Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  larından  və  eyni  zamanda  uçot  obyektlərinin,  kalkulyasiya  obyektlərinin



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə165/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   161   162   163   164   165   166   167   168   ...   323

351 

larından  və  eyni  zamanda  uçot  obyektlərinin,  kalkulyasiya  obyektlərinin 

siyahısından və xarakterindən çox asılıdır. 

Kalkulyasiya  obyektlərinə  müstəqim  olaraq  aid  edilə  bilməyən,  qalan 

müstəqim məsrəflərin  analitik  uçotunu  isə  xərc  maddələrinin  no- menklaturasına 

müvafiq olaraq uçot obyektləri və əmələgəlmə yerləri (fazalar, mərhələlər, sexlər) 

üzrə yığım-qruplaşdırma cədvəllərində aparırlar. 

İstehsalata  xidmət  və  idarəetməyə  çəkilən  xərclərin  analitik  uçotu  adətən 

xərclərin əmələgəlmə yerləri və müəyyən edilmiş xərc maddələrinin nomenklaturası 

üzrə yığım və qruplaşdırma xarakterləri olan re- gistrlərdə aparılır. Bununla belə 

təşkilatlar sex quruluşlu olduğu üçün avadanlıqların saxlanması və inzibati xərcləri, 

kalkulyasiya obyektləri arasında müəyyən olunmuş metodika üzrə bölüşdürülür. 

Ay  qurtardıqdan  sonra  toplayıcı-bölüşdürücü  hesablarda  uçota  alınan 

istehsalata  xidmət  və  idarəetmə  ilə  əlaqədar  olan  xərclər  istehsalat  hesablarına 

köçürülür.  Son  nəticədə  202  saylı  “İstehsalat  məsrəfləri”  hesabında  “Əsas 

istehsalat” ilə əlaqədar olan bütün məsrəflər toplanır. 

Yuxarıdakı qısa mətndən aydın olur ki, məsrəflərin uçotu və məhsulun maya 

dəyərinin  kalkulyasiyası  arasında  və  onların  qarşılıqlı  şərtləri  arasında  müəyyən 

əlaqə  görünür.  Eyni  zamanda  məsrəflərin  uçotu  və  məhsulun  maya  dəyəri 

arasındakı qarşılıqlı əlaqə bir tərəfdən istehsalata məsrəflərin uçotunun təşkilinin 

yaxşılaşdırılmasına  və  digər  tərəfdən  kalkulyasiya  işlərinin  təkmilləşdirilməsinə 

müxtəlif şəkildə təsir göstərir. 

Beləliklə,  məhsulların  ayrı-ayrı  növlərinin  faktiki  maya  dəyərinin  düzgün 

hesablanması, tezliklə həll olunması tələb olunan aktual problem hesab olunur. O, 

məsrəflərə  cari  nəzarətin,  qənaət  rejiminin  həyata  keçirilməsinin,  iqtisadi  işin 

səviyyəsinin yüksəldilməsinin mühüm alətlərindən biri hesab olunmalıdır. 

7.4.

 

İstehsalat məsrəfləri və onların təsnifatı 

Maya  dəyərinin  quruluşunun  öyrənilməsi maya  dəyərini  aşağı salmağın  ən 

mühüm  istiqamətlərini  aşkara  çıxarmağa,  istehsal  xərclərinin  aşağı  salınmasının 

səmərəli  yollarını  müəyyən  etməyə,  həmçinin  istehsalat-təsərrüfat  təşkilatlannın 

fəaliyyətini obyektiv qiymətləndirməyə kömək edir. 


352 

Maya  dəyərinin  quruluşu  dedikdə,  istehsalata  çəkilən  məsrəflərin  ümumi 

məbləğində  maya  dəyərinin  ayrı-ayrı  iqtisadi  ünsürlərinin  xüsusi  çəkisinin  faiz 

nisbəti başa düşülür. 

İstehsalat  məsrəfləri  bir  sıra  əlamətlərinə  görə,  yəni  xərclərin  iqtisadi 

məzmununa  və  təyinatına,  xərclərin  maya  dəyərinə  aid  edilməsi  üsuluna,  onların 

tərkibinə, istehsalın həcminə, xərclərin əmələgəlmə sferasına olan münasibətə görə 

təsnifləşdirilir. 

Təşkilatın  istehsal  xərcləri  aşağıdakı  elementlərdən  ibarətdir:  material 

məsrəfləri  (geri  qaytarılan  tullantıların  dəyərini  çıxmaqla),  əməyin  ödənilməsinə 

məsrəflər,  sosial  ehtiyaclara  ayırmalar,  torpaq,  tikili  və  avadanlıqların 

amortizasiyası və sairə məsrəflər (poçt-teleqraf, telefon, ezamiyyə və b.). 

Xərc  elementlərinin  nomenklaturası  makroiqtisadi  yyatın  bütün  sahələri 

üçün bir cürdür. Həmin nomenklaturanın xüsusiyyəti ondan ibarətdir ki, xərclərin 

hər bir elementi üzrə məqsədindən və sərf edilmə yerindən asılı olmayaraq hesabat 

dövründə istehsalatda onun tamam sərf edilməsi göstərilir. 

İstehsal xərclərinin elementlər üzrə uçotu xərclərin hər bir növünün məqsədli 

təyinatı  və  istiqaməti  üzrə  uçotu  ilə  birlikdə  həyata  keçirilir.  Bu  və  ya  digər 

elementin  sərf  edilməsini  əks  etdirən  ilkin  sənədlərdə,  xərclərin  məqsədli 

istiqamətinin göstərilməsi yolu ilə əldə edilir. 

İstehsal xərclərinin uçotunu məqsədli istiqaməti və təyinatı üzrə təşkil etmək 

üçün  xərclərin  müvafiq  nomenklaturaları  və  şifrləri  işlənib  hazırlanır  ki,  bu  da 

onları istehsalın, sexlərin növləri və məmulat növləri üzrə toplamağa imkan verir. 

Xərclərin təyinatı üzrə uçotu maddələrlə apanlır, onların siyahısı, istehsalın təşkili 

və texnologiyasının xüsusiyyətlərindən asılı olaraq işlənib hazırlanır. Kalkulyasiya 

maddələri üzrə xərclərin qruplaşdırılması məsrəflərin məhsul istehsalının texnoloji 

proseslə əlaqəsini, istehsalın həcmi ilə əlaqəsini, məsrəflərin məqsədə- uyğunluğunu, 

məmulatın  ayrı-ayrı  növlərinin  maya  dəyərinə  daxil  edilməsi  üsulunu  əks 

etdirməlidir. 

İstehsal  xərclərinin  cari  uçotu  və  buraxılan  məhsulların  maya  dəyəri 

kalkulyasiyası  məsrəf  maddələri  üzrə  həyata  keçirilir.  Məsrəf  maddələrinin 

tərkibinə  görə  xərclər  müxtəlif  cinsli  xərc  elementindən  ibarət  olmaqla,  həm  bir 

elementli və həm də kompleks olur. Xərclərin kompleks maddələrinə, misal üçün, 

ümumistehsalat xərcləri, inzibati xərclər və i.a. aid edilir. Bu maddələrdən hər biri 

xərclərin müxtəlif elementlərinin toplanmış məbləğindən ibarətdir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə