Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  İstehsal xərclərinə məhsulun istehsalı ilə əlaqədar olan məsrəflər aid edilir



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə167/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   163   164   165   166   167   168   169   170   ...   323

355 

İstehsal xərclərinə məhsulun istehsalı ilə əlaqədar olan məsrəflər aid edilir, 

onların da məbləği istehsalat maya dəyərini təşkil edir. 

Qeyri-istehsal  xərcləri  dedikdə,  əsasən  istehsal  edilən  məhsullann  satışı  ilə 

əlaqbdar  olan  məsrəflər  başa  düşülür.  Onlann  istehsal  xərclərinə  birləşdirilməsi 

nəticəsində buraxılan məhsulların tam maya dəyəri alınır. 

İstehsal  xərclərinin  hər  bir  növünün  mahiyyətinin  düzgün  başa  düşülməsi, 

onların  əsaslı  olaraq  tənzimlənməsi  və  uçotu,  istehsal  xərclərinin  dumadan  aşağı 

salınmasına gündəlik nəzarətin təşkili ümumi vacib şərtdir. 

İstehsal xərclərinə nəzarət etmək üçün təşkilatda məsrəf normaları  - həmin 

istehsal şəraitində - məhsul vahidinə sərf edilən xammal və materialların iş vahidinə 

sərf  edilən  əmək  və  əmək  haqqının  və  i.a.  maksimum  icazə  verilən  həcmi  işlənib 

hazırlanır. Məsrəf normalan onun aşağı olmasını həvəsləndirən olmalıdır. Əvvəlcə 

məsrəf  normaları  miqdar  şəklində  müəyyən  edilir,  məmulata  müəyyən  növ 

materiallann  sərf  edilməsi  kq-la,  texnoloji  əməliyyatlann  yerinə  yetirilməsinə  iş 

vaxtının  sərf  edilməsi  dəqiqə  ilə  və  i.a.,  sonra  xərclərin  miqdar  göstəriciləri  pul 

ölçülərinə  çevrilir.  Məhsul  vahidinə  məsrəf  normasını  müəyyən  etmək 

məqsədəuyğun  deyilsə  və  ya  çətindirsə,  onda  xərclərin  bəzi  növləri  üzrə müəyyən 

dövrə xərclərin smetası işlənib hazırlanır. Misal üçün, ümumistehsalat xərclərinin 

smetası il və ya rüb üçün tərtib edilir. Yeni növ məmulatın istehsalının hazırlığına və 

mənimsənilməsinə məsrəflərin smetası istehsalın bu cür hazırlığı və mənimsənilməsi 

üçün lazım olan bütün dövrə işlənib hazırlanır. Belə smetalar kompleks xərclərin 

müvafiq  növləri  üçün  təsdiq  edilmiş  maddələrin  nomenklaturası  üzrə  müəyyən 

olunur.  Vəsaitlərin  istifadə  edilməsinə  nəzarət,  smeta  üzrə  məsrəflərlə  faktiki 

məsrəfləri müqayisə etməklə həyata keçirilir. 

7.5.

 

Məsrəflərin elementlər və kalkulyasiya maddələri 

üzrə qruplaşdırılması 

İstehsal edilən məhsulun maya dəyəri təşkilatda onun istehsalına və satışına 

çəkilən cari məsrəflərin pulla ifadəsidir. 

Təşkilatlarda  istehsala  məsrəflərin  uçotu  və  məhsulun  maya  dəyərinin 

hesablanması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məhsulun 

(işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında Əsasnamənin 

təsdiq edilməsi barədə” 1996-cı il 16 


356 

avqust  tarixli  III  saylı  qoran  qüvvoyo  minmişdir.  Həmin  sonod  uçotun  və 

kalkulyasiya  etmənin  vahid  prinsiplərini  şərh  edir  və  məsrəflərin  uçotu  və  maya 

dəyərinə dair “Sahə təlimatlannm” hazırlanmasında sanballı metodik göstəriş kimi 

xidmət edir. 

Təşkilatda  istehsala  çəkilən  məsrəflər  iqtisadi  məzmununa  görə  iki  eür: 

iqtisadi  elementlər  üzrə  və  kalkulyasiya  maddələri  (xərc  maddələri)  üzrə  uçota 

alınır. 

Xərc elementləri dedikdə, ilkin tərkib hissələrinə ayrılmayan oxşar vəsaitin 

bütövlükdə  təşkilatın  ehtiyacına  sərf  edilməsi  (məsələn,  materialın  hazır  məhsul 

istehsalına,  ümumtəsərrüfat  məqsədlərinə,  köməkçi  istehsalata,  çıxdaşın 

düzəldilməsinə və i.a. sərfi hamısı bir yerdə) başa düşülür. İstehsala çəkilən bütün 

məsrəfləri aşağıdakı elementlər üzrə qruplaşdırırlar: 

1.  Material  məsrəfləri  (tullantılan  çıxmaqla);  2.  Əməyin  ödənilməsinə 

məsrəflər;  3.  Sosial  ehtiyaclara  ayırmalar;  4.  Torpaq,  tikili  və  avadanlıqların 

amortizasiyası; 5. Sair xərclər. 

Sadalanan  elementlər  üzrə  istehsala  çəkilən  xərclərin  smetası  və  onların 

icrası  haqqında  hesabat  tərtib  edirlər.  Ona  görə  məsrəflərin  elementlər  üzrə 

qruplaşması, istehsal məsrəfləri smetasının yerinə yetirilməsinə nəzarət etmək üçün 

xidmət edir. 

Məsrəf elementlərinin uçotu 10 və 10-1 saylı jurnal-orderlərdə aparılır, bu da 

təşkilata imkan verir ki, icmal cədvəlin-jurnalın vasitəsi ilə iqtisadi elementlər üzrə 

istehsal  məsrəfləri  smetasının  ay  ərzində  (ilin  əvvəlindən  artan  yekunla)  yerinə 

yetirilməsinə nəzarəti həyata keçirsin. 

Lakin təşkilatın istehsalat fəaliyyətinə rəhbərlik etmək üçün bu və ya digər 

vəsaitin nəyə sərf edilməsini bilmək lazımdır. Məsələn: yanacaq bir məsrəf elementi 

kimi  təşkilatda  texnoloji  məqsəd  üçün  və  binanın  qızdırılması  üçün  (təsərrüfat 

ehtiyaclarına) sərf edilə bilər. 

Bu  və  ya  digər  vəsaitlərin  nə  üçün  sərf  edildiyinə,  xərclərin  kalkulyasiya 

maddələri üzrə məsrəf uçotu cavab verir. O, əmtəəlik məhsulun və onun tərkibinə 

daxil  olan  məmulatlann  ayn-a

5

^n  növlərinin  maya  dəyəri  üzrə  tapşırığın  yerinə 

yetirilməsinə nəzarət etmək üçün istifadə edilir. 

Kalkulyasiya  maddəsi  dedikdə,  məqsədli  təyinatına  görə  təşkilat,  onun 

daxilində  isə  sexlər  və  digər  struktur  bölmələri  üzrə  yalnız  əmtəəlik  məhsulun 

istehsalına və satışına çəkilən həmcins ünsürdən (birünsürlü), yaxud müxtəlif cinsli 

ünsürlərdən  ibarət  olan  (kompleks)  xərclər  düşünülür.  Məsələn,  birincisinə 

“istehsalat  fəhlələrinin  əsas  əmək  haqqı”,  ikincisinə  isə  “maşın  və  avadanlığın 

saxlanılması və istisman üzrə xərclər” kimi maddələr nümunə ola bilər. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə