333
lərdən, sair işlər və məsrəflərdən ibarətdir. Əgər tikinti-quraşdırma işlərinə xərclər,
sair işlər və məsrəflər bir neçə növ avadanlığa aid edilirsə, onda onların dəyəri
ayn-ayn avadanlıq növləri arasında malgöndərənin qiyməti ilə onların dəyərinə
mütənasib olaraq bölüşdürülür.
Quraşdırma tələb etməyən avadanlığın inventar dəyəri, birinci komplekt
kimi işə salman obyektlər üçün aynlan, alət və inventarların dəyəri, həmçinin
quraşdırılması tələb olunan, lakin daimi ehtiyac üçün ayrılan avadanlığın dəyəri,
mal göndərənlərin hesabları üzrə alış dəyərindən, vəsaitlərin əldə edilməsi ilə
əlaqədar olan nəqliyyat və digər xərclərdən ibarətdir. Əgər standarta uyğun
olmayan avadanlıq hazırlanırsa, onun dəyərinə həmçinin layihə işləri də daxil
edilir.
Tikintisi başa çatmış bina və qurğuların, quraşdırılmış avadanlığın, onların
ilkin dəyərini artırmaqla, obyektlərin əlavə tikilməsi və əlavə avadanlıq qoyulması
başa çatmışsa, obyektlərin inventar dəyərləri müəyyən edilən zaman, müəyyən
edilmiş qaydada təsdiq edilmiş torpaq, tikili və avadanlıqların təhvil-qəbul (daxili
yerdəyişməsi) aktı ilə (qayiməsi) sifarişçilərin torpaq, tikili və avadanlıqlarının
tərkibinə daxil edilir.
Kapital qoyuluşları üzrə əməliyyatların mühasibat hesablarında
əks etdirilməsi
J^s
Əməliyyatın məzmunu
Müxabirləşən hesablar
Debet
Kredit
1
2
3
4
1
İstismara qəbul edilmiş, habelə ödəmə hesabına başqa
təşkilatlardan və şəxslərdən əldə edilən torpaq, tikili və
avadanlıqların dəyəri uçotda əks etdirilib
111
113
2
Torpaq, tikili və avadanlıq obyektlərinin ilkin dəyərinə
daxil edilməyən, torpaq, tikili və avadanlıqların əldə
edilməsi ilə əlaqədar olan məsrəflər silinib
341, 342, 544
113
3
Yerinə yetirilmiş işlərə görə sifarişçidə podratçı təşkilatın
hesabı əks etdirilib
113
531
4
Podratçıya köçürülən məbləğə:
a) təşkilatın vəsaiti hesabına ödəmə aparılan
zaman
531
223
b) bankın uzunmüddətli kreditləri hesabına Ödəmə aparılan
zaman
531
401
5
Sifarişçinin mühasibat uçotunda anbara daxil olan,
quraşdırılma tələb edən avadanlıqlar mədaxil edilib
113
531
6
Quraşdırılmış avadanlığın dəyəri sifarişçinin mühasibat
uçotunda əks etdirilib
113.1
113.2