Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  və məhsulun maya dəyəri kalkulyasiya edilməsinin keyfiyyətindən asılıdır



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə163/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   159   160   161   162   163   164   165   166   ...   323

347 

və məhsulun maya dəyəri kalkulyasiya edilməsinin keyfiyyətindən asılıdır. 

Bununla  əlaqədar  olaraq,  təsərrüfat  vasitələrinə  və  əməliyyatlanna  ilkin 

sənədlərin tərtib edilməsinə və rəsmiləşdirilməsinə görə məsuliyyət haqqında məsələ 

prinsipial  əhəmiyyət  daşıyır.  Bu  təkcə  hüquqi  problem  deyil,  həm  də,  bilavasitə 

icraçının və təşkilatın mühasibat aparatının qarşılıqlı münasibət problemidir. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  uçotun  və  nəzarətin  düzgün  təşkil 

edilməsinin  əsas  şərti,  normadan  kənarlaşmam  aşkar  etmək  məqsədilə  müəyyən 

edilmiş  normalarla,  məhsul  istehsalı  prosesindəki  faktiki  xərcləri  müqayisə 

etməkdən  ibarətdir.  Ancaq  faktiki  məsrəfləri  normativ  məsrəflərlə  müqayisə 

etməklə və normalardan kənarlaşmanı aşkar etməklə, məhsul istehsalı prosesində 

əmək  vəsaitlərinin,  əmək  əşyalannın  və  canlı  əməyin  düzgün  istifadə  edilməsi 

müəyyən edilir. 

İstehsalat  məsrəflərinin  mühasibat  uçotunun  qurulmasına  əsas  istehsalatın 

təşkili və texnologiyası böyük təsir göstərir, əsas istehsalat dedikdə, proses zamanı 

əmək əşyası məhsula çevrilir ki, həmin məhsulun istehsalı üçün təşkilat yaradılır. 

Uçotun qurulmasına istehsalın mürəkkəbliyi böyük təsir göstərir. Həqiqətən 

də  sadə  istehsallarda  bütün  məsrəflər,  müvafiq  material,  hesablaşmalar  və  digər 

hesablardan, bilavasitə köməkçi və əsas istehsalata silinir. Mürəkkəb istehsallarda 

isə bilavasitə əsas istehsalat və köməkçi istehsalat hesablarına aid edilən məsrəflərin 

əhatəsi, əhəmiyyətli dərəcədə azalır, bu zaman dolayı yolla bölüşdürülən xərclərin 

əhatəsi  bir  qədər  genişlənir  ki,  bu  da  istehsalata  məsrəflərin  uçotunun  ümumi 

sxemini mürəkkəbləşdirir. 

Məhsul istehsalının hər hansı bir prosesində əmək vasitələri və əmək əşyalan, 

istehsal vasitələri kimi iştirak edirlər, əmək özü isə məhsuldar əmək kimi çıxış edir. 

İstehsal xərclərinə əmək vasitələri dəyərinin bir hissəsi, əmək əşyalannın tam dəyəri 

və əmək haqqı - əməyin mükafat- landınlması, işçi qüvvəsinin marağının daha da 

yüksəldilməsinə təsir göstərə bilən vəsaitləri daxil edirlər. 

İstehsal  tapşınqlanm  yerinə  yetirmək  üçün  hər  bir  təşkilat  istehsal 

vasitələrinə,  əmək  ehtiyatlarına  və  istehsalat  fəhlələrinin  müvafiq  sayına  malik 

olmalıdır.  Sərf  edilmiş  materiallann  dəyəri,  hesablanmış  əmək  haqqı  və  istehsal 

prosesində iştirak edən torpaq, tikili və avadanlıqlar üzrə hesablanmış amortizasiya 

ayırmalan əsas istehsal xərclərini təşkil edir. 

İstehsal xərclərinə həmçinin istehsalata xidmət və idarə etmək üzrə xərclər, 

maşın və avadanlıqlann saxlanılması və istisman üzrə xərclər. 


348 

ümumistehsalat  və  inzibati  xərclər,  köməkçi  istehsalat  sexlərinin  xərcləri, 

istehsalata bilavasitə aid edilən pul xərcləri, kommersiya xərcləri və s. xərclər aid 

edilir. Bütün bu xərclərin pulla ifadəsi məhsulun maya dəyərini təşkil edir. Bütün 

bu  xərclər  -  yəni  məhsul  vahidinin  maya  dəyərinin  hesablanması  prosesi  isə 

kalkulyasiya etmə adlanır. Buna görə də təkrar istehsalın səmərəli surətdə həyata 

keçirilməsi  üçün  məsrəflərin  uçotu  və  maya  dəyəri  kalkulyasiyasınm  aparılması 

böyük əhəmiyyətə malikdir. 

Bütün  bu  deyilənləri  həyata  keçirmək  üçün  istehsal  məsrəflərinin  uçotu  və 

məhsulun  maya  dəyəri  kalkulyasiyası  qarşısında yerinə  yetirilməsi  vacib olan  bir 

sıra yeni vəzifələr durur. Bu vəzifələr aşağıdakılardan ibarətdir: 

-

 

faktiki  istehsal  xərclərini,  habelə  kommersiya  xərclərini  və  itkiləri  öz 

vaxtında uçota almaq; 

-

 

xammal,  material,  yanacaq  və  enerjidən,  əmək  haqqı  fondundan  düzgün 

istifadəyə,  habelə  istehsalı  idarə  etmək  və  istehsalata  xidmətlər  üzrə 

smetada nəzərdə tutulan xərclərə nəzarət etmək; 

-

 

ayrı-ayn məhsulların və ya qrup məmulatların faktiki hesabat maya dəyəri 

kalkulyasiyasmı tərtib etmək; 

-

 

istehsalda  istifadə  olunmamış  ehtiyatları  aşkar  etmək,  təsər-  rüfatsızlığa, 

çıxdaş məhsula və boş dayanmalara qarşı mübarizə aparmaq; 

-

 

məhsulların  istehsalı  və  satışı  ilə  əlaqədar  olan  faktiki  məsrəfləri  öz 

vaxtında tam və düzgün əks etdirmək; 

-

 

istehsal  xərclərinin  uçotunda  və  yaxud  məhsullann  maya  dəyərinin 

kalkulyasiya edilməsində  uçot  və  kalkulyasiyanın yeni metodlarının,  yəni 

normativ, mərhələ və sifariş metodlanm tətbiq etməkdən və s. ibarətdir. 

7.2.

 

Maliyyə və idarəetmə uçotunun hesablar sistemində 

istehsalata məsrəflərin uçotunun təşkili 

İstehsalata  məsrəflərin  uçotunun  təşkili  metodikası  və  məhsulun  faktiki 

maya  dəyərinin  müəyyən  edilməsi  qaydası  istehsalın  tipindən  və  xarakterindən, 

onun  təşkilindən  və  texnologiyasından,  buraxılan  məhsulun  növlərinin 

miqdanndan,  istehsalın idarə  edilməsinin  quruluşundan,  uçot-hesablama işlərinin 

mexanikləşmə  səviyyəsindən  və  məsrəflərin  uçotu,  məhsulun  maya  dəyəri 

kalkulyasiyasınm metodlarından olduqca 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə