda  əldə  edilən  gəlirin  bir  hissəsi  və  bəzi  digər  mənbələr  də  yönəldilir. 

Beləliklə, kapital qoyuluşu təkrar istehsal prosesinin lazımi elementi sayılır. 

Əməyin  ictimai  bölgüsünün  ümumi  sistemində  yerinə  yetirdiyi funksiyanın 

xarakteri  və  məcmu  ictimai  məhsulun  və  milli  gəlirin  yaradılmasında  iştirakı 

nöqteyi-nəzərində əsaslı tikinti, sənaye kimi makroiq- tisadiyyatm müstəqil sahəsinə 

aynimışdır. 

İldən-ilə  texniki  yenidən  silahlanmaya  və  işləyən  təşkilatlann  yenidən 

qurulmasına  kapital  qoyuluşlarının  həcmi  artır.  Bu  o  deməkdir  ki,  istehsalat 

birliklərinin  və  təşkilatlann  bir  çoxu  əsas  sənaye  fəaliyyəti  ilə  yanaşı  kapital 

qo

5

oıluşunu həyata keçirir. 

Kapital  qoyuluşlannm  müxtəlif  olması  onlann  düzgün  qruplaşdınl-  masmı 

tələb  edir.  Tənzimlənmədə  və  uçotda  kapital  qoyuluşlan  işlərin  təşkilinin 

xarakterinə  (üsuluna),  quruluşuna  (növlərinə),  işlərin  həcminə,  sahəvi  əlamətinə, 

istiqamətlərinə, təyinatlanna və hazırlıq dərəcələrinə görə qruplaşdırılır. 

İşlərin  təşkilinin  xarakterinə  (üsuluna)  görə  kapital  qoyuluşlan  ya  podrat 

üsulu  ilə,  yəni  müqavilə  əsasında  xüsusi  tikinti  təşkilatı  vasitəsi  ilə  və  yaxud  da 

təşkilatlann özləri tərəfindən, yəni təsərrüfat üsulu ilə yerinə yetirilir. 

Tikintinin  podrat  üsulu  təsərrüfat  üsuluna  nisbətən  üstünlüklərə  malikdir. 

Bu üstünlüklər ondan ibarətdir ki, podrat təşkilatlar daimi ixtisaslı fəhlə kadrlarına 

malikdir,  qabaqcıl  maşın  və  mexanizmlərlə  təmin  olunmaqla  böyük  təcrübəyə 

malikdirlər. 

Kapital  qoyuluşlarını  həyata  keçirmək  və  yerinə  yetirilən  işlərə  nəzarət 

etmək üçün təşkilatlarda adətən əsaslı tikinti şöbələri (idarələri) yaradılır. Kapital 

qoyuluşlarını  həyata  keçirən  təşkilat  bina  tikən  (sifarişçi)  adlanır.  Yeni  təşkilatın 

inşası zamanı bina tikən funksiyasını tikilmək 


316 

də  olan  təşkilatın  müdiriyyəti  yerinə  yetirə  bilər.  Kommersiya  təşkilatlarının 

çoxunda kapital qoyuluşları üzrə əməliyyatlan müstəqil balansa ayırırlar. 

Quruluşuna görə kapital qoyuluşları aşağıdakı növlərə bölünür; tikinti işləri; 

quraşdırma işləri, quraşdırma tələb edən avadanlıqlar; quraşdırma tələb etməyən 

avadanlıqlar,  inventar,  alət;  layihə-axtanş  işləri;  qazma  işləri-neft  quyularının 

qazılması;  əsas fondların  inventar  dəyərinə  daxil edilən  sair  işlər  və  xərclər;  əsas 

fondların dəyərini artırmayan xərclər. 

Tikintinin həcminə və xarakterinə görə tikinti və tikinti obyektləri kimi belə 

anlayışlan  fərqləndirirlər.  Tikinti  dedikdə,  bir  qayda  olaraq,  vahid  layihə  üzrə 

həyata  keçirilməklə  qurulan  təşkilat,  buraxılış  kompleksi  və  ya  növbəsi,  bina  və 

qurğuların  məcmuu,  inşaat,  texniki  yenidən  silahlanma,  genişləndirmə  və  ya 

yenidən qurmanın başa düşülməsi qəbul edilmişdir. 

Tikinti obyekti - inşasına, texniki silahlanmasına, yenidən qurulmasına və ya 

genişləndirilməsinə aynca layihə və smeta tərtib olunan hər bir aynca duran bina və 

ya qurğudur. 

İstiqamətinə  (təkrar  istehsal  quruluşuna)  görə  kapital  qoyuluşlan  yeni 

təşkilatlann  tikintisinə,  işləyən  təşkilatlann  və  obyektlərin  yenidən  qurulmasına, 

genişləndirilməsinə,  texniki  yenidən  silahlanmaya  və  güclərin  saxlanmasına 

bölünür. 

Sahəvi  əlamətlərinə  görə  kapital  qoyuluşları  metallurgiya,  kimya,  kömür 

sənayesi təşkilatlarının tikintisinə, elektrik stansiyası tikintisinə, tikinti materialları 

sənayesi,  kənd  təsərrüfatı,  ticarət  və  ictimai  iaşə  və  d.  təşkilatlann  tikintisinə 

bölünür. 

Hazırlıq  dərəcəsinə  görə  əsaslı  tikinti  işləri  başa  çatdınimış  və  başa 

çatdınlmamış (bitməmiş) tikintiyə ayrılır. 

Kapital  qoyuluşlan  istehsalat  obyektlərinə  (zavod,  fabrik,  mədən,  elektrik 

stansiyası  və  s.  tikintisinə)  və  qeyri-istehsalat  obyektlərinə  (yaşayış  evləri, 

məktəblər, klublar, xəstəxanalar və b. tikintilər) bölünür. 

Əsaslı tikinti üzrə təsərrüfat fəaliyyətində ən mühüm tikintilərin titul siyahısı 

mühüm  əhəmiyyətə  malikdir.  Qalan  tikintilər  üzrə  kapital  qoyuluşlarının  həcmi 

ayn-ayrı  nazirliklər  və  baş  idarələr  üzrə  titul  siyahılarına  ümumi  məbləğdə  daxil 

edilir. Ən mühüm tikintilərin siyahısı (titul siyahısı) ayrı-ayrı sahələr üçün müəyyən 

olunmuş  tikintilərin  maya  dəyəri  (limiti)  də  daxil  olmaqla  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə