Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  onların nominal dəyərindən fərqlənirsə, satın alınma və nominal dəyər arasındakı



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə159/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   155   156   157   158   159   160   161   162   ...   323

338 

onların nominal dəyərindən fərqlənirsə, satın alınma və nominal dəyər arasındakı 

fərqin  məbləği  silindikdə  (əlavə  hesablandıqda)  qiymətli  kağızların  əldə  edilməsi 

(satın  alınması)  vaxtına  234  saylı  “Digər  qısamüddətli  investisiyalar”  hesabında 

onların  uçota  alındığı  qiymətləndirmə  nominal  dəyərə  müvafiq  olmalıdır.  Bu 

hesabda uçota alınan istiqraz vərəqlərinin və digər qiymətli kağızlann ödənilməsi 

(satın alınması) və satışı əks olunur. 

İkinci  subhesabda  banka  və  digər  qoyuluşlara  (əmanət  sertifikatlarına, 

banklardakı depozit hesablara və i.a.) təşkilat tərəfindən qoyuluşların milli və xarici 

valyutalarda  vəsaitlərin  hərəkəti  uçota  alınır.  Qoyuluşlara  pul  vəsaitlərinin 

köçürülməsi kommersiya təşkilatı tərəfindən əks etdirilir. 

Bank  tərəfindən  qoyuluşların  məbləğləri  geri  qaytarılan  zaman  təşkilatın 

uçotunda tərsinə yazılış aparılır. 

Üçüncü  subhesabda  kommersiya  təşkilatı  tərəfindən  başqa  təşkilatlara 

verilən qısamüddətli pul və başqa borcların hərəkəti uçota alınır. 

234  saylı  “Digər  qısamüddətli  investisiyalar”  hesabı  üzrə  analitik  uçot 

qısamüddətli  maliyyə  investisiyalarının  növləri  və  bu  investisiyaların  həyata 

keçirildiyi obyektlər (təşkilatlar  - qiymətli kağızlan satanlar, investisiyalar və i.a.) 

üzrə aparılır. 

6.8.

 

Qiymətli kağızların uçotu 

Qiymətli kağız - əmlak hüququnu təsdiq edən pul sənədidir və ya bu sənədi 

buraxan şəxsə sənəd sahibinin borc münasibətidir. 

Qiymətli  kağızların  dövriyyəsi  dedikdə  onların  alqı-satqısı  və  qiymətli 

kağızların sahiblərinin dəyişilməsinə gətirib çıxaran digər hərəkətlər başa düşülür. 

İstənilən  təşkilatın, səhmdar  cəmiyyətinin və  kredit  təşkilatlarının  qiymətli  kağızı 

buraxmaq  hüququ  vardır.  Qiymətli  kağızlara  səhmdar  cəmiyyətlərinin  səhmləri, 

istiqraz vərəqələri, depozit sertifikatları, veksellər və b. aiddir, onların buraxılması 

və dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizama salınır. 

Veksel - qanunla müəyyən edilmiş formada yazılı borc öhdəliyini özündə əks 

etdirən  qiymətli  kağız  növüdür.  Veksel  təkcə  hesablaşmanın  rahat  forması  deyil, 

həm  də  kommersiya  kreditinin  növüdür,  çünki  veksel  üzrə  ödəmə  dərhal  həyata 

keçirilmir,  bu  veksel  üzrə  məbləğ,  müəyyən  vaxta  veksel  verənin  sərəncamında 

olduqda ödənilir. 


339 

Veksel  pul  borcunun  bir  tərəfli  öhdəliyi  hesab  olunur,  onda  veksel 

saxlayanın  heç  bir  borcu  yoxdur,  ancaq  veksel  verən  onda  göstərilən  məbləği 

ödəməyə öhdəlik götürür. Veksel, əgər veksel saxlayan borc- ludursa, birinci veksel 

saxlayan tərəfindən başqa şəxsə verilə bilər. 

Hazırda sadə və barat vekselini bir-birindən fərqləndirirlər. Sadə vekseldə 

iki tərəf iştirak edir: veksel verənin qarşısında mütləq öhdəlik durur ki, göstərilən 

məbləği  vekseli  təqdim  edənə  və  ya  vekseldə  əks.  olunan  şəxsə  müəyyən  vaxt 

keçdikdən sonra ödəmək əks olunur. 

Sadə veksel özündə qeyd olunan pul məbləğini müəyyən edilmiş müddətdə və 

müəyyən edilmiş yerdə veksel verənin (borclunun) veksel saxlayana ödəmək barədə 

sadə və heç nə ilə şərtləşməyən öhdəliyini əks etdirən yazılı sənədidir. 

Barat vekseli (tratta) veksel verənin ödəyiciyə müəyyən edilmiş müddətdə və 

müəyyən edilən məbləğdə pulun alıcıya ödənilməsi barədə şərtsiz əmri hesab olunan 

yazılı sənədi özündə əks etdirir. Barat vekselində üç şəxs iştirak edir: veksel verən 

(trassant), veksel üzrə ödəməni tələb etmək hüququna malik olan, vekseli əldə edən 

(vekseli saxlayan) və ödəməni həyata keçirməyə borclu olan ödəyici (trassat). 

Hər hansı bir öhdəliyin ödənilməsi və ödəməyə təqdim edilmək üçün, veksel 

bir  saxlayandan  başqasına  verilə  bilər.  Veksel  həm  ödəyiciyə  və  həm  də 

malgöndərənə yazıla bilər, lakin belə halda ödəyici tərəfindən aksept edilə bilər ( o 

vekselin üz tərəfində “Aksept edilib” yazısı apanr). Ödəyicinin aksepti onun vekseli 

ödəməyə hazır olmasını göstərir. 

Ödəyicinin bankı da öz növbəsində vekseli aksept edə bilər. Bu onu göstərir 

ki,  bank  ödəyicidə  vəsaitlər  olmayan  zaman  öz  öhdəsinə  götürür  ki,  veksel  üzrə 

ödəmə  müddəti  çatdıqca  onu  kredit  hesabına  ödəyəcək.  Bu  xidməti  həyata 

keçirməyə bank ödəyicidən ödəmənin məbləğindən müəyyən faizi tutur. 

Borcun bir ilə qədər ödənilməsi müddəti ilə veksel üçün verilmiş borclar 234 

saylı  “Digər  qısamüddətli  investisiyalar”  hesabının  aynca  subhesabmda  uçota 

alınır. Uzunmüddətli veksellər üzrə verilmiş borclar 183 saylı “Digər uzunmüddətli 

investisiyalar” hesabında əks olunurlar. 

Mallara (işlərə, xidmətlərə) görə alınmış kreditə satılmış veksellər 211 saylı 

“Malalanlar  və  sifarişçilərin  qısamüddətli  debitor  bordan”  (Alınmış  veksellər” 

subhesabmda) hesabında uçota alınır. 

Verilmiş  veksellər  504  saylı  “Qısamüddətli  borclar”,  531  saylı 

“Malgöndərənlər  və  podratçılara  qısamüddətli  kreditor  bordan”  (“Verilmiş 

veksellər” subhesabmda) hesablarında uçota alınır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə