Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  asılıdır.  Bütün  bu  xüsusiyyətlərə  baxmayaraq,  məhsul  buraxılışı  və  hazırlanması



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə164/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   160   161   162   163   164   165   166   167   ...   323

349 

asılıdır.  Bütün  bu  xüsusiyyətlərə  baxmayaraq,  məhsul  buraxılışı  və  hazırlanması 

üzrə  məsrəflər  istehsalın  növləri  (əsas  və  köməkçi)  üzrə,  xərclərin  əmələgəlmə 

yerləri  üzrə  (fazalar  və  mərhələlər),  məhsulun  maya  dəyəri  kalkulyasiyasının 

obyektləri (məhsulun növləri, sifarişlər, bircinsli məhsul növləri, qrupları və b.) üzrə 

xərclərin  kalkulyasiya  maddələrinin  nümunəvi  nomenklaturası  çərçivəsində 

qruplaşdırılmalıdır. 

Təşkilatda  məsrəflərin  yuxarıda  qeyd  olunduğu  kimi  ümumiləşdirilməsi  və 

qruplaşdırılması  üçün  mühasibat  uçotunun  hesablar  planının  bir  neçə  hesabları 

tətbiq  olunur.  Məsələn,  məsrəflərin  qruplaşdınimasmm  birinci  növü  -  istehsalın 

növləri 202 saylı “İstehsalat məsrəfləri” və 202 saylı hesabın 9-cu subhesabında əks 

olunur.  Sonra  istehsal  məsrəflərinin  aydınlaşdırılması  əmələgəlmə  yerləri  üzrə 

həyata  keçirilir.  Məhsulun  istehsalına  müstəqim  xərclər  yuxarıda  əks  olunan 

istehsalın  kalkulyasiya  hesablannda  əks  olunur,  qeyri-müstəqim  xərclər  isə  - 

müvafiq olaraq top- layıcı-bölüşdürücü olan 202 saylı hesabın 8-ci “Ümumistehsalat 

xərcləri” subhesabında, 721 saylı “İnzibati xərcləri” və b. hesablarda əks olunur. 

Ay ərzində mühasibat uçotunda baş vermiş xərcləri müvafiq olaraq yuxarıda 

sadalanan  sintetik  hesablarda,  hesabların  daxilində  isə  məsrəfləri,  xərclərin 

müəyyən edilmiş maddələri üzrə əks etdirirlər. 

202  saylı  hesabın  9-cu  “Köməkçi  istehsalat”  subhesabında  uçota  alman 

məsrəfləri,  ay  qurtardıqdan  sonra  bölüşdürürlər.  Təşkilatda  müəyyən  olunmuş 

metodikaya  müvafiq  olaraq  bu  məsrəfləri  təyinatı  üzrə  əsas  istehsalat, 

ümumistehsalat və b. hesablara aid edirlər. Sonra əvvəlcədən toplayıcı-bölüşdürücü 

hesablarda toplanmış xərclər, bir tərəfdən əmtəəlik məhsul və bitməmiş istehsalatın 

qalıqları  arasında  bölüşdürülür.  İkinci  bölüşdürmə  təkcə  kompleks  xərclərə  deyil 

həm də müstəqim xərclərə aiddir. Bu yolla istehsal prosesinin bütün mərhələlərində 

istehsal  edilən  bütün  məhsulların  maya  dəyərini  və  bitməmiş  istehsalatın  maya 

dəyərini müəyyən edirlər. 

Məsrəflərin  uçot  metodologiyası  və  məmulatın  maya  dəyərinin  müəyyən 

edilməsi üsullan, təşkilatın uçot siyasəti adlanan sənəddə əks olunur, bu da hesabat 

ili ərzində, bir qayda olaraq dəyişdirilməməlidir. 

İstehsal edilən məhsulların uçotunun məmulatlar üzrə hansı maya dəyərinin, 

yəni tam və ya məhdud (kəsik) maya dəyərinin hesablanması mühüm əhəmiyyətə 

malikdir. İkinci birincidən onunla fərqlənir ki, məhdud maya dəyəri prinsipi üzrə 

məsrəflərin uçotu zamanı təşkilatın idarə edilməsi üzrə ümumi xərcləri (adətən sabit 

həcmə  malik  olan)  məsrəf  uçotu  hesablarına  aid  etmirlər,  bilavasitə  721  saylı 

“İnzibati  xərclər”  aktiv  hesabın  kreditindən  601  saylı  “Satış”  hesabının  debetinə 

silirlər. 


350 

7.3.

 

İstehsalata məsrəflərin uçotunun təşkilinin 

ümumi prinsipləri 

İstehsalata  məsrəflər  haqqında  ilk  hesabat  dövrü  hesab  olunan  ay  ərzində 

mühasibat  uçotunda  baş  vermiş  xərcləri  müvafiq  olaraq  sintetik  hesablarda  əks 

etdirirlər. Bu hesabların daxilində məsrəfləri, xərclərin müəyyən edilmiş maddələri 

üzrə əks etdirirlər. Məsələn, 202 saylı “İstehsalat məsrəfləri” hesabında təşkilatda 

bilavasitə,  bir  qayda  olaraq,  özünün  əsas  istehsalının  məhsul  istehsalı  üzrə 

müstəqim  məsrəfləri  belə  maddələr,  yəni  “İstehsalatda  istifadə  olunmuş  əsas 

xammal”,  “İstehsalatda  istifadə  olunmuş  əsas  materiallar”,  “Əsas  istehsalatla 

məşğul olan işçi heyətinə məsrəflər” və b. üzrə uçota alınır. 

İstehsalat uçotunun belə təşkili, müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş 

ilkin sənədlərin, məmulatların qruplaşdırılması və işlənməsi nəticəsində əldə edilən 

cədvəllərdə və digər uçot registrlərində olan məlumatlar əsasında həyata keçirilir. 

Materialların  sərf  edilməsi  üzrə  və  istehsalat  fəhlələrinin  əmək  -haqqının 

istifadə  edilməsi  üzrə  əməliyyatlar  əks  etdirilən  ilkin  sənədlərdə  onların  hansı 

məhsulun  və  ya  bircinsli  məhsul  növləri  qrupunun  istehsalına  ayrıldığı  və  sərf 

edildiyi  göstərilir.  Əgər  obyektlər  bir  yerə  düşmürsə,  bu  müəyyən  növ  məhsul 

istehsalına  (kalkulyasiya  obyektinə)  onun  istehsalının  müəyyən  mərhələsinə 

(məsrəflərin uçot obyektinə) aid olan və ya əgər obyektlər bir yerə düşürsə, uçotun 

obyektinə  və  kalkulyasiya  obyektinə  eyni  zamanda  aid  olan  məsrəfləri 

qruplaşdırmağa  imkan  verir.  Məlumdur  ki,  istehsal  məsrəflərinin  bu  cür 

qruplaşdırılması ancaq məhsulun maya dəyərinə müstəqim yolla aid edilə bilən əsas 

xərclər üzrə ola bilər. 

Bu  cür  məsrəflərin  analitik  uçotunu,  adətən,  kalkulyasiya  obyektləri,  uçot 

obyektləri,  xərclərin  baş  verdiyi  yerlər  üzrə  və  xərclərin  kalkulyasiya  maddələri 

üzrə qruplaşma və yığım cədvəllərində aparırlar. Göstərilən registrlərdə məsrəfləri 

ayrı-ayrı təyinatlar üzrə toplayırlar. Bu zaman materiallann sərf olunması natural 

və pul ifadəsində ilkin məsrəf sənədlərində qeyd olunan möhkəm uçot qiymətləri ilə 

göstərilir.  Eyni  zamanda  hesablaşma  cədvəlləri  əsasında  sərf  edilmiş  xammal  və 

materialların  uçot  qiymətlərinin  faktiki  maya  dəyərindən  kənarlaşmasını  əks 

etdirirlər.  Əvvəlcədən  qeyd  edək  ki,  müstəqim  məsrəflərin  analitik  uçotu  və 

məhsulun maya dəyərinin kalkulyasiyasmm təşkilatda tətbiq olunan metod- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə